Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Kənddə yanan ot tayaları ilə "Taliban"ı nə birləşdirir?

© REUTERS / OMAR SOBHANIВооруженные люди в Афганистане
Вооруженные люди в Афганистане - Sputnik Azərbaycan, 1920, 12.07.2021
Abunə olmaq
Paşinyanın Moskva səfəri və aldığı "ev tapşırıqları" regionda yeni reallıqların həzminə kömək edəcək.

Sputnik Azərbaycan-ın "7x7" rubrikasında həftənin ən maraqlı 7 hadisəsi şərh edilir.

Döyüşməyə hazırıq

Əsas xarakterdir, davranış və vərdişlər ondan doğur. 30 il öncə Azadlıq hərəkatı və 20 Yanvar hadisələri xalqın xarakterindən doğan davranış təzahürləri idi. Həmin dövrdə Azərbaycan xalqı hansısa beynəlxalq təşkilat tərəfindən dünyanın ən qəhrəman xalqı kimi göstərilmişdi. Su gələn arxa bir də gəldi – 30 il sonra 44 günlük müharibə ilə Azərbaycan xalqı növbəti dəfə tarixə düşəcək xarakter göstərdi. Və budur, "Europamapas" sorğu mərkəzi dünya dövlətləri arasında ən vətənpərvər əhalisi olan ölkələrin siyahısını müəyyən edib və biz öz vətəni uğrunda döyüşməyə hazır olan xalqlar arasında ilk sıradayıq.

Qələbəyə vərdiş edirik – bu həftə Məmmədyarov Kasparovu 7 gedişə məğlub etdi.

Rusiyaya qaçış

Paşinyan isə reallıqla əlaqə qurmağa başlayanların siyahısında yaxşı yer tuta bilər. Onun Moskvaya səfəri və aldığı "ev tapşırıqları" regionda yeni reallıqların həzminə kömək edəcək. Yeri gəlmişkən, Rusiya prezidenti erməni baş nazirə "çətin və həssas problemlərin həlli üçün xalqın dəstəyi"nin artıq mövcudluğunu xatırladıb.

"Armenian Report" saytının müəllifi Romella Mnatsakanyan "Rüsvayçılıq fincanı" məqaləsində yazır: "Bayraktarlar"ın Stepanakert səmalarında görünəcəyi günə hazırlaşmalısınız və şəhərə Azərbaycan, Türkiyə Pakistan əsgərləri girəcəklər. Və Rusiya yenidən susacaq. Bizə isə "bütün bunlar bir məğluba səs verdiyiniz və buna dözdüyünüz üçündür", – deyiləcək. Bizə rəzalət fincanını dibinə, son damlasına qədər için deyəcəklər. Və içməli olacağıq".

Hə, həqiqət də odur ki, Rusiyanı Ermənistan özünə lazım olan qədər maraqlandırır, prioritetlər mütəhərrikdir, dəyişir, dünya ilə ayaqlaşmaq lazımdır. Yeri gəlmişkən, Moskva Aviasiya İnstitutu Veneraya helikopter göndərməyə hazırlaşır.

Zəngəzura doğru

Bəli, Moskvanın yanaşması aydın. Elə Bakının da. İqtisadi rayonların yeni bölgüsü Xankəndi və Zəngəzurla bağlı Azərbaycanın mövqeyini bir daha ifadə etdi. Şərqi Zəngəzur iqtisadi rayonun yaradılması nə deməkdir? Yəni onun Qərbi da var, vəssalam!

Xankəndililər də bundan sonra Qarabağlıdır. Fərmanın həmin hissəsini və "Europamapas"in reytinqini çıxarıb, Şuşa qayalarından asmaq lazımdır ki, Xankəndidən görünsün.

Azərbaycan kimlərinsə Cənubi Qafqazı Əfqanıstana çevirmək planlarını da məhv etdi.

"Taliban" at oynadır

NATO qoşunlarının Əfqanıstanı tərk etməyə başlaması ilə "Taliban"ın əl-qolu açılır. Artıq ölkənin 85 faizinə talibançılar nəzarət edir. Orta Asiya ölkələri ilə sərhəd ərazilər də "Taliban"ın nəzarətinə keçib. Tacikistan sərhəddə Talibanın bayrağını görcək, KTMT-ni köməyə çağırıb. KTMT şefi Moskva isə talibançıları Kremlə çağırıb, profilaktik söhbət aparıblar, onlar da söz veriblər ki, Orta Asiya ölkələrinin sərhədləri üçün təhdid ola bilməz.

Taliban Əfqanıstanda hakimiyyətə gəlir kimi görünür.

...Bir kənddə ot tayaları tez-tez yanırmış, axırda kənddən bir kişini qarovulçu qoyurlar. Arvadı deyir, gərək bu işi boynuna götürməzdin, taya yanacaq, üstündə qalacaq. Kişi cavab verir: "Arvad, qorxma, daha tayalar yanmayacaq, çünki onları elə mən özüm yandırırdım".

Od vuranlar

Dünyanın tayalarına da kimsə od vurur. Haiti prezidenti Jovenel Moiz bu həftə sui-qəsd qurbanı oldu. Yerli hökumət prezidentin öldürülməsindən sonra ölkəyə qoşun göndərməsi ilə əlaqədar BMT-yə müraciət edib.

Taciklərlə qırğızlar da bir-birini qırmağa davam edir. İsveçdə isə təyyarə qəzaya uğrayıb və 9 nəfər həlak olub. ABŞ-ın Florida ştatında onikimərtəbəli bina çöküb və nəticədə ölənlərin sayı 78-ə çatıb. "Delta" ştammı da yayılmaqda davam edir. Hindistanda pandemiya səbəbindən 12 nazir istefa verib.

Bu basabasda İtaliyanın Siciliya adasındakı Etna vulkanı da yenidən fəallaşıb, vulkanın 10 kilometr yüksəkliyə kül püskürdüyü bildirilir.

Dubay limanında isə güclü partlayış qeydə alınıb.

Kanada meşələrində də yanğınlar ara vermir.

...və məscidə od vuranlar

Deyəsən, alov tayalardan məscidlərə keçib. Amma yox, Allahın evinə bilərəkdən od vurublar. Sabirabad rayonunun Qaratoğay kəndində eyni anda iki məscid yandırılıb.

Səbəb axmaqlığın kulminasiyasını təsəvvür etməyə imkan verir. Belə ki, məscidə nəzarət edən qardaşlar (Orada yığılan nəzir və sədəqələri həmin qardaşlar götürürmüş) camaatın digər təmirli məscidə daha çox getməsindən narahat olaraq, məscidlərə od vurublar. Qardaşlar düşünüblər ki, kənd camaatı yanğından sonra həmin məscidləri də təmir edəcəklər və biznes qayıdacaq əvvəlki rentabelliyinə.

Müqəddəs nəsə qalacaqmı?

Min illərdir inanc insanların nəfsini məhdudlaşdıran səbəblərdəndir. Bəli, din dünya düzəninin, müvazinətinin əsas faktorlarındandır. Məscidi yandırmaqdan daha betərini kolumbiyalı Manolo ləqəbli cinayətkar edib. 52 yaşlı Loperanın uşaq bağçasında üç il mətbəx köməkçisi işlədiyi və bu müddət ərzində orada dörd yaşınadək olan azı 21 uşağa qarşı cinsi xarakterli zorakılıq əməlləri törətdiyi məlum olub.

Uşaq bağçası məscid qədər müqəddəs yerdir, ancaq ora da artıq donuzlar girir.

Xəbər lenti
0