ASAN Xidmətin kitab guşəsi

ASAN xidmət kitabxanalarının daimi oxucuları var

327
(Yenilənib 09:59 19.01.2016)
3 saylı ASAN xidmət mərkəzinin direktoru Seymur Mövlayev: Vətəndaş gəlsin, istifadə etmədiyi bir kitabı bu guşəyə qoysun və əvəzində oxumaq istədiyi kitabı aparsın.

BAKI, 18 yan-Sputnik. Son zamanlar ölkəmizdə insanların kitaba marağını artırmaq, kitabın təbliğatını aparmaq məqsədilə müxtəlif aksiyalar keçirilir. Bu aksiyalara fəal şəkildə qoşulanlardan biri də ASAN xidmətdir.

Sputnik-in əməkdaşı 3 saylı ASAN xidmət mərkəzinə baş çəkərək burada yaradılan böyük kitab güşəsi ilə tanış olub. Müxtəlif kitabların yer aldığı güşə səliqəliliyi və zənginliyi ilə seçilir. Güşədə Nizamidən tutmuş Cəlil Məmmədquluzadəyə qədər Azərbaycanın məşhur yazarlarının əsərlərinə, həmçinin Azərbaycan və rus dillərində yerli və xarici ədəbiyyat nümunələrinə  rast gəlmək olar. Guşənin yanında təhvil-təslim kitabçası da diqqəti cəlb edir. Burada 2016-cı il yeni başlasa da, kifayət qədər  oxucu adını siyahıda görmək olar.

Kitab guşəsi haqqında daha geniş məlumatları Sputnik-in əməkdaşına 3 saylı ASAN xidmət mərkəzinin direktoru Seymur Mövlayev verib:

"ASAN xidmət mərkəzində ideya bankı fəaliyyət göstərir. Və həmin banka müxtəlif ideyalar daxil olur və həmin ideyalar sonradan gerçəkləşdirilir. Belə ideyalardan biri də kitab guşəsinin yaradılması idi.  Həm ASAN xidmət mərkəzlərində gənclərin işləməsi, həm ziyarətçilərin çox olması, həm də belə kitab guşəsinə marağın olması bu layihəni gerçəkləşdirməyimizə şərait yaratdı.

Layihə 1saylı ASAN xidmət mərkəzində başlayıb. Kifayət qədər maraq doğurduğuna görə, digər mərkəzlərdə də layihəni gerçəkləşdirdik: Vətəndaş gəlsin, hər hansı istifadə etmədiyi bir kitabı bu guşəyə qoysun və əvəzində oxumaq istədiyi kitabı aparıb oxusun. Bu layihənin bir müsbət cəhəti də odur ki, vətəndaş bir kitab gətirərək hər dəfə oxuduğu kitabı qoyub başqa kitab götürməklə çox sayda kitab oxuya bilər. 3 saylı ASAN xidmətdə bu layihə daha genişdir. Biz yerləşdiyimiz ərazi universitetlərə, Elmlər Akademiyasına və digər təhsil ocaqlarına yaxın olduğu üçün burada kitaba maraq digər yerlərə baxanda daha çoxdur. Bu səbəbdən də bizdə kitab guşəsi daha böyükdür və zəngindir. Hətta bizdə elə vətəndaşlar var ki, evlərində olan oxumadıqları kitabları gətirib təhvil verirlər ki, gənc nəsillər də yararlansın. Bunun özü gözəl təşəbbüsdür."

Seymur Mövlayev onu da qeyd edib ki, bu layihəni genişləndirmək üçün ASAN xidmət mərkəzinə məşhur şəxsləri də dəvət edirlər. Onlar kitab guşəsində fotoşəkillər çəkdirərək cəmiyyəti kitab oxumağa səsləyirlər.

Burada kitab bolluğu olduğundan, artıq kitab siyahısını elektron versiyada oxuculara təqdim edirlər ki, onlara kitab axtarışında problem yaranmasın və kitab siyahısı ilə daha rahat tanış ola bilsinlər.

"Hətta vətəndaş gəlib deyir ki, mənim 1-2 saat boş vaxtım var. Elə vətəndaşlara da hər hansı sənəd verərək əvəzində kitab götürüb oxumağa şərait yaradırıq. Bizim daimi oxucularımız da var. Onlar demək olar, bir neçə gündən bir gəlib yeni kitabların olub-olmadığı ilə maraqlanırlar.  Bizim məqsədimiz insanları mütaliəyə səsləməkdir." — deyə ASAN xidmət mərkəzinin direktoru əlavə edib.

327
Teqlər:
Cəlil Məmmədquluzadə, Seymur Mövlayev, kitabxana, ASAN, ASAN Xidmət, kitab, Nizami
Əlaqədar
ASAN Könüllülərinin yeni layihəsi
Asim Mollazadə: Sahibkarların fəaliyyəti ASAN xidmətlə nizamlanmalıdır
"Yaşıl ASAN" könüllüləri Novxanı sahilboyunu təmizləyiblər
ASAN Xidmətə işə qəbulla bağlı test imtahanlarına start verilir
BMT "ASAN xidmət"ə xüsusi mükafat verib
Dueyn Conson, arxiv şəkli

Bu il ən çox qazanan aktyorlar kimlərdir?

