Azərbaycan Xalça Muzeyi

Azərbaycan Xalça Muzeyi ətrafında qalmaqal

285
(Yenilənib 18:01 07.12.2015)
Muzeyin direktoruna şiddətli töhmət verilib, baş mühasibi isə işdən azad edilib.

BAKI, 7 dek-Sputnik. Azərbaycan Xalça Muzeyinin fəaliyyətində yol verdiyi nöqsanlara, kollektivdə normal iş ahənginin pozulmasına şərait yaratdığına, rəhbərlik etdiyi muzeydə əmək və icra intizamına ciddi əməl olunmasını təmin etmədiyinə görə muzeyinin direktoru Röya Tağıyevaya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Sputnik Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına istinadən xəbər verir ki, aparılan yoxlama nəticəsində vəzifəsinə məsuliyyətsiz münasibət göstərdiyinə, maliyyə vəsaitlərinin xərclənməsində sənədləşməni qanunvericiliyə uyğun aparmadığına görə, Azərbaycan Xalça Muzeyinin baş mühasibi Gülnaz Rüstəmova tutduğu vəzifədən azad edilib.

Şöbədən bildiriblər ki, Azərbaycan Xalça Muzeyinin fəaliyyətinə nəzarətin gücləndirilməsi, aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə nazirliyin müvafiq strukturlarına konkret tapşırıqlar verilib.

285