Stiven Siqal - Hollivud ulduzu

Hollivud ulduzu Stiven Siqal Bakıda konsert verəcək

167
Dekabrın 16-17-də keçiriləcək konsertdə Stiven Siqal və onu müşayiət edəcək qrup tamaşaçılara blüz musiqi proqramı təqdim edəcək.

BAKI, 2 dek-Sputnik. Məşhur Hollivud ulduzu Stiven Siqal ilk dəfə Bakıda, Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edəcək.

Sputnik Heydər Əliyev Mərkəzinin məlumatına istinadən xəbər verir ki, dekabrın 16-17-də keçiriləcək konsertdə Stiven Siqal və onu müşayiət edəcək qrup tamaşaçılara blüz musiqi proqramı təqdim edəcək.

Hollivud ulduzu, kinoaktyor, rejissor, eyni zamanda aykido ustası Stiven Siqal musiqiçi kimi də məşhurdur. O, musiqiyə aktyorluqdan daha əvvəl başlayıb. Siqal 12 yaşında gitara çalmağı öyrənib və əsasən, blüz janrına üstünlük verib.

İllərlə öz üzərində işləyən Stiven Siqal məşhur blüz əfsanələri — Bi Bi Kinq, Bo Didli, Con Li Huker, ona ən çox təsir göstərmiş gitaraçı Braun Klarens "Qeytmaut" ilə birgə ifalar edib, blüza olan sevgisini onlarla bölüşüb.

Stivenin anası onun "musiqisini dünya eşitməlidir" deyəndən sonra Siqal ilk albomunu buraxıb. 2005-ci ildə işıq üzü görən "Kristal mağaradan mahnılar" ("Songs from the Crystal Cave") albomu Avropa bazarında ən çox satılan albomlardan olub və özündə blüz, pop, rok kimi müxtəlif janrları birləşdirir.

2006-cı ildə daha bir musiqi albomu — "Mojo Priest" təqdim olunub. Tənqidçilər tərəfindən ilin ən yaxşı blüz albomu adlandırılan "Mojo Priest" təkcə Stivenin sərt gitara üslubunu deyil, həmçinin blüzun əsasını qoymuş Bi Bi Kinq, Bo Didli, Robert Lokvud, Ko Ko Teylor, Ceyms Kotton, Villi Perkins və Hubert Samlin kimi əfsanələrin musiqisini də özündə birləşdirir.

Bi Bi Kinq Stiven Siqalın musiqisini xarakterizə edərək — "Stiven gitara çalmaqda mahir ustadır" — deyib. Stivenin blüzu ənənəvi və mənalı bir tərzdə çatdırmaq istedadı onun yazdığı və ifa etdiyi musiqidə aydın görünür.

Qeyd edək ki, Stiven Siqalın böyük gitara kolleksiyası da var. O, bunu 1960-cı illərdən toplamağa başlayıb. Kolleksiyaya Albert Kinq, Albert Kollinz və digər məşhur ifaçıların gitaraları daxildir.

1952-ci ildə ABŞ-da anadan olan Stiven Siqal 1986-cı ildən kino sahəsində fəaliyyətə başlayıb və artıq 1988-ci ildə ilk filmi "Qanundan yüksəkdə" ekran əsərində Niko rolunu ifa edib. Əsasən döyüş filmlərində çəkilən aktyor "Mühasirədə", "Ölümcül təhlükə", "Məhvetmə qərarı", "Keçmişin kölgəsi", "Günəşin altında" və s. filmlərdə rol alıb.

Stiven Siqal, həmçinin film prodüseri kimi tanınır. O, prodüseri olduğu filmlərdə döyüş səhnələrinə quruluş verib.
Bu il sentyabrın 21-də Bakıya səfəri çərçivəsində Heydər Əliyev Mərkəzində olan Stiven Siqal Mərkəzin Auditorium zalına heyran olmuş və burada konsert vermək arzusunu bildirmişdi.

Konsertin biletlərini Heydər Əliyev Mərkəzinin kassasından əldə etmək olar.