602
(Yenilənib 23:38 12.08.2020)
"Forbes" jurnalının versiyasına görə, Amerika aktyoru və prodüseri Dueyn Conson bu il də ən çox qazanan aktyorların reytinqinə başçılıq edib

BAKI, 13 avqust — Sputnik. "Forbes" jurnalının versiyasına görə, Amerika aktyoru və prodüseri Dueyn Conson bu il də ən çox qazanan aktyorların reytinqinə başçılıq edib. 12 ay ərzində Conson 87.5 milyon dollar qazanıb.

O, təkcə bu il "Netflix"də nümayiş olunacaq "Red Notice" serialından 23.5 milyon dollar əldə edib. Siyahıda ikinci yerdə kanadalı aktyor Rayan Reynolds dayanır. O, 71.5 milyon dollar qazanıb. Üçlüyü amerikalı Mark Uolberq tamamlayır.

"Forbes"un reytinqində daha sonra Ben Afflek (55 milyon dollar), Vin Dizel (54 milyon dollar), Bollivud ulduzu Akşay Kumar (48.5 milyon dollar) və Brodvey müzikllarının yaradıcısı Lin-Manuel Miranda (45.5 milyon dollar) dayanır. Siyahının onluğunu Uill Smit (44.5 milyon dollar), Adam Sendler (41 milyon dollar) və Ceki Çan (40 milyon dollar) tamamlayırlar.

Qeyd edək ki, sözügedən jurnal iki həftədə bir nəşr olunan bir biznes jurnalıdır.

Jurnal 1917-ci ildə Şotlandiyadan ABŞ-a köç edən Berti Çarlz Forbs tərəfindən hazırlanıb. Onun ölümündən sonra oğlu Bryus şirkətin başçısı olub. Jurnalın bugünkü redaktoru isə Vilyam Baldvindir. Dünyanın 70 ölkəsinə yayılan jurnal 26 dildə nəşr olunur.

602
Əlaqədar
Hollivud ulduzu Kemeron Diaz kinodan niyə getdiyini açıqlayıb
"Apple" və Di Kaprio: Hollivudda birgə filmlər çəkiləcək
“Karib dənizinin quldurları”nda qəribə dəyişiklik olacaq
Azərbaycanlı rejissorun filmi növbəti uğurunu Hollivudda qazandı - VİDEO
Səhnədə müğənni, arxiv şəkli

Hüznlü manıslar xalqın əndişəsi

1165
(Yenilənib 21:08 12.08.2020)
Toyların, el şənliklərinin qadağan edilməsi böyük bir kültürü iflic vəziyyətinə salıb. Böyük bir industriya çökür və müxtəlif peşə sahibləri bu dağıntıların altında qalırlar.

BAKI, 12 avqust — Sputnik. Bir tərəfdən pandemiya sıxır canımızı, bir yandan işsizlik kəsir nəfəsimizi, bir az da manıs-müğənni əhlinin ah-naləsindən pəjmürdəyik. Niyə onları xatırladım? Çünki bəzənib-düzənib, kreditə avtomobillər, bahalı evlər alıb lüks həyat yaşamağa alışanların çətinliyi daha çoxdur. Bizə nə var? Bir tikə çörəyi ümidlə yavanlıq etməyə öyrənmişik. Çətini zəngin yaşamağa çalışan, zənginliyi imitasiya edən manısların güzəranıdır. Aylardır, yeganə qazanc yeri toylar olan bu şən-şaqraq insanlar intəhasız bir hüznə qərq olublar. Karantin acı bağırsaq kimi uzandıqca, efirlərdə görünən müğənnilərin üzündəki kədər və iztirab dərinləşir. Əvvəl çağırıldığı proqramdan üzrxahlıq edib yayınan, toyda oxumağı daha vacib hesab edənlər indi çağırıldıqları proqramların bitməsini istəmirlər...

Düşünürəm ki, toyların, el şənliklərinin qadağan edilməsi böyük bir kültürü iflic vəziyyətinə salıb. Böyük bir industriya çökür və müxtəlif peşə sahibləri bu dağıntıların altında qalırlar.

...Hər gün oxşar xəbərlərlə oyanıb, eyni ümidlə başımızı atırıq yastığa. Az qala, beş aydır yekrəng, yeknəsək bir ömür xırıd edirik fələyin oyununda. Nə qapımızı döyən var, nə hansısa qapını döyməyə üzümüz, imkanımız. Hər sabah internetdən axışıb bizi ağuşuna alan xəbərləri oxuyub, bir ovuc antidepressant nuş edib, bir siqaret yandırırıq qayğılı-qayğılı. Hər gün həyəcanla statistikanı izləyirik. Sağalan sayı yoluxan sayından artıq çıxanda, əlinə “üç tuz” gəlmiş hiyləgər qumarbaz kimi, bığaltı qımışırıq ki, “hə, bir az ümid var...”  Əslində isə “ümid bağlı qapılar arxasında, ruzimiz qurd ağzındadır”.

