ханенде Алим Гасымов

Sadəcə Alim Qasımov

32
(Yenilənib 12:25 14.08.2015)
Məşhur xanəndə Alim Həmzə oğlu Qasımov 1957-ci il avqustun 14-dədə Qobustan rayonunun Nabur kəndində anadan olub.

BAKI, 14 avq — Sputnik. Məşhur xanəndə Alim Həmzə oğlu Qasımov 1957-ci il avqustun 14-də Qobustan rayonunun Nabur kəndində anadan olub.

Valideynləri onun musiqiyə və xüsusilə muğama qarşı olan istedadını uşaqlıqdan biliblər, ancaq ona musiqi təhsili verməyə imkanları yox idi. Əllərindən bir tək şey gəlirdi. Dəf düzəltmək üçün, atası bir keçi kəsmişdi. Bu dəfə, Alimin birinci musiqi aləti idi və bununla birlikdə o, gözəl və hamıdan fərqlənən səsə sahib idi.

Daha sonra o, Bakıda muğam məktəbinin ən tanınmış və istedadlı müəllimlərindən dərs alıb. 25 yaşında Alim, həyatında birinci muğam müsabiqəsində müvəffəqiyət qazanıb. O vaxtlarda o, muğam sənətinin, xüsusilə də "tarab" janrının araşdırmalarıyla məşğul olurdu.

1989-cu ildən Alim Qasımov Mənsurov qardaşlarıyla çıxış eləməyə başlamış, tarzan Camal və kamança çalan Elşən ilə. Arada Alim Qasımov özü də dəf çalır.

Alim Qasımov hər bir musiqi sənətkarının nail olmağa çalışdığı mükafata layiq görülüb. Məsələn 1999-cu ildə o, Beynəlxalq IMC UNESCO Musiqi Mükafatını alıb.

Muğam sənətini Fransa, İngiltərə, Almaniya, Belçika, İspaniya, Braziliya, Honq Konq, Yaponiya, İran və Amerika Birləşmiş Ştatları kimi ölkələrdə konsertlərlə çıxış edən sənətçi, bütün dünyaya Azərbaycan muğam sənətini tanıdaraq, Azərbaycan mədəniyyətinin dünyaya yayılması üçün böyük bir rol oynayır.

Opera və Balet Teatrının səhnəsində Məcnun (“Leyli və Məcnun”) və Kərəm (“Aşıq Kərəm”) partiyalarını ifa edib. Bir çox ölkələrdə konsertlərlə çıxış edərək Azərbaycan muğamını dünyaya tanıdıb. 

Alim Qasımov fərqli nominasiyaya layiq görülüb. Qasımov ABŞ-ın Corctaun Universiteti və mərkəzi İordaniyada yerləşən Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə "Dünyanın ən nüfuzlu 500 müsəlmanı" arasında 4 azərbaycanlıdan biri olub.

26 may 2012-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən 57-ci Avroviziya Mahnı Müsabiqəsinin final mərhələsində Azərbaycan təmsilçisi Səbinə Babayeva ilə eyni səhnəni paylaşıb.

Alim Qasımov 2015-ci ildə Bakıda keçirilmiş Birinci Avropa Oyunlarının açılışında da möhtəşəm çıxışı ilə yadda qalıb.

32
Teqlər:
Mənsurov qardaşları, Alim Qasımov Baku 2015, Alim Qasımov Baku2015, Beynəlxalq IMC UNESCO Musiqi Mükafatı, tarzan Camal, Alim Həmzə oğlu Qasımov, xanəndə Alim Qasımov, Alim Qasımov, Nabur kəndi, Qobustan rayonu, Azərbaycan
Miri Yusif

Miri Yusif qazilər üçün pul toplayacaq

10
(Yenilənib 19:13 26.01.2021)
İTV-nin efirində yayımlanacaq və müğənninin ən sevilən mahnılarından ibarət konsertin aparıcıları Nərgiz Cəlilova və Saleh Bağırov olacaq

BAKI, 26 yanvar — Sputnik. Yanvarın 31-də Xalq artisti Miri Yusifin "Yaşat" adlı televiziya konserti olacaq.

Sputnik Azərbaycan xəbər verir ki, konsert Vətən müharibəsində canından keçən müqəddəs şəhidlərimizin ailələrinə və qəhrəman qazilərimizə dəstək məqsədi daşıyır. Konsert zamanı hər bir izləyici ianə edə biləcək və bu ianələr "YAŞAT" Fonduna köçürülərək birbaşa şəhid və qazi ailələrinə yönləndiriləcək.

Konsert "SS Production" şirkətinin və İctimai Televiziyanın birgə təşkilatçılığı ilə reallaşacaq.

