Əlif Şəfəqin posteri. arxiv şəkli

Doğrudanmı Əlif Şəfəq Qarabağda baş verənlərdən xəbərsizdir, yaxud onu boykot etməliyikmi?

974
(Yenilənib 21:51 15.10.2020)
Türkiyənin sərhədindəki Qafqazı tanımamaq, bu coğrafiyadan xəbərsiz olub, işğalçıya qahmar çıxmaq böyük dəyərlərdən, sülhdən, insanlıqdan, sənətdən danışan birisi üçün utanc olmalıdır.

BAKI, 15 oktyabr — Sputnik. Türkiyənin populyar bellestrika müəllifi Əlif Şəfəq tvitter səhifəsində Şuşa kilsəsində, (guya Azərbaycan tərəfindən dağıdılmış kilsədə) "lazım gəlsə evimizi satıb silah almalıyıq" deyən erməni ifaçı Simon Maqakyanın videosunu "dağıntılar arasında sənət.." təqdimatı ilə paylaşıb. Və ondan öncə bu paylaşımı etdiyi üçün TBMM-nin erməni əsilli deputatı Qaro Paylana təşəkkür edib.

Qarabağın işğalına, Azərbaycanın haqlı savaşına arxa çevirən, baş verənləri görməzdən gələn türkiyəli yazıçı Əlif Şəfəqə qarşı münasibətimiz necə olmalıdır? Düşünürəm ki, onu söymək, təhqir etmək, kitablarını yandırmaq, sosial mediada linç etmək, milli kimliyi, cinsi seçimləri haqda nələrsə yazmaq yanlış addımdır.

Uzun müddətli atəşkəs dövründə dövlətin puluna Türkiyədə tədbirlər keçirib, Qarabağ həqiqətlərini "dünyaya tanıdanlar" Əlif Şəfəqin bu addımından nəticə çıxarmalıdırlar. İlin hər fəslində tədbirlər keçirdiyiniz, guya Qarabağ həqiqətlərini hayqırdığınız qonşu ölkənin yazıçının bu həqiqətlərdən xəbəri yoxdursa, bu barədə bir balaca düşünmək lazımdır. Çap etdiyiniz kitablar, jurnallar, broşürlər bu cür mövzulara marağı ilə tanınan popilist qadının əlinə nə əcəb gedib çatmayıb? Düşünürəm ki, Qarabağ həqiqətlərini məhz bu cür insanların qulağının dibində qışqırmaq lazım idi.

Bu barədə, qələbədən sonra daha ətraflı danışarıq...

***

Qayıdaq Əlif Şəfəqin boykot edilməsinə...

Bəzi kitab mağazalarının Əlif Şəfəqin kitablarını boykot etməsi ilə bağlı verdiyi qərarı da doğru saymıram.

Ümumiyyətlə kitaba qarşı, kitab əleyhinə atılan heç bir addımı qəbul etmirəm, düzgün hesab etmirəm.

Əlif Şəfəqə Qarabağ həqiqətlərini izah etməyin daha sivil, daha mədəni yollarını tapmalıyıq.

Kitab yandırmaqla, kitablarının satışını dayandırmaqla biz sadəcə bütün dünya qarşısında cahil toplum təəssüratı yarada bilərik.

Halbuki, biz bu məsələdə haqlı və ədalətliyik.

Əlif Şəfəqin əsərləri ilə tanış olanlar, onun hansı mövzulara toxunduğunu yaxşı bilir(dilər).

Bu gün onu boykot edən kitab mağazaları da, onun əsərlərindəki zərərli mövzuları satışa çıxarmadan öncə görə bilərdi, daha doğrusu inanmıram ki, kitab tacirləri Türkiyədə ciddi ədəbi kluarlarda qəbul edilməyən, ortabab bellestrika yazarının əsərləri barədə xəbərsizdir.

Görünür Əlif Şəfəqin kitabları qazanc gətirəndə onun toxunduğu mövzular diqqət çəkməyib, narahatlıq yaratmayıb.

Zamanında vitrinlərdə yerli yazarların önünü kəsən kitabları, satış rekordlarını paylaşdığınız bir yazıçını boykot etməyinizi necə izah edə bilərsiniz?

Əlif Şəfəqin kitabları, düşüncələri zərərlidirsə, öncədən satışına maraq göstərməmək lazım idi.

