CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Onillik nəsillər – Çernobılın zəhərlədiyi uşaqlar qocalır

© Sputnik / Stringer / Mediabanka keçidВ зоне отчуждения Чернобыльской АЭС
В зоне отчуждения Чернобыльской АЭС - Sputnik Azərbaycan, 1920, 10.02.2021
Abunə olmaq
Unutmamalıyıq ki, biz özümüzdən əvvəlki nəsildən on dəfə daha çox fərqli olduğumuz kimi, onlardan on dəfə daha çox həyasız idik.

Hər an yeni bir həqiqətlə tanış olursan və bununla başa çıxmağın təlaşına qapılır, tərəddüdlərə qərq olub gedirsən. İnsan nəslinin hər gün sürətlə artmaqda olduğu dünyada sən də müəyyən bir dövrün təmsilçilərindənsən. Hansı ki, hər dövrü təşkil edən nəsillər var və planetin gələcəyinə bu nəsillər istiqamət verirlər. Bu nəsillərin ilkin yetişmə - xarakterik formalaşma dövrünü 10 illik intervalla hesablasaq, "biz filan dövrün uşaqlarıyıq" ifadəsini daha konkret bir zaman kəsiyi üçün işlədə bilərik. Mən, coğrafiyamıza görə və tarixdə baş verən əhəmiyyətli hadisələrin proseslərin gedişatına kəskin təsirini nəzərə alıb bu qənaətə gəlirəm ki, hər 1975-1985, 1985-1995, 1995-2005, 2005-2015 intervalında müəyyən ortaq xüsusiyyətləri olan, nisbətən, eyni və bənzər məqsədlər uğrunda mübarizə aparan, eyni və bənzər maneələrlə üzləşən, oxşar fikirlər üzərində düşünən nəsillər yetişir.

Траурное шествие на Аллее шехидов 20 января 2020 года - Sputnik Azərbaycan, 1920, 20.01.2021
YAZARLAR
20 Yanvar faciəsi - ağlamaqmı lazım, yaratmaqmı?

Mən (təvəllüdüm - 1993) 1985-1995 intervalında doğulan nəslin nümayəndəsiyəm. Hansı ki, bizdən sonra iki nəsil doğulub, üçüncü də doğulmaqdadır. Bizim nəsil SSRİ-nin çöküşünü, Birinci Qarabağ Müharibəsini, internetin doğuluşunu gördü. Bizdən əvvəlkilər məsum komsomol uşaqları, bizdən sonrakılar da müstəqil ölkənin azad vətəndaşları idilər. Biz azərbaycanca danışıb kiril əlifbası ilə oxuduq, biz sağdan özgə hava, soldan özgə səda eşitdik, biz həm də bu onilliyin başlanğıcında partlayan Çernobıldan zəhərləndik.

Ölüm-itimlə, aclıqla, səfalətlə böyüyüb, xoşbəxtliyə o qədər ehtiyac duyduq ki, ən xırda şeylərdən xoşbəxt olmağa çalışdıq. Yəni, həyat hamıya əbədi bəxş etdiyini - eqonu bizdən almışdı. Çünki bizim "Mən hamıdan daha çox xoşbəxt olmaq istəyirəm!" kimi bir istəyimiz yox idi, ola da bilməzdi. Çünki heç kəs xoşbəxt deyildi. Biz "Nədə bir xoşbəxtlik tapa bilərəm ki, özüm də xoşbəxt olum, başqalarını da xoşbəxt edim?" sualı ilə çabalaya-çabalaya özümüz üçün xoşbəxtliklər düzəldirdik. Düzdür, burda da bir eqo var idi - kimisə xoşbəxt etməkdən özümüz həzz alırdıq, təşəkkürün, minnətdarlığın ünvanı olmaq istəyirdik. Amma bu eqo ilə hamıdan daha çox xoşbəxt olmağı istəmək eqosu arasında çox kəskin mərtəbə fərqi var.