167
Teqlər:
Hollivud, Hollywood, Mojo Priest, Bi Bi King, Stiven Siqal, Heydər Əliyev Mərkəzi, Stiven Seagal, Bakı
Ülviyyə Qarayeva

On yaşınadək yeriməyib, indi həm rəqs edir, həm xoşbəxtliyin sirrini paylaşır - VİDEO

1241
(Yenilənib 14:52 24.09.2020)
"Fiziki olaraq sağlam insanlar bizdən daxilən daha zəifdirlər. Halbuki Allah onlara hər şey verib. Onlar heç kimdən asılı deyillər. Amma onlar xoşbəxt ola bilmirlər".

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 24 sentyabr — Sputnik. Ülviyyə Qarayevanın 21 yaşı var. Fiziki məhdudiyyətli olan gənc xanım daxilən o qədər möhkəmdir ki, özünü fiziki olaraq sağlam insanlardan qat-qat güclü hesab edir. Həyatı və sənəti ilə bağlı Sputnik Azərbaycan-a danışan Ülviyyə insanların diqqətini daha çox hind rəqsləri ilə çəkib: "15 yaşından məndə hind rəqslərinə qarşı maraq oyanıb. İnternetdən baxıb hind rəqslərini öyrənməyə başladım. Baxa-baxa həm də rəqs edirdim. Gördüm ki, məndə nəsə alınır. Bununla da rəqslə bağlı istəklərim artdı. 2017-ci ildə Oksana Rəsulova hind rəqsi müsabiqəsi təşkil etmişdi, həmin müsabiqədə 3-cü yerə layiq görüldüm. 20-dən artıq rəqibim var idi. Orada daha çox obrazıma görə bəyənildim. Çünki digər rəqiblərim yaxşı hazırlaşmışdılar, mən isə öz-özümə hazırlaşmışdım".

© Photo : Sadıq Əliverdibəyli
Ülviyyə Qarayeva

Hind rəqsləri ilə bərabər, onun həm də aktyor sənətinə böyük marağı var: "Hind rəqslərini fərdi müəllimlə öyrənməmişəm. Hələ ki bu rəqs üzrə həvəskar olaraq çalışıram, istəyirəm, o rəqsi də peşəkar səviyyəyə çatdırım. Amma ən böyük arzum aktrisa olmaqdır. Buna görə də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə sənədlərimi vermişəm. İmtahandan 8 bal aldım və qəbul olundum".

Ülviyyə ADMİU-ya sənəd verəndə diskriminasiya ilə qarşılaşacağından narahat olub:

"Düşünürdüm ki, səhhətimlə əlaqədar qəbul eləməzlər. Mənə deyirdilər ki, sənin keçmək şansın çox azdır. Buna baxmayaraq, toparlandım. Özümü məğlubiyyətə də hazırladım. Amma düşünürdüm ki, mən bunu istəyirəm. Ürəkdən istədiyimiz hər şeyi Allahın verəcəyinə inanıram. Məni ən çox sevindirən o oldu ki, məni digər sənəd verən rəqiblərimdən ayırmadılar. Diskriminasiya yaşamadım. Əgər orada diskriminasiya yaşasaydım, mənim fiziki məhdudiyyətli olmağıma yazıqları gəlib məni qəbul etsəydilər, bununla barışmazdım".

"Kiminsə mənə yazığı gəlməyini heç sevmirəm. Qətiyyən qəbul etmirəm. Digər uşaqlarda necə oldusa, məndə də elə. Mənim nə balaca boyuma, nə də səhhətimə baxdılar. Mənim istedadıma baxdılar. Mənə qohumlarım dedilər ki, sən balacaboysan, ola bilsin ki, buna görə səni keçirərlər. Amma mən bunu imtahanda hiss etmədim".

