Kann film festivalı

Kann film festivalı yekunlaşdı

6
Dünyanın ən məşhur kino festivallarından biri olan Kann film festivalında mükafatların təqdim olunma mərasimi keçirilib.

BAKI, 25 may — Sputnik. Bu il 68-cisi qeyd edilən, dünyanın ən məşhur kino festivallarından biri olan Cannes (Kann) film festivalında mükafatların təqdim olunma mərasimi keçirilib.

Əsas mükafat olan “Qızıl Palma” fransız rejissor Jak Odiyarın “Dheepan” filminə verilib.  Şri-Lankadan qaçan və Parisdə yeni bir həyat qurmaq istəyən Tamil adlı azadlıq döyüşçüsünün başına gələn əhvalatlardan bəhs edən filmə maraq böyük olub. 

“Böyük” mükafatı "Ruhun oğlu" filminə görə macar rejissoru Laslo Nemes, “Ən yaxşı rejissor” mükafatını "Suiqəsdçi" filminə görə çinli rejissor Ho Şa Şen (Hou Hsiao Hsien), "Xərçəng" filminə görə “Münsif”mükafatını yunan rejissor Yorqos Lantimos (Yorgos Lanthimos), “Ən yaxşı ssenari” mükafatını “Xronika” ("Chronic") filminə görə Mişel Franko (Michel Franco) alıb. 

"La Loi du Marche" filmindəki rolu üçün Vincent Lindona "Ən yaxşı aktyor”, "Mon Roi" filmindəki rolu üçün Emmanuelle Bercot və "Carol" filmindəki rolu üçün Runi Mara "Ən yaxşı aktrisa" mükafatlarına layiq görülüblər. 

"Qızıl kamera” mükafatı isə "La Tierra y la Sombra" filminə görə rejissor Sezar Asevedoya (Cesar Acevedo) verilib. 

6