BAKI, 22 yan — Sputnik. Xalq yazıçısı, kinodramaturq, rejissor Maqsud İbrahimbəyov prezident İlham Əliyevin sərəncamına əsasən, "Şərəf" ordeni ilə təltif olunub. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, bu gün nazir Əbülfəs Qarayev Maqsud İbrahimbəyova "Şərəf" ordenini təqdim edib.
Nazir yazıçının Azərbaycanda teatr və kino sənətinin inkişafına böyük töhvələr verdiyini deyib: "Maqsud İbrahimbəyovun əsərləri əsasında çoxsaylı tamaşalar səhnəyə qoyulub, həmçinin yazıçının əsərləri xarici dillərə tərcümə olunub".
M. İbrahimbəyov yaradıcılığına verilən yüksək qiymətə və diqqətə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.
Xatırladaq ki, Xalq yazıçısı Maqsud İbrahimbəyov 1935-ci il may ayının 11-də Bakıda anadan olub. O, 1976-cı ildə Azərbaycan Dövlət Mükafatı laueatı, 1979-cu ildə Azərbaycan SSR Əməkdar İncəsənət xadimi, 1988-ci ildə Azərbaycanın xalq yazıçısı, 1995-ci ildə "Şöhrət" və 2005-ci ildə "İstiqlal" ordenləri ilə təltif olunub.
Dünyanın və Azərbaycanın müxtəlif jurnallarında romanları, povestləri və hekayələri dərc olunub. O cümlədən: "Azərbaycan", "Drujba narodov", "Novıy mir", "Yunost", "Roman — qazeta", "Literaturnı Azerbaydjan" və başqalarında. Bu əsərlər sırasında: "Bütün yaxşılıqlara görə ölüm", "Truskavetsə kim gedəcək", "Ondan yaxşı qardaş yox idi", "Qoy o bizimlə qalsın", "Bayquş gəldi", "Kərgədan buynuzu", "Axırı yaxşı qurtaran əhvalat" və başqalarını qeyd etmək olar. M.İbrahimbəyovun nəsr əsərləri 26 xarici dilə tərcümə olunub.
M.İbrahimbəyovun ssenariləri əsasında müxtəlif ölkələrdə 18 bədii və 7 sənədli film çəkilib. Onlardan "Bizim Cəbiş müəllim", "Uşaqlığın son gecəsi", "Yarımçıq qalmış serenade", "Truskavetsə kim gedəcək", "Gözəl bir gündə" ("V odin prekrasnıy den"), "Sonunucu intervü", "Bayquş gəldi", "Qızıl reys", "Axırı yaxşı qurtaran əhvalat", "Bakı müharibə illərində" filmləri ölkə kinematoqrafiyasının qızıl fonduna daxil olub.
BAKI, 2 mart — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağ Zəfəri və Xocalı qətliamı haqqında serial çəkilməsi barədə tapşırıq verib.
"Cənab Prezidentimizin tapşırığı ilə Qarabağ Zəfəri ilə yanaşı, Qafqaz İslam Ordusu və Xocalı qətliamı kimi tarixi hadisələr haqqında Türkiyə və Azərbaycan birgə serial və film layihələri həyata keçirəcək".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun söyləyib.
O bildirib ki, bu cür layihələrin həm milli, həm də dünya miqyasında mətbuat və rəqəmsal platformalarda yer alması təmin ediləcək: "Həmin layihələrdə tarix və ideallarımızın birliyini ən güclü şəkildə vurğulayacağıq. Serial və film sektorlarımızın birlikdə işləməsi və təcrübələrini paylaşması çox önəmlidir".
Mədəniyyət naziri Anar Kərimov bildirib ki, Qarabağ Zəfəri, Qafqaz İslam Ordusu və Xocalı qətliamı kimi tarixi hadisələr haqqında film və serialların çəkilməsi Azərbaycan və Türkiyə dostluq və qardaşlığın simvolu olacaq.