Bu sadəcə məlum paylaşımdan sonra görülürsə, diqqətinizi çəkirsə, kitablarının satışı məhz tvitterdə yazdıqlarından sonra dayandırılırsa, bu indiki məqamda bizim haqq savaşımıza kölgə salan addımdır.

***

Şəxsən mən Əlif Şəfəqin Qarabağda baş verənlərdən, işğal olunmuş torpaqlardan, öldürülən uşaqlardan, işgəncəyə məruz qalan mülki vətəndaşlardan, dağıdılan tarixi abidələrimizdən xəbərsiz olduğunu düşünmürəm.

Əgər xəbərsizdirsə, bu, yenə də onun ən böyük ayıbıdır.

Türkiyənin sərhəddindəki Qafqazı tanımamaq, bu coğrafiyadan xəbərsiz olub, işğalçıya qahmar çıxmaq böyük dəyərlərdən, sülhdən, insanlıqdan, sənətdən danışan birisi üçün utanc olmalıdır.

***

Düşünürəm ki, ən gözəli Əlif Şəfəq haqda susmaqdır.

Çünki onun yazdıqlarının da, düşüncəsinin də bizim üçün bir önəmi yoxdur. O hətta Azərbaycanı dəstəkləsə də, heç nə dəyişməyəcək, necə ki, əleyhimizə yazmağı ilə də heç nəyi dəyişmədi.

Bizim haqq savaşımızdan xəbərsiz olan, qarşı tərəfin işğalçılığını qəbul etməyən Əlif Şəfəq kimi populistlərə onların anlayacağı dildə cavab vermək lazımdır.

Dağıdılmış tarixi abidələrimizin hər birini yaradıcı şəkildə, sənət diliylə dünyaya təqdim etmək, dünyanın bu vəhşiliyə və barbarlığa diqqətini çəkmək o qədər də çətin deyil.

Yetər ki, istək olsun.

Əlifi isə, unudun getsin...

974
Redaktorun iş masası, arxiv şəkli

İslahatlar dalğası mediamıza çatdı: bizi gözləyir?

17
(Yenilənib 09:44 16.01.2021)
"Cidanı çuvalda gizlətmək" mümkün olmadığı kimi, mediamızın inkişafından məsul olan, bir zamanlar Vüqar Səfərli kimi laqeyd, jurnalistikadan xəbərsiz bir məmurun rəhbərlik etdiyi AR Prezidenti yanında KİVDF-nin qanunsuz əməlləri də gizli qalmadı.

Nəhayət ki, media sahəsindəki boşluqlar dövlətin diqqətini çəkdi.

Şəxsən mən dəfələrlə bu mövzuda yazsam da, səsimi lazımı şəxslərə eşitdirə bilmirdim.

Çünki, səsimizi eşitməli və eşitdirməli olan kəslər, səsimizi batırmaq üçün çabalayırdılar.

Bəli, mediamızın “başbilənləri” problemdən, haqsızlıqdan, qanun pozuntularından danışan şəxsləri ciddiyə almırdı, imkan olduqca səsimizi batırırdılar.

Onlar ancaq öz ətraflarındakı şəxsləri dinləyir, onlara “ləbbeyk” deyənlərin yolunu açırdılar.

Mediamızın vəziyyəti barədə uzun-uzadı yazmağa ehtiyac görmürəm, aidiyyatı olan hər kəs, hər şeyi bilir.

İllərdir baş alıb gedən ədalətsizliklər, mənimsəmələr, korrupsiya və israf nəhayət ki, dövlətin diqqətini çəkdi.

“Cidanı çuvalda gizlətmək” mümkün olmadığı kimi, mediamızın inkişafından məsul olan, bir zamanlar Vüqar Səfərli kimi laqeyid, jurnalistikadan xəbərsiz bir məmurun rəhbərlik etdiyi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun qanunsuz əməlləri də gizli qalmadı. İslahatlar dalğası mediamıza da gəlib çatdı.

***

Ölkə prezidenti “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ləğv edilib və onun bazası əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb.

Mediamıza, jurnalistlərimizə, zəhmətkeşlərimizə xeyirli, uğurlu olsun.

Baş verəcək hadisələri qabaqlamaq istəməzdim, ancaq dünən efirlərin birində illərdir media sahəsində hər cür qanun pozuntusu, korrupsiya ilə məşğul olmuş “başbilənlərdən” birinin ölkə prezideninin yeni fərmanını şərh etdiyini görəndə dalağım sancdı.

