Molekulyar kulinariya: bal kürüsü

577
(Yenilənib 17:55 01.08.2015)

Molekulyar kulinariyaya alternativ kulinariya da demək olar.

Molekulyar kulinariyada bildiyimiz məhsullardan fərqli qidalar hazırlanır. 

Bu silsilədən bir neçə reseptlə də artıq tanış olmusunuz.

Bu dəfə bal kürüsünün molekulyar kulinariyada necə hazırlandığını görə biləcəksiniz. Qeyd edək ki, bunun üçün sizə bitki yağı, jele, su və təbii ki, bal lazım olacaq. Başlanğıc üçün bitki yağını 30 dəqiqəlik soyuducuya qoymalı olacaqsınız. Digər əməliyyatları isə özünüz görəcəksiniz. 

577

Qışa tənək tədarükü: Dolmasız qış təsəvvür etmək mümkün deyil

219
(Yenilənib 16:53 18.06.2020)
Azərbaycanlıların ən sevimli yeməyi olan yarpaq dolmasının hazırlanması üçün ən yaxşı yarpaq seçilməlidir. Ev xanımlarının qış üçün tənək tədarükünü necə gördüyünü videomuzda izləyin.

Yayda həyətə çıxıb, tər yarpaq dərib dolma bişirmək çətin iş deyil. Bəs qışda nə etməli? Azərbaycanlı ev xanımları qış tədarüklərini indidən görür, qışda dolma bişirmək üçün tənəyi indidən bağlayırlar.

Qaxlı evdar xanım Leyla Abdullayeva öz tənək tutumu üsulunu Sputnik Azərbaycan-la bölüşüb. Bunun üçün o müəyyən qədər yarpaq yığdı, onları ölçülərinə görə dəstə-dəstə ayırdı və hazırlığını gördü – şüşə banka, şüyüd, duz və qaynar su.

Leyla xanım deyir ki, yarpağın saplağını həm kəsmək, həm də yerində saxlamaq olar.

Qeyd edək ki, mütəxəssislər dolma bükmək üçün ağ üzüm yarpaqlarından istifadə etməyi tövsiyə edirlər. Onlar qırmızı sortlarla müqayisədə daha yumşaq və dadlı olur.

219

günlərin insanlarının çörək davası ağır günlərin xilaskar çörəyi - VİDEO

128
(Yenilənib 15:49 06.06.2020)
Ölkəmizdə müxtəlif adda, görünüşdə və tərkibdə çörəklər bişirilir. Bu dad rəngarəngliyinə uşaqlıqdan vərdiş etmişik. Tovuzda isə qarğıdalı unundan hələ də köhnə adətlərə sadiq qalaraq cad çörəyi bişirilir. Daha ətraflı videomuzda izləyin.

Vətənimizdə müxtəlif adda çörək bişirilir. Bu seçim çoxluğunu görə-görə böyümüşük. Amma təəssüf ki, onlardan bəziləri artıq çoxdan unudulmuş, bəziləri də unudulmaq üzrədir. Belə çörəklərdən biri də qarğıdalı unundan bişirilən cad çörəyidir.

Ləzgi “xran fu”, yəni xərək çörəyi necə bişirilir
© Sputnik / Leyla Orucova / Taleh Mahmudov

Özünəməxsus iyi və dadı olan cad çörəyini unutmağa qoymayan Tovuz rayonu Yuxarı Öysüzlü kənd sakinləri onu hələ də “ağır günlərin, çətin günlərin çörəyi” adlandırırlar. Onlar əvvəllər olduğu kimi hələ də onu hazırlayır, unu özləri üyüdür, ələyir, sac asırlar. Onlar unudulmaqda olan çörək növlərindən bişirərək, onların adını, dadını gənc nəslin yaddaşına həkk etdirməyə çalışırlar.

Kənd sakini Pakizə Məmmədova deyir ki, cad çörəyinin hazırlanmasında heç bir maya, xaşlama, baratadan istifadə edilmir, acıtmadan hazırlanır. Məhz buna görə də o, həm sağlamlığa xeyirdir, həm dietikdir. Bir vaxtlar buğda unu qıt olanda, kasıblıq zamanlarında cad çörəyi həmişə insanların köməyinə çatıb. Cad adi isə çörəyin üstü cadar-cadar, girintili-çıxıntılı, “cod” olduğuna görə verilib.

Uşaqlar indi də səbirsizliklə ilk çörəyin bişməsini gözləyirlər. O bişəndə ətrafa elə bir nəfis qoxu saçılır ki, ötən qonşular belə ayaq saxlayırlar. Yay axşamlarında sac ətrafında oturub ilk çörəyi yağla yeməyin ləzzəti isə tamam başqadır.

128
 Əldə manat, arxiv şəkli

Onları 1000 manatadək cərimə edəcəklər

0
(Yenilənib 21:30 11.07.2020)
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanuna edilən dəyişikliklər ciddi cərimələri nəzərdə tutur

BAKI, 11 iyul — Sputnik. Əlilliyi olan şəxslərin əmək hüquqlarını pozan işəgötürənlər 500 manatadək cərimələnəcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bu Prezident İlham Əliyev tərəfindən təsdiqlənən "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunda əksini tapıb.

Qanuna əsasən, İnzibati Xətalar Məcəlləsinə əlilliyi olan şəxslərin hüquqları haqqında qanunvericiliyin pozulmasına dair yeni maddə (205-1) əlavə edilib.

Yeni maddəyə (205-1) əsasən, əlilliyi olan şəxslərin hüquqları haqqında qanunvericiliyin pozulmasına, yəni:

- əmək münasibətlərində əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol verilməsinə, habelə kollektiv və əmək müqavilələrində digər işçilərlə münasibətdə əlilliyi olan şəxslərin əmək hüquqlarının məhdudlaşdırılmasına;

- əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə;

- müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə;

- müəssisənin ləğv edilməsi halları istisna olmaqla, həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi müəyyən edilmiş işçi ilə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə;

- əlilliyi olan şəxslərin tibbi, peşə-əmək, psixoloji-pedaqoji reabilitasiyası və sosial bacarıqların inkişafı məqsədilə tərtib olunmuş Fərdi Reabilitasiya Proqramının dövlət orqanları və dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən icrasının təmin edilməməsinə;

- işəgötürənlər həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi müəyyən edilmiş işçilərin, onların arzusu ilə və "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş Fərdi Reabilitasiya Proqramını nəzərə alaraq, işə düzəlməsi üçün iş yerləri ayırmamağa və ya yenilərini təşkil etməməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə tətbiq ediləcək.

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərin yaşadığı fərdi evlərin onlar üçün uyğunlaşdırılması ilə bağlı xərclərin təqsirkar hüquqi və fiziki şəxslər, dövlət orqanları tərəfindən ödənilməməsinə görə isə beş yüz manatdan min manatadək məbləğdə cərimə tətbiq olunacaq.

0