Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Amerikanı təhdid edən cəhalət

© REUTERS / JIM URQUHARTПротесты в США
Протесты в США - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün Amerikanı qarışdıran - dünyaya demokratiya adı ilə yaydığı “cəhalətdir”. Amerika bu gün öz demokratiyasının, daha doğrusu, öz cəhalətinin qurbanıdır.

2021-ci il Amerikanın çalxalanması ilə başladı.

Amerikada keçirilən son prezident seçkisinin nəticələrinin təsdiqlənməsi ərəfəsində Vaşinqtonda iğtişaşlar alovlandı.

Tramp tərəfdarları seçkinin nəticələrinin təsdiqləndiyi ABŞ Konqresinin binasına hücum etdi.

Ölənlər, yaralananlar, həbs edilənlər oldu.

Vaşinqton küçələrində qan axıdıldı.

Участники акции протеста в Вашингтоне в Капитолии - Sputnik Azərbaycan
O məşhur "vikinq"i də tutdular

Düşünürəm ki, Co Baydenin qələbəsini qəbul edə bilməyən avantürist, bir az da “ərköyün” Tramp bu dəfə öz ölkəsində qarışıqlıq yaratmaqla son gedişlərini edir.

***

ABŞ Konqresinin binasına hücum edənlərin qeyri-adi görkəmi, geyimləri diqqətimi çəkdiyi üçün baş verənləri bir balaca araşdırdım.

Şübhəsiz ki, Amerikada baş verən prosesləri şərh etmək mənim işim deyil.

Amerikan imperializmini sevmirəm və bütün imperialistləri hər fürsətdə lənətləyirəm.

Sadəcə bir yazıçı olaraq imperialist Amerikada nələrin baş verdiyi marağımı çəkdi.

Konqres binasına soxulan, ixtişaş yaradan amerikalılar Tramp tərəfdarları olan “redneklər”lər idi.

Bəs Amerikanı silkələyən bu redniklər kimdir, nəçidir?

***

Bəzən “redneck”(rednek) kəlməsi “cahil” kəlməsinin ekvivalenti kimi işlənsə də, bu ifadə “qırmızı boyunlular” mənasını verir.

Tarixən Kanada sərhədində, Amerikanın cənub və qərb ştatlarında, Appalaç sıra dağlarının ətrafında yaşayan İsveç-İrlandiya əsilli ağdərili amerikalılar “rednek” adlandırılırlar.

Bir versiyaya görə, günün altında işləməkdən boyunları yanıb, qızaran ağdərililəri məhz buna görə “rednek” adlandırırlar.

Digər versiyaya görə isə xristian presviterian kilsəsinə aid olan, “İncil nəsli” olaraq tanınan redneklər hələ Amerikaya köçmədən çox öncə katoliklərə və provaslavlara qarşı mübarizə apararkən etiraz olaraq qırmızı şarf bağladıqları üçün bu adı alıblar.

Президент Турции Реджеп Тайип Эрдоган, фото из архива - Sputnik Azərbaycan
Ərdoğan ABŞ hadisələri barədə: "Biz bu filmə on səkkiz ildə yüz dəfələrlə baxmışıq"

Artıq bu ifadə öz ilkin etimologiyasından çox uzaqlaşıb.

Amerikada əyalətlərdə yaşayan kasıb, işsiz ağdərililərin əksəriyyətini aşağılamaq üçün “rednek” adlandırırlar.

“Rednek” ifadəsi xoş bir təbir olmasa da, əksər redneklər bu adla fəxr edirlər.

Öz cəhaləti ilə fəxr edən insanlarla dolu olan dünyada redneklərin özləri ilə fəxr etməsi mənə adi görünür.

***

“Kovboy” filmlərinin köhnə azarkeşi kimi, Amerikanın qərb ştatlarındakı ilk qəsəbələri salan, bu qəsəbələri formalaşdıran rednekləri zamanında bir balaca araşdırmışdım.

Fərqli geyimləri, həyat tərzləri diqqətçəkəndir.

Silah gəzdirməyə və cinayətə meylli olan redneklər həm irqçi, həm də homofobluqları ilə tanınırlar.

İçki aludəçilikləri, silaha və cinayətə meylli olmaqları və cahillikləri ucbatından digər amerikalılar tərəfindən bir o qədər də sevilmirlər.

Özlərini vətənpərvər hesab edən bu toplum onlar kimi düşünməyən amerikalıları vətən xaini hesab edir.

Redneklərin tarixi və etimologiyası barədə bu qədər.

Nəhəng imperiyanın şıltaq, dəcəl, şuluq övladları barədə, daha ətraflı məlumat üçün internetdə araşdırma aparmağı məsləhət görürəm.

***

Trampın seçki nəticələrinə etirazını dəstəkləyən redneklərin ortaq xüsusiyyəti cahil və savadsız olmasıdır.

Elmi, irfanı, araşdırmağı sevməyən, öz inancını digər hər kəsin inancından üstün sayan, qəzəbli və cahil toplumların nələrə qadir olduğunu bilirik.

Amerika dünyanın hər yerində bu cür insanları istifadə edərək hakimiyyətlərin, cəmiyyətlərin süqutuna dəstək verib, dövlətləri parçalayıb, müharibələrə rəvac verib.

İndi isə Amerika öz cəhalətiylə, cahilləriylə üzləşib.

Dünyada siyasi qələbəsini təmin etmək üçün cahil kütlədən istifadə edən siyasi liderlər az deyil.

Tramp bu avantüristlərdən sadəcə biridir.

Ядерный взрыв - Sputnik Azərbaycan
Ehtiraslar qızışır: Amerikada artıq Trampın nüvə düyməsinə basacağından ehtiyat edirlər

Bu gün Amerikanı qarışdıran - dünyaya demokratiya adı ilə yaydığı “cəhalətdir”.

Amerika bu gün öz demokratiyasının, daha doğrusu, öz cəhalətinin qurbanıdır.

Yeni ilin ilk günlərində Vaşinqtonda yaşananlar uzun illərdir dünyanın müxtəlif yerlərində, məhz Amerikanın təşəbbüsü ilə yaşanır.

Amerikanı öz cəhaləti təhdid edir, nüfuzdan salır.

Mətləbi çox uzatmaq istəmirəm.

Amerikada baş verənləri bir yazıçı olaraq narahatlıqla yox, maraqla izləyirəm.

Çünki gec-tez bütün imperialistlərin, imperiyaların öz cəzasını alacağına inamım sabitdir.

Əzəmətli, güclü, demokratik Amerika haqqında mifləri “redneklər”in alt-üst etməsi bir az da xoşuma gəlir.

Və dünyada cəhalətin bitməsi üçün bütün müqəddəslərə dua edirəm...

Xəbər lenti
0