Nədənsə mənə elə gəlir ki, rüşvətə, korrupsiyaya, KİVDF-nin maxinasiyalarına bulaşmış insanlar bu sahədən uzaqlaşmadıqca, mediamız rahat nəfəs ala bilməyəcək.

İllərdir mətbuatın nəfəsini kəsən bu adamların indi islahatları dəstəkləməsi, yeni yaranan quruma təsir imkanları, ağız dolusu ədalətdən danışması məni çox narahat edir.

***

Düşünürəm ki, “Kütləvi İnformasiya Vasitələri haqqında” qanuna ediləcək dəyişikliklər ictimaiyyətin geniş müzakirəsinə çıxarılmalıdır.

Bu günə qədər edilən dəyişikliklər qənaətbəxş olmadığı üçün, bundan sonrakı proseslərdə ictimai fikir nəzərə alınmalıdır.

İndi diqqət daha çox KİV-nin qeydiyyatı məsələsinə çəkilir, jurnalistikaya aidiyyatı olmayan şəxslərin bu sahədə olmasından narahatlıq bildirir. Halbuki, mətbuatımızın yüzlərlə həll olunması vacib, aktual problemləri var.

Sosial şəbəkələrin, vətəndaş jurnalistikasının, blogerliyin geniş yayıldığı cəmiyyətdə, medianın inkişaf perispektivləri müasir texnologiyalardan kənarda müzakirə olunmamalıdır.

Qanunvericilikdə ediləcək dəyişikliklər medianın reklam bazarının formalaşmasına geniş dəstəyi də nəzərdə tutulmalı, mətbuata mümkün azadlıqlar verilməlidir.

Heç bir funksionallığı olmayan qəzetlərə dövlətin maddi dəstəyi dayandırılmalıdır.

Azad fikrə, azad sözə şərait yaradılmalı, ölkədə ciddi, dövlətçilik maraqlarını düşünən müxalif mətbuatın formalaşmasına imkan verilməlidir.

Şəxsən mən media sahəsindəki islahatların müsbət nəticələrini tezliklə görmək istəyirəm.

17
Xəzər, arxiv şəkli

Dəniz şəhəri olsaq da, bir azdan havanı Kanadadan almalı olacağıq

41
Bakının girişində xəzriyə bir heykəl quraşdırmaq da yerinə düşərdi, çünki bizim eləmədiyimizi bu xeyirli külək edir

Uzunömürlü insanların çoxu adətən dağ rayonu, ya da təmiz havası olan dəniz kənarında yaşayır. Oksigeni bol olan istənilən məkanda xəstələnmək şansı da azdır. Təmiz, yodlu-bromlu dəniz havası insanın uzun müddət sağlam yaşamasına zəmin ola bilər.

Şəhər havasının korlanmasına yüzlərlə amil təsir edir

Böyük şəhərlərdə sinə dolusu nəfəs almaq artıq çoxdan müşkülə çevrilib. Əgər burada artıq 1 milyondan artıq insan yaşayırsa, deməli, istəsən də, istəməsən də, təmiz hava qıtlaşır. Özü də müasir meqapolislərin bir çoxunda insan sayı on milyonlarla ölçülür. Şəhər havasının korlanmasına isə yüzlərlə amil təsir edir.

Milyonlarla bir yerə toplanan insanın nəfəs alması, şəhərlərdə saxlanılan ev heyvanları, insan fəaliyyəti nəticəsində yaranan zibil, sənaye müəssisələri, ziyanlı istehsalat, aviasiya, ictimai və gəmi nəqliyyatı, nəhayət şəxsi avtomobillər sakinlərin həyatını dözülməz edir. Şəhər insanı isə daim özünə rahat şərait yaratmağa çalışır. Tez-tez evini təmir edir, hələ dünən bəh-bəhlə dükandan aldığı əşyanı bu gün zibilə atır, çox yeyir, gəzir, idmanla məşğul olur, avtomobili, kompüteri və smartfonu daha dəblisi ilə əvəzləyir. Hər bir əməliyyat bu və ya digər formada şəhərin havasını çirkləndirir.