Ülviyyə həm də aktrisa kimi fəaliyyət göstərir: "İlk dəfə "Əsa" teatrının təsisçisi və rəhbəri Nihad Qulamzadə teatra dəvət etdi məni. Bundan sonra Akademik Musiqili Teatrında Moris Meterlinkinin "Göy quş" tamaşasında rol aldım. Mehriban Zəkiylə eyni səhnəni paylaşmaq mənim üçün xoşbəxtlik idi. Tamaşa qapalı şəraitdə keçdi. Dövlət nümayəndələri gəlmişdilər həmin tamaşaya. İkinci dərəcəli rol olmasına baxmayaraq, rolum bəyənilmişdi. Bu, mənim böyük səhnədə ilk çıxışım idi. Bir növ debütüm idi deyə bilərəm. 2019-cu ildə Heydər Əliyev Mərkəzində "Addım" tamaşasında iştirak etdim. Bu tamaşa əsasən rəqslə bağlı idi. "Danse Ability"nin (Fiziki məhdudiyyətli şəxslər üçün təşkil olunmuş təşkilat) tamaşası idi. Mən həmin təşkilatın rəqqasəsiyəm. Bundan başqa, bir çox ölkə əhəmiyyətli layihələrdə iştirak etmişəm".

"Daha çox teatrı sevirəm. Səhnəyə çıxanda özümü çox xoşbəxt hiss edirəm. Düzdür, çətindir, məsuliyyətlidir. Amma mən onu daha çox sevirəm. Mənim hələ ki özünü itirmək, sözləri və mizanı unutmaq kimi problemim olmayıb. Səhnəyə çıxan an bir az həyəcan olur, sonra keçir. Tamaşa bitəndə səhnədən düşmək istəmirəm", - deyə Ülviyyə Qarayeva əlavə edib.

Qəhrəmanımız 10 yaşına qədər gəzməyib. Lakin mübarizliyi, həyata olan sevgisi sayəsində ayaqlana bilib: "On yaşıma qədər yeriməmişəm. Sonradan gips, müxtəlif masajlar və elektrik masajı ilə ayağa qalxa bildim. Mənim ayağa qalxmağım üçün müəyyən müalicələr lazım idi. Heydər Əliyev Fondu mənə dəstək oldu. Əslində anamın heç bir ümidi yox idi ki, mən ayağa qalxa bilərəm. Mən uşaq idim. Ayağa qalxıb gəzməyin nə qədər böyük xoşbəxtlik olduğunu indi anlayıram. Uşaqlıqda onu dərk etmirdim. Sevinirdim ki, məktəbə gedəcəm. Ayağa qalxdığım gün mənim adımı məktəbə yazdırdılar. 10 yaşımda məktəbə getdim. Məktəbdə də məni çox sevdilər. Sinif yoldaşlarım, müəllimlərim də məni çox sevirdilər. Özlərindən ayırmırdılar. Əla qiymətlərlə məktəbi bitirdim".

© Photo : Sadıq Əliverdibəyli
Ülviyyə Qarayeva

Əvvəllər özünə qarşı kompleksləri olan həmsöhbətimiz bildirir ki, özünü cəmiyyətə yararsız hesab etdiyi vaxtlar da olub: "Mənim də bədbin düşündüyüm vaxtlar olub. Əlbəttə ki, bu yanlışdır. Fiziki məhdudiyyət əngəl olmamalıdır. Ətrafdan mənə müsbət fikirlər söyləyirdilər. Bu da mənə müsbət təsir etdi. Düşündüm ki, Allah mənə çox yaxşı bir şans verib. Mən bunu qiymətləndirməliyəm. Boyumun qısalığına görə məyus olmamalıyam".

Müsahibimiz əlavə edib ki, bədbin düşünən insanları qətiyyən sevmir:

"İnsan mübariz olmalıdır. İnsanın daxili aləmi hər şeyi həll edir. İnsan daxilən bədbindirsə, neqativ düşüncəlidirsə, heç kim ona kömək edə bilməz. İnsanın içində bir az da olsa ümid varsa, ona təkan verib, onu dirçəltmək mümkündür. Əks təqdirdə bütün çabalar boşuna gedəcək. Mən həmişə özümə inanmışam".

Ülviyyə xoşbəxtliyin formulunu aza qane olmaqda görür: "Hər şeydən, hamıdan umurlar. Və nəticədə xoşbəxt ola bilmirlər. Biz isə hər şeyə sevinirik, qane oluruq və xoşbəxt oluruq. Amma fiziki olaraq sağlam insanların həyatına bir az xoşbəxtlik gələndə onunla qane olmurlar. Deyirlər, bir az da xoşbəxtlik gəlsin, artsın, bir az da artsın... Əslində xoşbəxtliliyin azı-çoxu olmur. İnsanlar xoşbəxtliklərinə qane olmadıqlarına görə də bu gün intiharların sayı getdikcə artır".

© Photo : Sadıq Əliverdibəyli
Ülviyyə Qarayeva

"İnsanı geriyə salan amillərdən biri də həsəd hissidir. İnsanı məhv edir. Kiməsə həsəd aparmaq özünə qarşı hörmətsizlikdir. Yaraşıqlı oğlana, gözəl qıza ancaq Allahın yaratdığı gözəllik kimi baxıram. Onda gözəllik ola bilər, amma insani keyfiyyətləri olmaya bilər. Bu baxımdan özümü şanslı hesab edirəm. Çünki məndə insanlara qarşı həsəd hissi yoxdur və ən əsası mən aza qane olub xoşbəxt ola bilirəm. Bütün insanlara da tövsiyə edirəm ki, daxilən rahat və hüzurlu olsunlar", - deyə bildirib.

1241
Teqlər:
xoşbəxtlik, azərbaycanlı, fiziki qüsur, Əsa Teatrı, aktrisa, Hind rəqsi, rəqqasə
Əlaqədar
Səhhətindəki problem sayəsində sənət qazandı - Azərbaycanlı qız ömrünü musiqi ilə uzatdı
"Teatrı o qədər sevirdim, orada süpürgəçi olmağa hazır idim"
Qeyri-adi tamaşa - Kələxana türbələri canlı dekorasiya oldu
Avropanın ən xarizmatik kişisi: "Pulu düşündüyün an sənət yox olur"
Vəziyyət acınacaqlıdır: Pərdə qalxanda faciələrə güləcəyik?
Nisə Qasımova, arxiv şəkli

Xərçəngə tutulan azərbaycanlı müğənni əməliyyat olundu

25
(Yenilənib 12:49 24.09.2020)
"Mən öz problemlərimlə insanları yükləmək istəmirəm, ona görə də xəstə vaxtlarımda sosial şəbəkələrdən, TV-lərdən uzaq dayandım".

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 24 sentyabr — Sputnik. Xərçəng xəstəliyindən əziyyət çəkən Xalq artisti Nisə Qasımova əməliyyat olunub. Sputnik Azərbaycan xəbər verir ki, müğənni bu barədə özünün "Instagram" hesabında paylaşıb: "Özümü çox yaxşı hiss edirəm. Hər kəsə təşəkkür edirəm, məni unutmadınız. Mən öz problemlərimlə insanları yükləmək istəmirəm, ona görə də xəstə vaxtlarımda sosial şəbəkələrdən, TV-lərdən uzaq dayandım. İndi yaxşıyam və yeni mahnılar üzərində işləyəcəm". O qeyd edib ki, artıq sosial şəbəkədə də aktiv olacaq.






Посмотреть эту публикацию в Instagram

Публикация от Nisa Qasimova (@niseqasimova_official)

Xatırladaq ki, Xalq artistinin xərçəng xəstəliyinə tutulması ilə bağlı məlumatlar yayılmışdı.

