CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Popkorn, Hindistanın narahatlığı, paxıl qərblilər və “Forsaj”ın "dirilişi"

© REUTERS / ADNAN ABIDIДели, фото из архива
Дели, фото из архива - Sputnik Azərbaycan, 1920, 09.02.2021
Abunə olmaq
“Hirslən, görüm kimsən”. İnsan psixologiyasının olduqca vacib detalını açır bu fraza. Yəni əslində, hər birimiz içimizi, əsl simamızı fors-majorla, çətin vəziyyətlə üzləşdikdə göstəririk

Anons

Azərbaycan əsgəri Qarabağı məmurlar zəbt etsin deyə azad etməyib. Prezident ötən həftənin əvvəlində AzTV-yə verdiyi müsahibədə bu kontekstdə bir neçə qurumun rəhbərini yaş yuyub, quru sərdi. Bu, yalnız bəzi məmurların Şuşada iqamətgah tikmək arzusuna ali səviyyədə göstərilən reaksiya deyildi, ictimai rəy o qənaəti hasil edib ki, bu, kadr islahatların davam edəcəyinə dair anons idi. Popkorn alıb hazır qoyun, ola bilsin ki, tezliklə “qara maskalı” oğlanların iştirakı ilə yeni qısametrajlı filmlər izləyək. Baxmayaraq ki, ötən həftə həbs olunan sabiq nazir Səlim Müslümovla bağlı “film” hələ ekranlara çıxmayıb. 

Peyvənd müharibəsi?!

Президент Ильхам Алиев, фото из архива - Sputnik Azərbaycan, 1920, 01.02.2021
SƏHİYYƏ
İlham Əliyev vaksin məsələsində görməmişlik edənləri qınadı

“Hirslən, görüm kimsən”. İnsan psixologiyasının olduqca vacib detalını açır bu fraza. Yəni əslində, hər birimiz içimizi, əsl simamızı fors-majorla, çətin vəziyyətlə üzləşdikdə göstəririk. Eyni deyimi dövlətlərə proyeksiya etsək, böhranlar da dövlətlərin kimliyini açır. Pandemiya bu baxımdan olduqca yaxşı “fürsət”ə çevrildi. Bir çox dövlətlər özünəqapanmanın onları qoruyacağını düşündü, zəngin ölkələrin bir çoxu beynəlxalq mübarizədə, sadəcə, seyrçi idi. İkinci “ifşa” peyvəndləmə dövründə baş verdi. Bir çox kasıb ölkələr vaksini ala bilmədiyi halda, bəziləri görməmişliklə kütləvi peyvəndləməyə başladı. Faktlara baxın: dünya əhalisinin 14 faizini təşkil edən inkişaf etmiş ölkələr ümumilikdə istehsal olunmuş vaksinlərin 53 faizini sifariş ediblər. “Moderna” vaksininin 98 faizini, “Pfizer” vaksininin 96 faizini zəngin ölkələr sifariş ediblər. 38 milyon əhalisi olan Kanada isə 154 milyon əhaliyə vaksin almaq üçün müraciət edib və s.

Go on!

İngilislər demiş, “go on”! Britaniyalılar da peyvəndə hərisliklə girişmiş xalqlar sırasındadır. Amma nə qədər fatalist yanaşma olsa da, pandemiyanın tezliklə, bu vaksinasiya dövründə başa çatacağına inam böyük deyil. Koronavirus pandemiyasının başa çatması üçün dünya əhalisinin 3/4 hissəsi peyvənd olunmalıdır. “Bloomberg” informasiya agentliyinin hesablamasına görə, bu qədər insanın vaksinasiya prosesindən keçirilməsi üçün yeddi il vaxt lazımdır. Hələ nəzərə alsaq ki, skeptik yanaşmalar üzündən hamı peyvənd vurdurmaq fikrində deyil. Məsələn, ABŞ-da aparılmış sorğuya görə, hər dörd amerikalıdan biri koronavirusa qarşı peyvənd olunmaq istəmir. Və budur daha bir xəbər: İngilis alimlər ölkədə müəyyən edilən koronavirusun daha sürətlə yayılan variantında dəyişikliklər olduğunu açıqlayıb.

Səfirlər və səfərlər

Azərbaycandakı xarici diplomatlar Cəbrayıl və Zəngilana gediblər. Diplomatlar azad olunmuş ərazilərdə erməni vandalizminin nəticələrini gözləri ilə görüblər. Liviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Əşrəf Adəm isə Zəngilan məscidində namaz qılıb. Əgər oraya məscid demək olarsa. Ermənilər Allahın evini xarabalığa çeviriblər.