London, Nyu-York, İstanbul, Moskva, Pekin, Tokio, Seul kimi meqapolislərdə təmiz hava problemi çoxdan mövcuddur. Oksigen balonlarını Yaponiyada 2006-cı ildən satırlar. Nisbətən təmiz havası olan ölkələr artıq bu “məhsul”u satmaqla gəlir əldə edirlər. Əhalisi az, havası isə zəngin olan Kanada neçə müddətdir Çinə dağ havası yollayır. Eynilə dağ havasını dünya bazarında satan İsveçrə şirkəti də var. Pekin həm də dünyanın ən çirkli şəhərlərindən sayılır. Bəzi tədqiqatçılar Pekində nəfəs almağı gündə 40 siqaret çəkməklə bir tuturlar. Kanada havası Çində olduqca yaxşı satılır. 

Hava yoxdursa, deməli, həyat yoxdur

Hər bir şəhər, hər bir dövlət havanın çirklənməsi ilə bacardığı qədər mübarizə aparır. Deyək, 100-150 il öncə Londonda evlər daş kömürlə qızdırılırdı. Bu prosesdə yaranan tullantılar Böyük Britaniyanın paytaxtını dünyanın ən çirkli şəhərinə çevirmişdi. Nə nəfəs almaq olurdu, nə də normal yaşamaq. Təbii qaz peyda olduqdan sonra London meriyası daş kömürlə evləri qızdırmağı qadağan edir və şəhərin havası xeyli təmizlənir. Hazırda London daha bir problemlə üz-üzədir: əhalisi 10 milyona yaxınlaşan şəhərdə rahat nəfəs almağa ərazi qalmayıb. İnsanlar və avtomobillər paytaxtın havasını dəhşətli dərəcədə çirkləndirir. İndi də daha sərt qaydalar tətbiq edilməyə başlanılıb. Londonun mərkəzinə keçid pulludur, maşın saxlamaq da əlavə pul tələb edir. Yaxın illərdə şəhərdə duru yanacaqla işləyən avtomobillərin tam olaraq hidrogen yanacağına keçəcəyi, elektromobillərin geniş yayılacağı gözlənilir.

Sərt qaydalar tək Londonda deyil, həm də Avropanın bir çox ölkəsində tətbiq edilib. Yaxın gələcəkdə benzinlə işləyən avtomobillərin tam olaraq ekoloji təmiz yanacaqla çalışan nəqliyyat vasitələri ilə əvəzlənməsi bütün böyük şəhərlərin rəhbərliyi üçün prioritet məsələdir. Hava yoxdursa, deməli həyat yoxdur.

Oslonun daxilində bircə dənə sənaye müəssisəsi qalmayıb

Məsələn, Norveçin paytaxtı Oslo 2019-cu ildə Avropanın ən yaşıl və təmiz şəhəri elən edilib. Bu şəhərdə zibil ən azı 4 növə bölünərək şəhərin kənarında yerləşdirilən zibil zavoduna göndərilir. Zibil çox dəqiqliklə emal edilir, yəni cəmi 3 faiz qalıq qalır. Hətta qonşu Danimarka və İsveç öz zibilini də Norveçə təhvil verir. Norveçdə hətta kanalizasiyada yaranan istilikdən evləri qızdırmaq üçün istifadə edirlər. Oslonun daxilində bircə belə sənaye müəssisəsi qalmayıb. Hamısı şəhər kənarına çıxarılıb.

Şəhərin hər yerində piyadalar və velosipedçilər üçün yollar çəkilib. Avtomobil yolları isə şəhəraltı tunellərə köçürülüb.  Oslo əhalisinin yarısı elektromobillərdə hərəkət edir, günəş paneli ilə yüklənən elektrik velosipedi də çox populyardır. Tramvay, gəmi və digər nəqliyyat növlərində də elektrik enerjisindən istifadə edilir. Su elektrik stansiyaları da kifayət qədər enerji verə bilir. 1 litr benzin 3 manatadır deyə oslolular kütləvi olaraq benzinlə işləyən avtomobillərdən imtina edirlər. Elektromobillər üçün hər yerdə doldurma məntəqələri quraşdırılıb. Burada akkumulyatoru doldurmaq havayıdır. Havanı çirkləndirən avtomobillərin şəhər mərkəzinə daxil olması pulludur. Bu qayda həm də parklama yerlərinə də aid edilir.

