Opera və Balet Teatrı

"Riqoletto"da Azərbaycan Ukrayna opera ustaları birgə çıxış edəcək

47
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin "Riqoletto" operası nümayiş olunacaq.

BAKI. 13 dek-Sputnik. Dekabrın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin "Riqoletto" operası nümayiş olunacaq.

Teatrdan Sputnik-ə verilən məlumata görə, tamaşada Azərbaycan Opera və Balet Teatrının aparıcı solistləri ilə yanaşı, Ukrayna Milli Operasının solistləri də iştirak edəcəklər.

Səhnə əsərində Azərbaycanın opera həvəskarlarına adı yaxşı tanış olan Ukraynanın Xalq Artisti Olqa Naqornaya, əməkdar artistlər Dmitri Kuzmin və Dmitri Qrişin əsas partiyalarda çıxış edəcəklər. Opera tamaşasında, həmçinin yerli sənətçilər — Azərbaycanın xalq artisti Əli Əsgərov, əməkdar artistlər Əkrəm Poladov və Səbinə Əsədova da əsas rolları canlandıracaqlar.

Operanın dirijoru isə xalq artisti, professor Cavanşir Cəfərovdur.

47
Teqlər:
professor, Cavanşir Cəfərov, Səbinə Əsədova, Əkrəm Poladov, Azərbaycanın xalq artisti Əli Əsgərov, Dmitri Qrişin, Dmitri Kuzmin, Ukraynanın Xalq Artisti Olqa Naqornaya, Ukrayna, Cüzeppe Verdi, Verdi, Riqoletto, balet, opera, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan
Çap maşını, arxiv şəkli

Şəhid Cəbrayıl Dövlətzadədən roman yazıldı

15
Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Cəbrayıl Dövlətzadə ölümündən sonra "Vətən uğrunda" və 3-cü dərəcəli "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib

BAKI, 4 mart — Sputnik. Yazıçı Azad Qaradərəli 44 günlük Vətən Müharibəsinin qəhrəmanlarından olan 19 yaşlı şəhid Cəbrayıl Dövlətzadənin qısa ömür və döyüş yolundan bəhs edən roman yazıb. Sputnik Azərbaycan xəbər verir ki, "Cəbrayıl əfsanəsi" adlı romanını proloq, epiloq və 19 fəsildən ibarətdir. Hər fəsil qəhrəman həmvətənimizin ömrünün bir ilinə ithaf olunur.

Qeyd edək ki, Cəbrayıl Dövlətzadə 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Cəlilabad rayon N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə idi. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cəbrayıl Dövlətzadə, sentyabrın 28-də şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cəbrayıl Dövlətzadə ölümündən sonra "Vətən uğrunda" medalı və 3-cü dərəcəli "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib

15
Teqlər:
kitab, şəhid
Berlin kinofestivalının mükafatı, arxiv şəkli

Berlin Film Festivalında iştirak edən filmlərin reytinqi açıqlanıb

18
(Yenilənib 17:37 04.03.2021)
Hazırda tənqidçilər cənubi koreyalı rejissor Honq Sanq-su tərəfindən ərsəyə gətirilən və vüsal-hicran haqqında üç fəlsəfi hekayədən ibarət "Başlanğıc" ("İntroduction") filmini birinci yerə layiq görüblər.

BAKI, 4 mart — Sputnik. Martın 1-dən 5-dək keçirilən 71-ci Berlin Film Festivalında iştirak edən filmlərin reytinqi açıqlanıb.

Sputnik Azərbaycan xarici KİV-ə istinadən xəbər verir ki, hazırda tənqidçilər cənubi koreyalı rejissor Honq Sanq-su tərəfindən ərsəyə gətirilən və vüsal-hicran haqqında üç fəlsəfi hekayədən ibarət "Başlanğıc" ("İntroduction") filmini birinci yerə layiq görüblər.

3,3 xal toplayan bu film daha çox fransalı və britaniyalı tənqidçilərin rəğbətini qazanıb.

Sonrakı yerlərdə macarıstanlı rejissor Denes Naginin II Dünya müharibəsi mövzusunda "Təbii işıq" filmi və rumıniyalı rejissor Radu Yudenin bir məktəb müəlliminin başına gələnlərdən bəhs edən "Tərslik tutdu, yaxud Dəlisov porno" ("Bad luck banging or Loony porn") filmi qərarlaşıb.

Xatırladaq ki, festival pandemiya ilə əlaqədar onlayn keçirilir.

18
Neft buruğu, arxiv şəkli

Azərbaycan neftinin qiyməti son bir ildə maksimum göstəriciyə çatdı

0
"Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub

BAKI, 5 mart — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşır.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 2,95 dollar artaraq 67,70 dollar təşkil edib. Bu, son 13 ayın maksimum göstəricisidr.

"Brent" markalı neftin qiyməti 0,90 dollar artaraq 67,64 dollar, "Light" markalı neftin qiyməti isə 0,82 dollar bahalaşaraq 64,65 dollar olub.

Qeyd edək ki, "Azeri Light" nefti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

0
Teqlər:
qiymət artımı, Azərbaycan, neft
Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj