Balaca Şahzadə

“Balaca şahzadə” filmi sentyabrın 25-də ekranlara çıxacaq

50
(Yenilənib 16:54 14.09.2015)
Film səhraya düşən bir pilotun uzaq planetlərdən gələn bir uşaqla tanış olma hekayəsindən bəhs edir.

BAKI, 14 sen – Sputnik. Fransız şair və yazıçı Antuan de Saint Exupery-in əsəri "Balaca Şahzadə" sentyabrın 25-də ekranlarda olacaq.

İlk gündən etibarən kino salonlarında rəğbət görməyi hədəfləyən filmin rejissoru Mark Osborne-dir.

Səhraya düşən bir pilotun uzaq planetlərdən gələn bir uşaqla tanış olma hekayəsindən bəhs edən filmin orijinal səsləndirmələrini Rachel Mcadams, James Franko, Marion Cotillard, Cef Bridges və Pol Giamatti kimi məşhur simalar edib.

‘‘Balaca Şahzadə" dünyada ən çox satılan ilk 10 kitabın arasındadır.

50
Teqlər:
Balaca Şahzadə kitabı, Balaca Şahzadə filmi, Balaca Şahzadə, Antuan de Saint Exupery
Azərbaycan bayrağı

Məşhur türk sənətkarının ifasında "Qarabağ türküsü" səsləndirildi

16
(Yenilənib 12:02 21.10.2020)
Mahnı Azərbaycan Ordusunun göstərdiyi sücaətlərdən, işğaldan azad olunan torpaqlarımızdan bəhs edir.

BAKI, 21 oktyabr — Sputnik. Son günlər Azərbaycan Ordusunun aparığı uğurlu əməliyyatları nəticəsində Cəbrayıl, Fizuli və Zəngilan şəhərləri və bir sıra kəndlərimizin işğaldan azad olunması xəbəri Azərbaycan xalqı ilə yanaşı, qardaş Türkiyə xalqını da sevindirib. Azərbaycana dəstək məqsədilə Türkiyənin ən məşhur bölgələri Azərbaycan bayrağına bürünüb.

Bundan başqa qardaş ölkənin sənət adamları da ölkəmizə dəstək olublar. Bu dəfə bu axına Türkiyənin məşhur saz ifaçısı, müğənni Əsəd Kabaklı da qoşulub. Sputnik Azərbaycan xəbər verir ki, məşhur ozan Qarabağda davam edən vətən savaşı üçün mahnı ifa edib. Mahnı Azərbaycan Ordusunun göstərdiyi sücaətlərdən, işğaldan azad olunan torpaqlarımızdan bəhs edir. Sözügedən mahnının sözləri İntiqam Yaşar, musiqisi isə Əziz Əlibəyliyə məxsusdur.

16
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Ceyla Seyidova, arxiv şəkli

"Sarı gəlin"dən xəbər var

255
(Yenilənib 11:49 19.10.2020)
Musiqini gənc skripka ifaçısı Ceyla Seyidova səsləndirir, rəqsi isə Nigar Əliyeva ifa edir. "Sarı Gəlin" musiqisinin ilk balet versiyasının klipi "ALOV Club"un "Instagram" səhifəsində yayımlanıb.

BAKI, 19 oktyabr — Sputnik. Ermənilərin uzun illər özününkiləşdirmək istədiyi Azərbaycanın xalq mahnısı "Sarı gəlin" yeni balet versiyasında təqdim olunub.

Посмотреть эту публикацию в Instagram

Публикация от ALOV Club (@alovclub)

Musiqini gənc skripka ifaçısı Ceyla Seyidova səsləndirir, rəqsi isə Nigar Əliyeva ifa edir. "Sarı Gəlin" musiqisinin ilk balet versiyasının klipi "ALOV Club"un "Instagram" səhifəsində yayımlanıb: "Müstəqillik günü münasibətilə xalqımızı təbrik edirik! Ölkə üçün çətin bir zamanda ruhdan düşməməyinizi diləyirik".

https://www.instagram.com/p/CGejOZhjSyT/?utm_source=ig_web_copy_link

255
Əlaqədar
Azərbaycanlı aşıq "Sarı gəlin"i niyə ermənilərlə birlikdə oxuduğuna aydınlıq gətirdi
Bakıda “Sarı gəlin” oxuyan italiyalı əfsanəvi müğənni
Eyfel qülləsində "Sarı gəlin" səsləndirildi
Moldovanın Xalq artistinin ifasında “Sarı Gəlin”
Misirlilər azərbaycanlı qızın ifasında "Sarı gəlin"ə valeh oldu
Moskvada tibb işçiləri, arxiv şəkli

Qonşu ölkədə bir gündə 300-dən çox şəxs öldü

0
(Yenilənib 12:46 21.10.2020)
Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1447335-ə çatıb. Rusiyada pandemiya yayılandan 24952 nəfər COVID-19-dan vəfat edib.

BAKI, 21 oktyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 15700 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 317 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1447335-ə çatıb. Rusiyada pandemiya yayılandan 24952 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1096560-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 40,7 milyonu keçib, 1,2 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0