Müasir şəhərin rəhbərliyi mümkün vasitələrlə havanın çirklənməsinin qarşısını almağa yönəlmiş tədbirlərə əl atmalıdır, yoxsa yaşayış mümkün olmayacaq.  Şəhərin yaşıllaşdırılması, yeni ağacların əkilməsi, demək olar, bütün meqapolislərdə reallaşdırılır. Yaponlar hətta göydələnlərin dam örtüyünü yaşıllıqla tamamlayırlar. Hər eyvanda mütləq ev bitkilərinin olduğunu müşahidə etmək olar. Yaşıllıq varsa, deməli oksigen çatışmazlığının az da olsa, qarşısını almaq olacaq.

Avtomobilin salonundan benzin iyi gəlir? Gəlsin də...

Bakı əhalisi də təmiz hava qıtlığından əziyyət çəkir. Dəniz şəhəri olsaq da, yodlu-bromlu havanı duya bilmirik, çünki Azərbaycanda mövcud olan avtomobillərin yarısı paytaxta cəmlənib. 4 milyonluq əhaliyə bəlkə də 1 milyon maşın düşür. 40 il öncənin Bakısında tək-tük maşın səsi eşidilirdi. Hava təmiz, insan sayı isə 4 dəfə az idi. Hazırda maşının nə səsi kəsilir, nə də havaya atılan zəhərli qazın sonu bilinir. Bizim avtomobil parkımız yalnız benzin və dizellə işləyən nəqliyyat vasitələrindən ibarətdir. Avtobusların bir çoxu elə işə düşərkən atmosferə qara tüstü buraxır, hamılıqla boğuluruq.

Ölkədə köhnə avtomobillərin utilizə edilmə proseduru yoxdur, yəni avtomobil ölənəcən işləyir. Sərt ekoloji qaydalar tətbiq edilmədiyindən avtomobilin texniki vəziyyəti sürücünü narahat etmir bir növ. Maşının arxa borusundan qara tüstü çıxır? Nə olsun? Çıxır, çıxsın da. Avtomobilin salonundan benzin iyi gəlir? Gəlsin də, nə olacaq ki?! Belə vəziyyətdə olan maşınla sərnişin daşıyan da az deyil. Soruşanda da, deyir, düzəldərəm, kasıblığın üzü qara olsun və sair. Avtobusun və ya avtomobilin köhnə olması əsas deyil, gərək yiyəsi bu nəqliyyat vasitəsinə qulluq eləsin, vaxtı-vaxtında yararsız detalları dəyişsin. Onu da etmək istəmirik.

Bakı yaşamaq üçün yararsız olan bir şəhərə çevrilməkdədir

Qanuna görə, hər bir nəqliyyat vasitəsi ildə bir dəfə texniki baxışdan keçməlidir. Məntiqlə paytaxtdakı avtomobillərin bir hissəsi elə bu mərhələdə kənarlaşdırılmalıdır. Amma proses formal olaraq reallaşır, apar pulunu ödə, texniki baxış barədə sənədi al. Nəticədə Bakı yaşamaq üçün yararsız olan bir şəhərə çevrilməkdədir, hava yox, xəstəlik də baş alıb gedir. Nəqliyyata texniki baxış məsələsində daha sərt qaydaların tətbiq edilməsinə su-hava kimi ehtiyac var. Köhnə avtomobil və avtobuslardan çoxdan yaxa qurtarmaq lazımdır, ən azı nəqliyyat vasitəsi sahiblərini  buna məcbur etməklə. Köhnədir, apar təhvil ver, puluna al ya da yeni avtomobil üçün sertifikat əldə et. Köhnəlmiş maşınları utilizə etmək, yığmaq zamanı çatıb. Ya da ən azı maşın sahibi öz avtomobilinə qulluq etməlidir. Niyə yol hərəkət qaydasını pozan sürücüyə cərimə yazılır, amma borusundan tüstü çıxan avtomobili görən yoxdur? Bəyəm, bu insan həyatı üçün təhlükəli deyil? Təmiz hava heç kimi maraqlandırmır?

