Ermənilər Köçəri rəqsini özəlləşdirərkən

Ermənilər "Köçəri" rəqsi ilə bağlı UNESCO-ya müraciət ediblər

155
(Yenilənib 23:39 02.12.2015)
UNESCO-nun Ermənistan Respublikası Milli Komitəsinin tələbi ilə "Köçəri- xalq qrup rəqsi"nin Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi müzakirə olunan məsələlər sırasında 35-cidir.

BAKI, 2 dek-Sputnik. UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin Vindxukda (Namibiya) keçirilən 10-cu iclasında Ermənistan "Köçəri" rəqsinin milli irs siyahısına salınması ilə bağlı müraciət edib.

Sputnik-in məlumatına görə, UNESCO-nun Ermənistan Respublikası Milli Komitəsinin tələbi ilə "Köçəri- xalq qrup rəqsi"nin Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi müzakirə olunan məsələlər sırasında 35-cidir.

UNESCO Komitəsinə bu rəqsin "Ermənistan mədəniyyətinin bir hissəsi olduğu"na dair "sübutlar" təqdim olunub.

Hal-hazırda ermənilərin bu müraciəti müzakirə mərhələsindədir.

Ermənilər bu məsələ ilə bağlı iddia edirlər ki, guya 1945-ci ildə Berlinin alınmasında iştirak edən "89-cu əfsanəvi Taman milli diviziyası"nın döyüşçüləri Reyxstaqın divarları arasında "Köçəri" rəqsini oynayıblar.

Ermənilər bu rəqsin onlara aid olmasını isbat etmək üçün dünyadakı erməni diasporunun bütün toplantılarında "Köçəri"ni oynadığı bəhanəsini də ortaya atıblar.

155
Teqlər:
Berlin, Namibiya, Vindxuk, UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsi, Köçəri rəqsi, UNESCO, Ermənistan