1975-1985 intervalında doğulanlarla 1985-1995 intervalında doğulanlar arasındakı fərqləri saymayacağam. Yuxarıdakı nümunələrdən bu fərqlər açıq-aşkar bilinməkdədir. Lakin, biz özümüzdən əvvəlkilərdən on dəfə daha çox fərqli idiksə, bizdən sonrakılar bizdən yüz dəfə daha çox fərqlidirlər. Bu sürətlə artan fərqin əsas səbəbi elm, mədəniyyət və texnologiyanın fantastik sürətlə inkişaf etməsidir. Nəhayət, 2005-2015 intervalında doğulanlar da özlərindən əvvəlki intervalda doğulanlardan min dəfə daha çox fərqli olmaqdadırlar və bu, artan sürətlə davam edəcək.

Bizdən (1985-1995-dən) sonrakı nəsillər artıq böyüyüb və indi bizimlə üzbəüz dayanırlar. Bu, əladır! Onların bu mərhələyə qədər sağ qala bildiyini və sürətlə yetişməkdə olduqlarını görmək növümüz adına qürurvericidir! Əlbəttə, kodlarında həyat eşqi - yaşamaq sevdası şifrələnən bir canlı növü olduğumuz üçün "artıq, bizdən sonra yetişən bir nəsil var və onlar bizim qarşımıza çıxmağa başlayırlar, bu, o deməkdir ki, qocalırıq, dostlar, vaxtımız azalır, meydandan kənarlaşmağımız yaxındadır" deyib üzülməyimiz də olur. Amma növümüzün zəfəri naminə bu acı həqiqətlə barışır və bizdən sonra gələn və gələcək olan bütün nəsillərə bol-bol uğurlar arzulayırıq!

Работники в офисе, фото из архива - Sputnik Azərbaycan, 1920, 31.01.2021
YAZARLAR
Bazar, siyasət və sənət: üçmərtəbəli göydələn

Əlbəttə, bir nəsil olaraq neçə dahi yetirdik, növümüzə hansı mirasları qoyacağıq - bunlar hələ məlum deyil. Lakin, bu, bir həqiqətdir ki, biz, bundan sonra, bizdən əvvəlkilərin zibillərini təmizləməklə, boşluqlarını doldurmaqla, yarım saxladıqlarını bitirməklə, səhvlərini düzəltməklə bərabər, bizim zibillərimizi yığışdıranların deyinməklərinə, boşluqlarımızı doldurarkən bizə yuxarıdan-aşağı baxmaqlarına, səhvlərimizi düzəldərkən bizi ifşa etməklərinə dözməli olacağıq! Biz artıq, təkcə, köhnələrin qarşısına çıxan yenilər deyilik, həm də yenilərin öz qarşılarına aldığı köhnələrik.

İçimizdən biri onları lənətləyəcək, biri onlarla mübarizə aparacaq, biri onlarla dost olacaq, biri onlara nəsə öyrətməyə çalışacaq və s. Amma unutmamalıyıq ki, biz özümüzdən əvvəlki nəsildən on dəfə daha çox fərqli olduğumuz kimi, onlardan on dəfə daha çox həyasız idik. Yəni, bizdən sonrakılar bizdən yüz dəfə daha çox fərqli olduqları kimi, bizə nisbətdə yüz dəfə daha çox həyasızdırlar. Bunu indi açıq-aşkar müşahidə etmək olur və bunun qarşısını almaq mümkün deyil.

Belə ki, mən çıxış yolunu onlarla dost olmaqda görürəm. Təklif edirəm ki, bizdən sonrakıların fikirlərinə, təkliflərinə açıq olaq. Onlara da bizə davranıldığı kimi mühafizəkar davranmayaq. Onları dinləyək, anlayaq, bunun çətin olduğu məqamlarda belə, onları anlamağa çalışacaq, onlarla birgə düşünək, onlarla birgə axtaraq, onlarla birgə əylənək. Beləcə, həm bildiklərimizi onlarla paylaşar, məqsədlərinə çatmaqda kömək etmiş olarıq, həm həyasızlıq etməklərinə şərait yaratmarıq, həm də aradakı dost xətir-hörmətinə görə zibillərimizi təmizləyəndə deyinməz, səhvlərimizi ifşa etməzlər! Əlbəttə, mən ümid edirəm ki, onlarda bunu anlayacaq qədər mənəvi keyfiyyətlər olar!

Xəbər lenti
0