25
Teqlər:
Instagram, əməliyyat, xərçəng xəstəliyi, Nisə Qasımova, müğənni
Əlaqədar
Elza Seyidcahan "Taclı eybəcər"lə gündəmi alt-üst etdi
Şortikin əleyhinə daha bir sərt tənqid səsləndi
Emin Ağalarov: "Yeganə yol Azərbaycanın ərazi bütövlüyüdür"
Samanlıq, atlar və bir gözəl qadın: karantini belə dəyərləndirdi - FOTO
Xalq artistinin yazdığı şərh izləyiciləri özündən çıxardı
20 nömrəli məktəbdə tədris prosesi

İş dəftərləri ilə bağlı müəmma - Təhsil Nazirliyi isə hələ susur

0
(Yenilənib 19:47 24.09.2020)
"Biz məcbur olub bütün rayonlar üzə poçt şöbələrini gəzirik ki, iş dəftəri alaq. Amma əvvəllər iş dəftərləri bütün məktəbli ləvazimatları və kitab mağazalarında satılırdı"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 24 sentyabr — Sputnik. Yeni tədris ilində iş dəftərlərinin satışı ilə bağlı qəribə vəziyyət yaranıb. Valideynlərin Sputnik Azərbaycan-a verdikləri məlumata görə, aşağı siniflərdə iş dəftərlərinin satışı bu dəfə kitab mağazalarında deyil, poçt məntəqələrində həyata keçirilir. Valideynlər Sputnik Azərbaycan-a bildiriblər ki, müəllimlər onlara 1 və 2-ci sinif üçün ana dili, riyaziyyat, ingilis dilindən iş dəftərləri almağı tapşırıblar. Bildirilib ki, iş dəftərlərini ancaq poçt məntəqələrindən ala bilərsiniz. Bəzi poçt məntəqələrində isə iş dəftərləri tapılmır: "Biz məcbur olub bütün rayonlar üzə poçt şöbələrini gəzirik ki, iş dəftəri alaq. Amma əvvəllər iş dəftərləri bütün məktəbli ləvazimatları və kitab mağazalarında satılırdı".

© Sputnik / Stringer
İş dəftəri

Sputnik Azərbaycan iş dəftərlərinin poçt məntəqələrində satışının səbəbini araşdırıb.

Xətai rayonu 3 saylı poçtun 16 saylı poçt şöbəsindən iş dəftərinin satıldığını təsdiqlədilər. Poçtdan Sputnik Azərbaycan-a bildirdilər ki, 1-ci və 2-ci sinif şagirləri üçün iş dəftərləri var: "Ana dili və riyaziyyat fənləri üzrə iş dəftərləri iki manat, ingilis dili üzrə iş dəftəri 3 manatdır".

6 saylı poçt filialının 53 saylı poçt şöbəsindən isə bildirdilər ki, iş dəftərləri satılıb qurtarıb. Əlaqə saxladığımız digər poçt məntəqələrinin də əksəriyyətindən iş dəftərlərinin satıldığını, bəzilərini isə çox az qaldığını bildirdilər.

İş dəftərlərinin hansı səbəbdən poçtda satıldığının səbəbini açıqlamadılar:

"Səbəbini biz özümüz də bilmirik. Təhsil Nazirliyindən poçtlara paylanıb, biz də satırıq".

Əlaqə saxladığımız digər poçtlardan da eyni cavabı aldıq. Bildirdilər ki, hansı səbəbdən iş dəftərlərinin poçtlara verildiyindən xəbərsizdirlər: "Bizə satmaq üçün veriblər, biz də satırıq".

"Azərpoçt" MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Mehman Mehdiyev isə Sputnik Azərbaycan-ın bununla bağlı sorğusuna cavab olaraq bildirib ki, iş dəftərlərinin poçtlarda satılmasının səbəbi ilə bağlı sualları Təhsil Nazirliyinə ünvanlayın.

Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bununla bağlı ictimaiyyətə açıqlama veriləcək.

Qeyd edək ki, "Azərbaycan dili" - tədris dili fənni üzrə 1-ci sinif üçün iş dəftəri üzrə müstəsna hüquqların sahibi Təhsil Nazirliyi, Təhsil Texnologiyaları Mərkəzidir. Təhsil İnstitutundan sözügedən şöbənin əməkdaşlarının pandemiyaya görə işə gəlmədiyini bildirdilər. Təhsil Nazirliyinin 146 "Qaynar Xətt"indən isə verdiyimiz sualın cavabını bilmədiklərini söylədilər.

0
Əlaqədar
Təhsil Nazirliyi məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı məlumat yayıb