BAKI, 15 dek-Sputnik. Fransanın paytaxtı Parisdəki şəhərkənarı bağ evi qiymətinə görə dünya rekordunu yeniləyib.
Sputnik-in məlumatına görə, bu barədə Böyük Britaniyanın bloomberg saytı məlumat yayıb.
Burada bildirilir ki, sözügedən sarayin dəyəri 275 milyon avrodur (301 milyon ABŞ dolları).
XIV Lüdovikə məxsus dəbdəbəli mülkün Orta Şərqdən olan alıcısı barədə bütün məlumatlar gizli saxlanılır.
Saray 23 hektarlıq ərazidə tikilib. Üç ilə yaxındır ki, bərpa işləri aparılan sarayda nəhəng akvarium, kinoteatr və şərab anbarı, həyətində isə qızıl yarpaqlarla örtülmüş fəvvarə var.
Sonuncu rekord 2011-ci ildə Londonda 221 milyon ABŞ dollarına satılan "Penthaus"a məxsus idi.
BAKI, 17 yanvar — Sputnik. Dünyanın ən məşhur və böyük muzeyi olan Ermitaj muzeyi "Faberge - İmperator Məhkəməsinin zərgərləri" sərgisində saxtakarlığa yol verməkdə günahlandırılır.
Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, muzeyin direktoru Mixail Piotrovskiyə ünvanlanan saxtakarlıqla bağlı iddialar kolleksiyaçı Andrey Rujnikovun açıq məktubunda bildirilib. O qeyd edib ki, Ermitaj, Pavlovsk və Peterhof kolleksiyalarına aid olan həqiqi eksponatlarla yanaşı nümayiş etdirilən əsgərin siqaret yandırdığı heykəlcik Savitskinin Fersman Muzeyindəki heykəlinin kobud bənzəridir.
Bundan başqa, kolleksiyaçı muzeydəki bir çox eksponatın orijinal olmadığını bildirib. Onun sözlərinə görə, sadalanan əsərlər XX əsrə yox, XXI əsrə aiddir. O, eyni zamanda, ekspozisiyada iştirak edən saxtakarların siyahısını xeyli uzada biləcəyini qeyd edib.
İddialar əsasında hazırda Ermitajda araşdırmalara başlanılıb. Sərgi ötən il noyabrın 25-də başlayıb və bu il martın 14-dək davam edəcək.
BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur.
Посмотреть эту публикацию в Instagram
Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir.
Посмотреть эту публикацию в Instagram
"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.
Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın.
Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq.
BAKI, 17 yanvar - Sputnik. İsraildə yeni növ koronavirus infeksiyasına qarşı “Pfizer” vaksini ilə peyvənd olunan 13 nəfər üz iflici olub.
“Report”un məlumatına görə, bu barədə “The Jerusalem Post” İsrail Səhiyyə Nazirliyinin hesabatına istinadən xəbər verib.
Nazirlik bildirib ki, üz iflici olanların sayı daha çox ola bilər.
Qeyd edək ki, ötən ilin 20 dekabr tarixində İsraildə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb. İlk olaraq İsrailin Baş naziri Binyamin Netanyahu peyvənd olunub.