BAKI, 2 mart — Sputnik. Müğənni Səmra Rəhimli "Göz" adlı yeni klipini təqdim edib. Sputnik Azərbaycan xəbər verir ki, layihənin rəhbəri və rejissoru sənətçinin anası İlahə Baxşıyevadır. "Youtube" video hostinqində və "instagram" hesabında paylaşılan klip açıq-saçıq görüntülərinə görə müzakirə olunub. S.Rəhimli isə müzakirələrə səbəb olan klipi haqda bu sözləri yazıb:
Посмотреть эту публикацию в Instagram
"Hərdən mənə elə gəlir ki, əvvəl səhifəm dini səhifə və izləyicilərim isə dindarlar olub. Dini məsləhətlər vermişəm, bu gün də qəfil artist olmağa qərar vermişəm, izləyicilərim çaş-baş qalıblar".
Посмотреть эту публикацию в Instagram
Qeyd edək ki, mahnının söz və musiqisi Clavisə məxsusdur. Müğənni bundan başqa, fərqli fotosessiyası ilə hər kəsi təəccübləndirib.
Qədim abidələrin rast gəlindiyi Suraxanı və Əmircan qəsəbələri Abşeronda ən maraqlı yerlərdən sayılır. Burada zərdüştlər, hinduistlər və siqhlər tərəfindən ibadətgah kimi istifadə olunan Atəşgah məbədi var. Suraxanı qəsəbəsinin adı toponim kimi iki komponentdən ibarətdir: surax - fars və tat dillərində çala, çuxur, xanı isə mənbə, qaynaq deməkdir.
Suraxanı həmçinin neft ənənələri ilə tanınır - burada 1857-ci ildə iş adamı Vasili Kokorev tərəfindən dünyada ilk Neftayırma Zavodu tikilib.
Əmircan qəsəbəsinin ərazisində Abşeronun ən gözəl məscidlərindən biri - Murtuza Muxtarov məscidi yerləşir. Məscid XX əsrin əvvəllərində Bakı milyonçusu M.Muxtarov tərəfindən inşa edilib.
Bu məsciddən bir az kənarda daha bir memarlıq abidəsi - XIV əsrə aid Nizaməddin məscidi var. Hazırda məsciddə rekonstruksiya işləri aparılır.
Bundan əlavə, qəsəbədə dini məbədlər, onlardan biri Səkinəxanım seyid Saleh qızı Piridir. Burada din xadimlərinin məzarları var.
Əmircan qəsəbəsində tanınmış azərbaycanlı yazıçı və mütəfəkkir Abbasqulu ağa Bakıxanov doğulub. Onun yaşadığı ev hazırda muzeydir.
Sputnik Azərbaycan-ın fotolentində Suraxanı və Əmircan qəsəbələrinin bu və digər tarixi abidələrini izləyə bilərsiniz.
Atəşgah məbədi.
Atəşgah məbədi.
Atəşgah məbədinin divarında sanskrit dilində yazı.
Əmircanda Murtuza Muxtarov məscidi.
Əmircanda Murtuza Muxtarov məscidi.
Məsciddə indiyə qədər Murtuza Muxtarovun məzarı saxlanılır.
Əmircan qəsəbəsində məscid.
Əmircan qəsəbəsinə mənzərə.
Murtuza Muxtarov məscidi (Qoşaminarəli məscid).
Qoşaminarəli məscidinin minarəsindən Əmircana mənzərə.
Abbasqulu ağa Bakıxanovun ev-muzeyi.
Suraxanı qəsəbəsinə mənzərə.
1904-1905-ci illərdə tikilən Binyət Əli məscidi.
Əmircan qəsəbəsində XIV əsrdə yonulmuş əhəng daşından tikilən Nizamədin məscidi.
Səkinəxanım seyid Saleh qızı Piri.
Əmircan qəsəbəsində dini xadimin məzarı.
Qəsəbədə bir çox evlərdə ərəb dilində yazılar qalıb.
Bakının Əmircan qəsəbəsində məhəllə.
Əmircan qəsəbəsində müsəlman məbədi.