Diplomatik korupusun nümayəndələri - Sputnik Azərbaycan, 1920, 06.02.2021
QARABAĞ
Liviyalı diplomat Zəngilanda ermənilərə dərs keçdi - FOTO

Şübhəsiz, bu səfərlərin təşkili informasiya müharibəsində olduqca vacibdir. Düşmənin yalan maşınını müharibədə texnikalarını dağıtdığımız kimi dağıtmalıyıq.

Bu arada Ermənistandan Xankəndiyə getmək istəyən Fransadan olan keçmiş merlərdən birinin rəhbərliyi ilə bir qrup jurnalisti sülhməramlılar pərt ediblər: "Əgər getmək istəyirsinizsə, Azərbaycanda akkreditasiyadan keçin”.

Qeyri-rəsmi məlumata görə, Fransa səfiri C.Lakot Nikol Paşinyanla əlaqə yaradır və nə baş verdiyini anlamağa çalışır. Nikol isə yanvarın 11-də beynəlxalq mətbuat nümayəndələrinin Azərbaycanda akkreditasiyadan keçməli olması barədə razılıq əldə olunduğunu bildirir və ümumiyyətlə, bu məsələyə qarışmamağı tövsiyə edir.

Bir sözlə, bu həftə həm də səfirlər və səfərlər həftəsi idi. Bütün hallarda Azərbaycanın xeyrinə!

Hindistan mədəniyyətinə itki

Tanınmış kinorejissor Vaqif Mustafayevin “Space” telekanalının rəhbəri vəzifəsindən istefa verməsi (ya da azad olunması) həftənin ən yaddaqalan mədəniyyət hadisəsi idi. 

Sevil Əliyeva, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.02.2021
MƏDƏNİYYƏT
Sevil Əliyeva Vaqif Mustafayevi niyə işdən çıxarıb?
Bəli, bu, ilk növbədə mədəniyyət hadisəsidir, çünki “Space” illər ərzində izləyicilərinin zövqünə hücum etməkdə, mədəni inkişafına badalaq vurmaqda davam etmişdi. Bütün məsuliyyəti rəhbərin boynuna qoymaq nə qədər doğru olmasa da, müzakirələrdən belə aydın olur ki, ictimiayyətin böyük kəsimi məhz bundan sonra telekanalın dəyişəcəyinə ümid edir. Hindistanlıların isə kanaldakı dəyişiklikdən narahat olduqları bildirilir.

Dağılan stereotiplər

ABŞ-ın keçmiş prezidenti Donald Trampın qızı İvanka və əri Cared Kuşner 2020-ci ildə gəlirlərinin əhəmiyyətli hissəsini itiriblər. Cütlük 2020-ci il və 2021-ci ilin ilk 20 günü üçün ümumi gəlirlərinin təxminən 120 milyon dollar olduğunu bildiriblər. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20 faizdən çox zərər deməkdir. Görəsən, Tramp ailəsi üçün Donaldın prezidentliyi lazım idimi?! Yəqin ki, yox.

Tramp çoxumuz üçün ABŞ cəmiyyətinə yad olduğunu düşündüyümüz bir sıra stereotipləri dağıtdı: birincisi, Qərbdə insanların vəzifəyə can atmadığı haqqında fikir Trampla deformasiyaya uğradı. İkincisi, qeyri-standart qərarlar, komanda daxilində avtoritar lider siması ilə özünü sistemdənkənar siyasətçi kimi apardı. Nəhayət, Tramp biznesdə qazandığı xarakteri və davranışları siyasətdə tətbiq etdi, ABŞ-ın beynəlxlaq siyasətində gözlənilməz dəyişikliklərə getdi.

Sumqayıtda “Forsaj”

Yol Patrul Xidmətinin maşını gecə reydi zamanı - Sputnik Azərbaycan, 1920, 05.02.2021
HADİSƏ
Gecə adrenalini: Sumqayıtda əmrə tabe olmayan avtobus olay yaratdı - YENİLƏNİB - VİDEO

Filmlərdən izlədiyimiz görüntüləri Sumqayıtda avtobusu qaçıran keçmiş məhkum canlı izləməyə imkan yaratdı. 1977-ci il təvəllüdlü C.Quluyev sərxoş vəziyyətdə idarə etdiyi “Daewo” markalı avtobusla işıqforun qırmızı işığında hərəkətini davam etdirib, həmin ərazidə xidmət aparan yol polisi əməkdaşlarının saxla işarəsinə isə tabe olmayıb. Film də bundan sonra başlayıb. Şəhər küçələrində şütüyən avtobus və arxasınca düşən DYP əməkdaşlarının avtomobilləri...

Amma baş verənlərə görə müəllifin yaşadığı Sumqayıt məsuliyyət daşımır: sərxoş sürücü Qaradağdan gəlib, hüzurlu şəhərin sükutunu pozub. Dəmir barmaqlıqlar arasında hüzur olmasa da, sakitlik və düşünmək üçün vaxt mütləq olur.

 

Xəbər lenti
0