Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Bir unitazın üzə çıxardığı xislət – HƏFTƏNİN ŞƏRHİ

© AFP 2023 / ALEXANDER NEMENOVЭвакуация армян их Карабаха
Эвакуация армян их Карабаха - Sputnik Azərbaycan
Abunə olmaq
Dünyaya demokratiya ixrac etmək iddiasında olan ölkədə seçkilərin saxtalaşdırıldığına dair açıqlamalar pərvazlanır. ABŞ-ı sevməyənlər üçün gələcək kontr-arqument yaratdı amerikanlar özü.

BAKI, 16 noyabr — Sputnik. 7x7 həftənin ən yaddaqalan hadisələrini şərh edir

Şanlı həftə

Azərbaycan tarixinin ən şanlı günlərini - ən şanlı həftəsini yaşadıq. Noyabrın 10-da imzalanan üçtərəfli bəyanat Azərbaycan torpaqlarının işğal faktına son qoydu. Şübhəsiz, Paşinyan kapitulyasiya aktını kefindən imzalamadı – başa düşdü ki, kaskasını qabağına qoyub, rasional qərar vermək vaxtı yetişib, əks halda, o kaska boş qala bilər. Azərbaycan əsgərinin döyüş meydanındakı zəfəri diplomatik masada Azərbaycanın əlini gücləndirdi və bu müstəvidə məsələyə nida qoyuldu: Qarabağ Azərbaycandır! Digər rayonların boşaldılması ilə bu postulat gerçəkliyə çevriləcək. İtkisiz, şəhidsiz… Ən yaxşı savaşçı döyüşmədən qalib gələndir!

Bu qələbə təkcə işğala son qoymadı, həm də ermənilərin status arzusunun üstündən çalın-çarpaz xətt çəkdi.

Unitaz yanaşması

Kəlbəcəri tərk edən ermənilər evlərin qapı-pəncərəsini, unitaza qədər hər şeyi söküb aparır, apara bilmədiklərini dağıdır, evləri yandırır, ağacları kəsir və s.

90-cı illərdə öz dədə-baba yurdlarından çıxmaq məcburiyyətində qalan soydaşlarımız indiyədək öv evlərinin açarlarını saxlayır. Fərq budur – insan özünə aid olanı hətta geri qayıtmasa belə yandırmaz, yandıra bilməz.

Dünya mediasında ermənilərin unitazlarını qucaqlayıb daşıması, evləri yandırması görüntüləri özü danışır, bir etnosun xislətini açır, uzun-uzadı şərhə lüzum yoxdur.

Bay…den!

Həmin gün Baydenin günü idi. ABŞ-da seçkinin nəticələri məlumdur, sadəcə, onun rəsmiləşməsi ilin sonunadək uzanacaq. ABŞ böyük ölkədir, orda 3-5 günə seçkini tamamlamırlar. Amma çağdaş dövrün ən qalmaqallı ABŞ seçkisinə şahidlik edirik. Tramp seçkilərin saxtalaşdırıldığını iddia edir, Bayden isə qələbəni qeyd edir. Dünyaya demokratiya ixrac etmək iddiasında olan ölkədə seçkilərin saxtalaşdırıldığına dair açıqlamalar pərvazlanır. ABŞ-ı sevməyənlər üçün gələcək kontr-arqument yaratdı amerikanlar özü… Bu arada əsas əyalətlərdən biri olan Texasda respublikaçı qubernatorun müavini Dan Patrik səslərin oğurlandığına və ya hər hansı hiyləyə dair dəlillər gətirənlərə bir milyon dollar verəcəklərini açıqlayıb.

Xoşbəxtlik arayışında

Ötən həftə Aralıq dənizində, Liviya sahillərində qayığın batması nəticəsində təxminən 100 miqrant boğuldu. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatlarına görə, son qəzalarla birlikdə bu il Aralıq dənizi üzərindən Avropa sahillərinə getməyə çalışan ən azı 900 miqrant boğularaq ölüb.

Bu insanları bu cür təhlükəyə atan nədir, kimlərdir?

Onlar sadəcə, nisbətən rahat, xoşbəxt həyat axtarışı ilə yola çıxan bəxtsizlərdir. Bu, Qərbin siyasi-merkantil maraqlarının doğurduğu insan taleləridir. Amma həyat bumeranqdır axı. Koronavirus bütün dünyanı bürüdü. Amma xüsusilə Avropa və Amerikada kəskin nəticələrə səbəb oldu. Elə həmin vaxt bir fraza yenidən yada düşdü. Suriyada yaralanan 3 yaşlı uşağın dedikləri: “Mən hamınızı Allaha şikayət edəcəm. Hamısını Ona danışacam”.

Davam edir korona… daha ciddi…

Taclı bəla “ikinci nəfəsi” ilə nəfəsləri kəsməkdə davam edir. Koronaviruslu xəbərlər manşetlərdən düşmür. “Maska taxmayan və sosial məsafə qaydalarına məhəl qoymayan yüzlərlə alman nümayişçi şəhərin mərkəzinə toplaşdı”, “İran öz istehsalı olan koronavirus əleyhinə peyvəndlərin sınaqlarına başlayıb”, “Qubada yaşayış yerini qanunsuz tərk edən koronavirus xəstələri saxlanıldı”, “Paytaxt küçələri növbəti dəfə dezinfeksiya edildi”, “Məhəmməd Salah koronavirusa yoluxdu”, “Ukrayna prezidenti və köməkçisi koronavirusa görə xəstəxanaya yerləşdirilib” və s. və i.

Bu arada ÜST bildirib ki, pandemiyanın başa çatması üçün dünya əhalisinin 70 faizinin vaksinasiyası lazımdır. Bax belə, yəni xeyli işimiz var.

Nazpərinin fotosu

Azad olunmuş ərazilərimizdə ermənilərin məskunlaşdıqları evlərdən birində Nazpəri Dostəliyevanın fotosu aşkarlanıb. Xanım ifaçı deyib ki, “Deməli, Azərbaycan musiqisini layiqincə təmsil edib, sevdirə bilmişəm”.

Amma fotonun ora qədər gedib çıxmasına dair daha rasional ehtimal var: Nazpərinin fotosu 90-cı illərin şokolad karopkalarında geniş yayılmışdı. O karopkaları Rusiyada yaşayan həmvətənlərimiz də sevirdilər. Şəkilli karopkaların ordan Ermənistan sərhədlərini keçməsi, sanki, daha inandırıcıdır, nəinki bizə nifrət edən toplumun müğənnimizin fotolarını yığması. Görünür, hörmətli Nazpəri xanımı tanımayıblar.

…oğul desə, nə dərdim

Gəncədə dostu ilə birlikdə anasını döyüb pul tələb edən şəxs saxlanılıb. V.Ələsgərov bu cinayəti o vaxt törədib ki, Şuşada oğullarımız ana vətəni xilas etmək uğrunda düşmənlə amansız döyüşdə idilər.

Xəbər lenti
0