Serqo Zakariadze

Əsgər atası

62
(Yenilənib 09:16 01.07.2015)
1909-cu il iyulun 1-də məşhur gürcü aktyoru, SSRİ xalq artisti Serqo Zakariadze Bakıda anadan olub.

BAKI, 1 iyul — Sputnik. 1909-cu il iyulun 1-də məşhur gürcü aktyoru, SSRİ xalq artisti Serqo Zakariadze Bakıda anadan olub.

Azərbaycanlı kinosevərlərə o “Əsgər atası” filmindəki Georgi Maxaraşvili rolu ilə tanışdır.

Zakariadze Bakıda anadan olsa da, ailəsi ilə birlikdə Gürcüstanda köçüb. Futbolla maraqlanıb. Bir müddət hətta Tiflis "Dinamo"sunun heyətində çıxış edib. 

Lakin futbolçu karyerasının ataraq aktyorluğa üstünlük verib. Onun ən məşhur rolu "Əsgər atası" filmindəki Georgi Maxaraşvili roludur. Zakariadze bu filmdə oğlunu axtarmaq üçün cəbhəyə yol düşən atanın unudulmaz obrazını yaradıb və on milyonlarla insanın sevimlisinə çevrilib. 

Serqo Zakariadze 1971-ci ildə vəfat edib və Mtasminda dağındakı Panteonda dəfn edilib.

62