Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Yuğ" teatrının binası sökülə bilər

Tərlan Rəsulov, "Yuğ" teatrının direktoru
Tərlan Rəsulov, Yuğ teatrının direktoru - Sputnik Azərbaycan
Abunə olmaq
Baş direktor: "Bizim üçün fərq eləmir. Biz öz işimizi tam sürətilə görürük. Bina sökülərsə, teatr başqa bina ilə təmin oluna bilər"

BAKI, 14 yan — Sputnik. Bir neçə gündür "Yuğ" teatrının binasının söküləcəyi ilə bağlı məsələ gündəmə gəlib. Bu məsələ "Yuğ" sevərləri çox narahat edir. Artıq sosial şəbəkədə bu məsələ müzakirə mövzusuna çevrilib.

Teatrın baş direktoru Tərlan Rəsulov Sputnik-ə açıqlamasında məsələyə belə aydınlıq gətirdi: ""Yuğ" tearının binasının sökülməsi məlumatı tam dəqiq məlumat deyil. Hətta mənim özüm üçün də hələ həllini tapmayan məsələdir".

Bununla belə, baş direktor sökülmə ehtimalını istisna etməyib: "İstənilən halda fərq eləmir. Biz öz işimizi tam sürətilə görürük. Bina sökülərsə, teatr başqa bina ilə təmin oluna bilər".

Binanın sökülmə səbəbinə gəlincə, T.Rəsulov bununla bağlı onlara konkret məlumat verilmədiyini bildirdi. Sosial şəbəkədə yayılan məlumatlara görə isə, "Yuğ"un binası dövlət ehtiyacları üçün plana düşüb.

Xəbər lenti
0