Təmiz havaya görə xəzri küləyinə borcluyuq

Bakını ekoloji təmiz şəhərə çevirmək üçün bir çox layihə var. Məsələn, tramvay nəqliyyatının yenidən bərpası, metronun genişləndirilməsi, velosiped yollarının inşası, yeni növ elektrik qatarı şəbəkəsinin uzadılması məsələləri ara-sıra gündəmə gəlir, amma bu planlar daha çox kağızda reallaşır. Praktik işlər çox gecikir. Bircə çoxlu ağac əkilir paytaxtda, tez-tez aksiyalar keçirilir, yeni-yeni sahələrdə kiçik meşələr yaradılır. Özü də bu işdə demək olar hər bir dövlət qurumu iştirak edir, hətta könüllü olaraq ağac əkmək olduqca şərəfli iş sayılır. Yenə də şəhərin havası təmizlənir bir növ.

Ümumilikdə təmiz havaya görə Xəzər dənizindən əsən xəzri küləyinə borcluyuq desək, yanılmarıq. Dənizdən əsən sərin şimal küləyi şəhərin tozunu-tüstüsünü sistematik olaraq aparır, havanı təmizləyir. Xilas edir bizi havasızlıqdan. Bakının girişində xəzriyə bir heykəl quraşdırmaq da yerinə düşərdi, çünki bizim eləmədiyimizi bu xeyirli külək edir.

Amma şəhər də dayanmadan artır, yeni binalar ucaldılır, prospektlər salınır, yollar tikilir, xaricdən də yeni avtomobillər gətirilir, özü də benzinlə işləyən. Belə getsə, nə xəzri, nə gilavar kömək etməyəcək bizə, havanı Kanada, ya da İsveçrədən pulla alacağıq.

41
Teqlər:
hava, Bakı, ekologiya
Məhkəmə zalı, arxiv şəkli

İşi məhkəmədə olanlara bəd xəbər

0
Ali Məhkəmə Azərbaycanda sərtləşdirilmiş karantin rejimində məhkəmələrdə işlərə baxılması ilə bağlı müvəqqəti təxirəsalınma müddətini uzadıb

BAKI, 16 yanvar — Sputnik. Təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlər istisna olunmaqla, digər işlərə baxılmasının 25 yanvar tarixinədək təxirə salınması tövsiyə edilib.

Bu barədə Ali Məhkəmədən Sputnik Azərbaycan-a verilən məlumatda deyilir. Qeyd edək ki, Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar Ali Məhkəmə Azərbaycan Respublikasının məhkəmələrinə işlərə baxılması ilə bağlı aşağıdakıları tövsiyə etmişdi:

1.Sərtləşdirilmiş xüsusi karantin rejiminin müddətinin uzadıldığı 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlər (tibbi xarakterli məcburi tədbirlərinin tətbiq edilməsi haqqında materiallar; qətimkan tədbirlərinin seçilməsi, dəyişdirilməsi, ləğvi, həbsdə, ev dustaqlığında saxlama müddətlərinin uzadılması, ev dustaqlığı qətimkan tədbiri ilə əlaqədar şəxsin üzərinə qoyulmuş vəzifələrin ləğvi, dəyişdirilməsi barədə, habelə məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında verilmiş digər müraciətlər; zəruri hallarda hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında müraciətlər; bəzi kateqoriya üzrə inzibati xətalara dair işlər, iddianın təmini tədbirləri və müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi ilə bağlı ərizələr, əmr icraatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat və icra icraatı işləri) istisna olunmaqla, icraatlarında olan digər işlərə baxılması müvəqqəti olaraq təxirə salınsın;

2.Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadə edilsin;

3.Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələbləri nəzərə alınmaqla mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə aparılması imkanlarından istifadə edilsin;

4.Məhkəməyədək sadələşmiş icraat materialları və cinayət işləri məhkəmələrin icraatına qəbul edilsin, Cinayət-Prosessual Məcəlləsinin 51-2-ci maddəsinə müvafiq olaraq məhkəmə icraatının videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilməsi mümkün olan cinayət işlərinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və icraatda olan xüsusi ittiham qaydasında şikayət üzrə materiallara baxılsın;

5.Hakimlərin və məhkəmə aparatı işçilərinin iş rejimi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrindən irəli gələn digər zəruri məsələlər həll olunsun;

6.Vətəndaşların qəbulu dayandırıldığından qəbul yalnız telefon, mobil və internet rabitəsi vasitəsilə həyata keçirilsin. Fiziki və hüquqi şəxslərə məhkəmələrə ünvanlanmış ərizələrini, o cümlədən apellyasiya və kassasiya şikayətlərini poçt vasitəsilə və ya elektron şəkildə göndərilsin".

0