Qışa hazırlıq: badımcan sırdağı

25391
(Yenilənib 11:53 10.08.2015)

Azərbaycan mətbəxi silsiləsindən ötən videomuzda sizə qış üçün bibər və pomidor salatının hazırlanmasını göstərmişdik. 

Hazırda qışa turşu, salat, mürəbbə hazırlığının ən qaynar dövrlərindən biridir. 

Bu dəfə sizi badımcan sırdağının hazırlanması ilə tanış edəcəyik.

Bu qida ölkəmizin cənub bölgəsində populyardır.

25391
Teqlər:
xanımlar üçün, qışa hazırlıq, bibər və pomidor salatının hazırlanması, badımcan sırdağı, Azərbaycan

Qarabağ sayağı paştet: Qədim tərəkəmə resepti

140
(Yenilənib 10:33 05.02.2021)
Bağır-beyin bir vaxtlar Qarabağ zonasının ən sevilən yeməklərindən biri olduğu halda, hal-hazırda onun hazırlanma qaydasını yalnız yaşlı nəsil bilir. Onu necə bişirməli olduğunuzu videomuzda izləyin.

Sputnik Azərbaycan-ın diyarımızın qeyri-adi reseptləri ilə tanışlığı davam edir. Bu dəfə Beyləqan sakini 81 yaşlı Fənarə Süleymanova əsasən tərəkəmə həyat tərzi sürən sakinlərimiz arasında məşhur olan, amma hal-hazırda unudulmaqda olan bağır-beyin və ya Qarabağ sayağı paştetin hazırlanma qaydasını bizə təqdim edib.

Fənarə xanımın sözlərinə görə, bu yemək olduqca tez hazırlanır.

“Biz əsasən dağa gedəndə bunu hazırlayardıq. Bu yemək keçmişdə hörmətli qonaqlar, bəylər üçün bişirilərdi. Əgər quzu kəsilib bişirilirdisə, mütləq bağır-beyin də hazırlanmalı idi”, - deyərək 81 yaşlı  Beyləqan sakini bizimlə bölüşüb.

Bunun üçün bizə öncədən pörtlənmiş 1 kiloqram quzu ciyəri, 1 quzu başının beyni, 300 qram quzu quyruğu, göyərti, soğan, duz və istiot lazım gələcək. İlk öncə quzunun başı soyulur, bişirilir və beyni çıxarılır. Ciyər və quyruq ayrı-ayrılıqda bişirilib soğanla birlikdə ət maşınından keçirilir. Hər üçü xırda doğranmış göyərti ilə birlikdə qarışdırılıb duz, istiot tökülür. Süfrəyə verərkən üzərinə nar dənələri əlavə edilir.

Nuş olsun!

140

Yay təamı qışda: Çoban salatını qış üçün necə bağlamalı videoresept

168
(Yenilənib 12:03 27.11.2020)
Yay və payız aylarında demək olar ki, hər yeməklə masaya mütləq çoban salatı verilir. Beyləqanlı evdar xanım Ətlas Allahyarova hamının sevimlisi olan bu salatı qış üçün necə konservləşdirməli olduğumuzu Sputnik Azərbaycan-a nümayiş etdirib.

Yay və payız aylarında qışa tədarük etmək hər bir ev xanımının sevə-sevə etdiyi işlərdəndir. Belə etməklə, həm qışda yay tərəvəzlərindən dadmış, həm də olduqca qənaət etmiş oluruq. Ümumiyyətlə, qış aylarında tutmaların xüsusi yeri var.

Beyləqanlı evdar xanım Ətlas Allahyarova çoban salatının qış üçün necə tutulduğunu nümayiş etdirib. Bunun üçün bizə hərəsindən bir kiloqram olmaqla pomidor, bibər və xiyar, bir dəstə cəfəri, 5 diş sarımsaq, yarım kiloqram soğan, duz, istiot və sirkə lazım olacaq.

İlk öncə tərəvəzlər yaxşıca yuyulur və orta ölçüdə doğranır. Daha sonra doğranmış tərəvəzlərə duz əlavə edilərək yaxşıca qarışdırılır və bankalara yerləşdirilir. Bankanın ağzına qədər soyuq su əlavə olunur və böyük qazanın içinə yerləşdirilərək qaynadılır. 15-20 dəqiqə qaynadıqdan sonra üzərinə yarım çay qaşığı sirkə əlavə edilərək, bankaların ağzı möhkəm bağlanır.

Nuş olsun! 

168

Füzuli rayonunun Yuxarı Rəfədinli kəndi - VİDEO

0
Yuxarı Rəfədinli 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. 2020-ci il oktyabrın 22-də Azərbaycan Silahlı Qüvvələri kəndi erməni tapdağından azad edib.

BAKI, 5 mart — Sputnik. Müdafiə Nazirliyi Füzuli rayonunun Yuxarı Rəfədinli kəndindən videogörüntülər yayıb.

Sputnik Azərbaycan görüntüləri təqdim edir.

Yuxarı Rəfədinli Qarabağ silsiləsinin ətəyində yerləşir. Keçmiş adı Rəfədinli olub. Ondan yaranmış məntəqə Aşağı Rəfədinli, əvvəlki kənd isə Yuxarı Rəfədinli adlandırılıb. Rəfədinli - kəndin əsasını qoymuş nəslin adıdır.

Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. 2020-ci il oktyabrın 22-də Azərbaycan Silahlı Qüvvələri kəndi erməni tapdağından azad edib.

0
Teqlər:
Azərbaycan Müdafiə Nazirliyi, video, kənd, Azərbaycan, Füzuli, Qarabağ