İTV-nin efirində yayımlanacaq və müğənninin ən sevilən mahnılarından ibarət konsertin aparıcıları Nərgiz Cəlilova və Saleh Bağırov olacaq. Konsertin informasiya dəstəkçisi "Nargis" jurnalıdır.

Təşkilatçılar hər kəsi yanvarın 31-də saat 18:15-də yayımlanacaq konserti izləməyə və qələbəni bizə yaşadanlara dəstək olmağa çağırır!

10
Teqlər:
ianə, YAŞAT Fondu, mahnı, konsert, Miri Yusif
Aygün Kazımova, arxiv şəkli

Rusiyanın məşhur müğənnisi Aygün Kazımovanı təbrik edib

21
(Yenilənib 20:30 26.01.2021)
Rusiya pop musiqisinin ulduzu özünün "Instagram" hesabında Kazımova ilə çəkdirdiyi fotoları paylaşaraq "Doğum günün mübarək!" yazıb

BAKI, 26 yanvar — Sputnik. Rusiya şou-biznesinin kralı, Rusiyanın Xalq artisti Filipp Kirkorov Azərbaycanın Xalq artisi Aygün Kazımovanı ad günü münasibətilə təbrik edib. Sputnik Azərbaycan xəbər verir ki, Rusiya pop musiqisinin ulduzu özünün "Instagram" hesabında Kazımova ilə çəkdirdiyi fotoları paylaşaraq "Doğum günün mübarək!" yazıb.

Qeyd edək ki, Xalq artisti Aygün Kazımova və Rusiya pop musiqisinin ulduzu Filipp Kirkorov birlikdə dəfələrlə konsert və layihələrlə çıxış ediblər.

21
Teqlər:
təbrik, ad günü, Filipp Kirkorov, Aygün Kazımova
Aleksey Navalnıy, arxiv şəkli

G7 ölkələrinin Navalnı tələbi

0
G7 ölkələrinin - Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ-ın xarici işlər nazirləri Aleksey Navalnının dərhal azad edilməsini tələb ediblər

BAKI, 26 yanvar - Sputnik. G7 ölkələri Rusiya hökumətini bloger Aleksey Navalnını həbsdən azad etməyə çağırıb.

Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadən məlumat verir. 

"Biz, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ-ın xarici işlər nazirləri, eləcə də AB-nin yüksək statuslu nümayəndəsi, Aleksey Navalnının saxlanılmasını və siyasi motivli həbsini qətiyyətlə pisləyirik", - nazirlərin bəyanatında deyilir.

"Biz həmçinin minlərlə dinc nümayişçinin və jurnalistlərin saxlanılmasından da narahatıq və Rusiyanı özünün beynəlxalq və daxili öhdəliklərini yerinə yetirməyə, yanvarın 23-də özlərinin sərbəst toplaşma hüququnu reallaşdırmağa cəhd etdiklərinə görə saxlanılanları azad etməyə çağırırıq. Vətəndaşların öz rəylərini ifadə etmək hüuququnu polislər vasitəsilə, güc yoluyla dəf etmək qəbuledilməzdir", - bəyanatda yazılıb.

Nazirlər həmçinin bildiriblər ki, Avropa İnsan Haqları Məhkəməsi Navalnının tutulmasına rəvac verən məhkəmə qərarını da dəstəkləməyib. 

"Rusiya hökumətini qeyri-şərtsiz və dərhal cənab Navalnını azad etməyə çağırırıq... Biz cənab Navalnının, etirazçıların və jurnalistlərin həbsdən azad olunmaları barədə beynəlxalq çağırışlara Rusiyanın necə reaksiya verəcəyini, eləcə də cənab Navalnının zəhərlənməsinə görə cinayət işinin necə araşdırılacağını nəzarətdə saxlayacağıq", - nazirlər bildiriblər. 

Qeyd edək ki, yanvarın 23-də Rusiyanın müxtəlif şəhərlərində razılaşdırılmamış etiraz aksiyaları keçirilib. İnsanları mitinqlərə Navalnının tərəfdarları səsləyiblər. Saxlanılanlara hökumət nümayəndələrinə qarşı zorakılıq, yolların bağlanması, xuliqanlıq və sanitariya qaydalarının pozulmasına görə bir neçə cinayət işi açılıb. 

Aleksey Navalnı isə yanvarın 17-də Şeremetyevo aeroportunda həbs olunub. Həmin gün o, uzun müddət Almaniyada zəhərlənmədən müalicə aldıqdan sonra vətəninə qayıtmışdı.

0
Teqlər:
Rusiya, azadlıq, tələb, nazirlər, G7, Aleksey Navalni