Təcridimiz orta əsrlər sufi şeyxinin təcridi kimi uzanır: canımız çiləyə təşnədir. Qadağalar azaldıqca, dükan-bazar, dəniz-çimərlik açıldıqca üzümüzə təbəssüm qonur. Amma heyhat! Nə dükan-bazara getməyə imkanımız, nə dənizə getməyə taqətimiz var. Dənizdə, dükan-bazarda sıxlıq yaradan da biz deyilik, bizim nəfsimizdir. Azadlığa təşnə, sərbəstliyə həsrət nəfsimiz özünü qumsallığa verib dincəlmək istəyir. Aylardır, tamarzı qaldığımız azadlığın, sərbəstliyin dadını çıxarırıq. Şükürlər olsun ki, “birinci dalğa” dedikləri hər nədirsə sahillərimizə çırpılıb, ala bildiyi qədər can alıb, geri çəkilir. Biz binəvalar da “birinci dalğa”dan xilas olmamış “ikinci dalğa”nın müjdəsini alırıq.

TƏBİB bir yandan, Operativ Qərargah digər tərəfdən xəbərdarlıq edirlər ki, “bəs hazır olun, gigiyenik olun, məsafəli olun - “ikinci dalğa” gələcək”. Xub! Gəlsin bu dənizin nə qədər dalğası varsa, bir təhər dözərik, səbr edərik. Amma, ancaq, lakin...

Pandemiyadır, karantindir, təcriddir, sosial məsafədir, yarıtmaz səhiyyədir – bunları birtəhər anlayırıq, ya da zor-bəla anlamağa, dərk etməyə çalışırıq. Bəs bizim sosial vəziyyətimiz, külfətimizin və millətimizin dolanışığı, yaşayışı necə olacaq? Körpə övladlarımıza nə qədər nağıl danışaq? Nə qədər aldadaq özümüzü?

Bütün qayda-qadağaya tabe olub, kədərli bir həyat yaşayırıq. Gün üzünə, doğmaların, yaxınların camalına həsrət qalmışıq aylardır. Şəxsən mən bir yazıçı kimi bu çətin məqamlarda dövlətimin dəstəyini hiss etmək, övladlarımın güvəndə olduğunu düşünmək istəyirəm. Ancaq narahatam, əndişəliyəm. Bir qarın çörək dərdi deyil qorxum. Bu il birinci sinifə getməli olan qızımın, liseyə qəbul olub, həvəslə dərslərin başlamasını gözləyən oğlumun təhsilindən nigaranam. Yaşlı valideynlərimin səhhətindən, aylardır işsiz qalan dost-tanışımın dolanışığından narahatam.

190 manata ümid edən, ehtiyac içində olan həmvətənlərimi düşünürəm. Sonuncu ehtiyatını da xərcləyib bitirmiş onlarla adam tanıyıram. Hər gün yardım üçün müraciət edənlərə, marketlərin qarşısında əl açanlara aylardır işsiz olduğumu deməyə utanıram.

Sosial problemlər, işsizlik və sıxıntılar ortaq dərdimizdir. “Ellə gələn toy-bayramdır” deyirik, amma yaxın qonşumuz Gürcüstana və uzağımız Avropaya baxanda görürük ki, əslində “toy-bayram” onlardadır. Səhiyyədən tutmuş, əhaliyə edilən sosial dəstəyə qədər nümunə götürməli olduğumuz çox şey var.

Biz, sadəcə, səriştəsiz, əhli-kef məmurların ümidinə qalmış qoca Şərqin atılmış və unudulmuş binəvalarıyıq.

Bundan sonra ümidimiz yalnız koronavirusun insafına qalıb. Bu zaval, bu mərəz özü könüllü çəkilib getməsə, bizim sonumuz heç də yaxşı görünmür...

1165
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Baba nəvəsinə ad günü təşkil etdi, qonaqlar hədiyyə əvəzinə cərimə ödədilər
"Bilmədiyimiz bir şeydən qorxmağın mənası yoxdur" - Psixiatr
Koronavirusdan daha təhlükəli: Qəzəb, aqressiya və gərginlik...
Hökumətdən kafe və restoranlarla bağlı yeni qərar
Birlik, həmrəylik məqamı və keçməməli olduğumuz "qırmızı xətt"
Moskvada koronavirusa yoluxanan xəstələrin müalicə aldığı hospital, arxiv şəkli

Rusiyada bir gündə 124 nəfər koronavirusdan öldü

0
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

 

B Son bir sutka ərzində Rusiyada 5057 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 124 nəfər ölüb.

Ümumilikdə Rusiyada bu xəstəliyə yoluxanların sayı 907758-ə çatıb. Rusiyada pandemiya yayılandan 15384 nəfər COVID-19-dan vəfat edib. Ümumilikdə Rusiyada bu virusdan sağalanların sayı 716396-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 20,2 milyonu keçib, 741 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0