Выступление азербайджанского дуэта на конкурсе

Azərbaycan "Bala Türkvizyon 2015"-in qalibi olub

55
Azərbaycan təmsilçiləri Əhməd Əmirli və Nuray Rəhman "Uşaqlıq illəri" mahnısı ilə 115 xalla "Bala Türkvizyon 2015"-in qalibi olublar.

BAKI, 17 dek-Sputnik. Türk mənşəli xalqların mədəniyyət inciləri silsiləsindən olan "Türkvizyon" öz final turlarına möhtəşəm açılışla start verib.

"Türkvizyon"nun təşkilatçılarının Sputnik-ə verdiyi xəbərə görə, "Türk Müzik Birliyi" Televiziyasının (TMB) təşklatçılğı ilə Türkiyənin İstanbul şəhərində reallaşan bu dəfəki müsabiqənin ilk iştirakçı və qalibləri balacalar olub.

13 ölkənin təmsilçisinin iştirakı ilə "Bala Türkvizyon 2015" adı ilə keçirilən yarışmada balacaların məsuliyyət və həyəcanları diqqətdən yayınmayıb.

Qazaxıstan, Qırğızıstan, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Moldova, Belarusya, İran, Rumınya, Makedoniya, Albaniya və Kosova türklərinin "Bala Türkviyon"-çuları möhtəşəm ifa və səhnə performansları ilə heç də peşəkar müğənnilərdən geri qalmayıblar.

Jüri üzvlərinin qiymətləndirməsinə görə, Azərbaycan təmsilçiləri Əhməd Əmirli və Nuray Rəhman "Uşaqlıq illəri" mahnısı ilə 115 xalla "Bala Türkvizyon 2015"-in qalibi olublar.

Müsabiqədə 2 yeri 113 xalla Qazaxıstan, 3-cü yeri isə 112 xalla Gürcüstan iştirakçıları tutublar.

"Bala Türkvizyon" yarışması Türk ölkələri və Türk mənşəli xalqların ortaq mədəniyyət nümunəsi olan "Türkvizyon" müsabiqəsinin 8-14 yaş qrupu üçün tərtib olunan versiyasıdır.

55
Teqlər:
Ukrayna, Kosova, Albaniya, Makedoniya, Rumıniya, İran, Belorusiya, Moldova, Gürcüstan, Qazaxıstan, Türkvizyon, Türk Müzik Birliyi, Azərbaycan, Türkiyə
Birinci vitse-prezident Mehriban Əliyeva, arxiv şəkli

Mehriban Əliyeva Bəhram Bağırzadə ilə telefonla danışıb

18
Koronavirusa yoluxan və xüsusi rejimli xəstəxanaya yerləşdirilən Bəhram Bağırzadənin vəziyyəti bir müddət ağırlaşmışdı

BAKI, 12 iyul — Sputnik. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva COVID-19 xəstəliyindən müalicəsi davam edən Əməkdar artist Bəhram Bağırzadə ilə telefonla danışıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Əməkdar artistə tezliklə sağalmağı arzulayan Mehriban Əliyeva ölkəmizdə COVID-19-la mübarizədə, xəstələrin müalicəsində Azərbaycan həkimlərinin, tibb işçilərinin fədakar əməyini xüsusilə qeyd edib.

Bəhram Bağırzadə onun müalicəsi üçün göstərilən dəstək və səylərə görə Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib. Tezliklə sağalacağına inandığını deyən Bəhram Bağırzadə hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyini hiss etdiyini qeyd edib.

Xatırladaq ki, koronavirusa yoluxan və xüsusi rejimli xəstəxanaya yerləşdirilən Bəhram Bağırzadənin vəziyyəti bir müddət ağırlaşmışdı. Aparılan intensiv müalicə nəticəsində Əməkdar artistin səhhətində artıq müsbət dinamika və stabilləşmə qeydə alınıb.

18
Əlaqədar
Bəhram Bağırzadə komadan ayıldı
Bəhram Bağırzadədən xəbər var - bugünkü rentgen müayinəsi ümidvericidir
Bəhram Bağırzadə barədə xoş xəbər: Artıq aktiv hərəkətlər edir
Rusiyalı baş infeksionist: "Azərbaycan azacıq bizim səhvimizi təkrarladı" - MÜSAHİBƏ
Xalq artisti Nəzakət Teymurova, arxiv şəkli

Səhnəmizin Leylisi koronavirusa yoluxub, vəziyyəti ağırdır

326
(Yenilənib 14:59 12.07.2020)
"Nəzakət Teymurovanın vəziyyəti çox ağırdır. Hazırda xəstəxanaya yerləşdirilib. Amma necə olursa-olsun, onun virusa qalib gələcəyinə əminəm"

BAKI, 12 iyul — Sputnik. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycan Respublikasının Xalq artisti, Prezident mükafatçısı Nəzakət Teymurova koronavirusa yoluxub.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Hacı Nuran sosial şəbəkədə yazıb.

"Onun koronavirusa yoluxduğunu eşidəndə qulaqlarıma inanmadım. Axı Nəzakət Teymurova çox ehtiyatlı idi. Amma nə edəsən ki, reallıq öz sözünü deyir və bizim medianın da gözündən heç nə yayınmır. Nəzakət Teymurovanın vəziyyəti çox ağırdır. Hazırda xəstəxanaya yerləşdirilib. Amma necə olursa-olsun, onun virusa qalib gələcəyinə əminəm. Çünki bir qarabağlı qızı koronaya elə-belə təslim ola bilməz. Azərbaycan muğam sənətinin bənzərsiz səsi olan, səhnəmizin Leylisinin bu gün tamaşaçılarının, doğmalarının, dostlarının dualarına ehtiyacı var. Allah səni sevdiklərin üçün qorusun, gözəl insan", - deyə Hacı Nuran qeyd edib.

326
Əli qandallı qadın

Evdən oğurluq etdi, tutuldu, axtarışda olduğu üzə çıxdı

0
(Yenilənib 09:59 14.07.2020)
Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Gülnaz Bayramova saxlanılıb

BAKI, 14 iyul – Sputnik. Bakı şəhərində axtarışda olan qadın mənzili qarət edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə iyulun 4-də Lökbatan qəsəbəsi V. Əsgəroı küçəsində yerləşən evlərin birində baş verib. Naməlum şəxs həmin evdən 700 manat pul oğurlayıb.

Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Gülnaz Bayramova saxlanılıb. Araşdırmalar zamanı həmin qadının axtarışda olduğu üzə çıxıb.

0