CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bizi necə aldatdılar?

© Depositphotos.com / InnovatedcapturesМужчина в капюшоне прячется в тени улицы
Мужчина в капюшоне прячется в тени улицы - Sputnik Azərbaycan
Abunə olmaq
Gethaget, qaçaqaç, gəlib çatdım əlahəzrət həqiqətin boy göstərdiyi yerə. Gördüm ki, "ədəbi vicdan" deyib bar-bar bağıranların əli arxasınca asıb-kəsdikləri "ədəbi vicdansızların" cibindən çıxır...

BAKI, 6 fevral — Sputnik. Boş vaxtım olanda, başım iş-gücdən, yazı-pozudan ayılanda uzaqdan-uzağa, dərdli-dərdli məmləkətimin ədəbi mühitinin dərbədər, pərən-pərən mənzərəsini seyr edirəm. Dünyada hər şeydən çox sevdiyim bapbalaca, param-parça, at izi it izinə qarışmış, cəhalət girdabında boğulan məmləkətimi düşünürəm.

Мальчик бежит, фото из архива - Sputnik Azərbaycan
YAZARLAR
Saflığı itirmədən böyümək: "Möcüzə uşaq"

Bir az müdrikcəsinə, bir az da yekə çıxdı, eləmi? Vallah-billah, özümdən asılı deyil. Neyləməli, bu məmləkətdə iki cümlə qaralayan adam dahi cildinə girib müdrik-müdrik, intellektual-intellektual yazılar yazır. Mən niyə yazmayım? Yazmayanda elə bilirlər ki, mən Vətənimi, ədəbiyyatımı müdrikcəsinə, vətənpərvərcəsinə, intellektualcasına sevmirəm. Yəni, müdrikcəsinə düşünməyə, yüngülvari dahilik etməyə məcburam və bəlkə də məhkumam!

Qınamayın məni, ey dahilər, müdriklər, intellektuallar, demokratlar, vətənpərvərlər! Bu qınaqlar mənim ədəbli, ədəbi-kultural vicdanımı göynədir. Bilirəm, siz "ədəbi vicdan”a, qələmə və sözə sadiq adamlarsınız. Məni cahilliyimə bağışlayın, "ədəbi vicdan” adlı nəsnənin nəmənə olduğunu doğru-dürüst bilmirəm. Daha doğrusu, əvvəl elə bilirdim ki, bilirəm.

Sonra...

Nə isə...

Sizə söz verirəm ki, ömrümün irəlidəki qismini vicdanyönümlü, ədəbi mövzulu, ədəbi vicdan ağırlıqlı tədqiqatlara israf edəcəm. Öyrənəcəm!

...Cəhalətdən aydınlığa doğru sonsuz səfərə başladığım dönəmlərdə  elə bilirdim ki, odlu-alovlu çıxışlar edən, sərt yazılar guppuldadan dostlarımızı qıdıqlayan nəsnənin adı "ədəbi vicdan”dır. Sən demə, əlləri "böyüklərin" ətəyində olan kimsələr, sadəcə, biz "fağır rayon uşaqları"nın gözündə azad və müstəqil, adil və vicdanlı görünürmüş. İllüziya.

Sonra yol ayrıcları, Şəhriyarın sözü olmasın, "döngələr, dönümlər” başladı. Hər yol ayrıcında bir "əhli-vicdan" ifşa olundu, hər krizisdə bir "ədalət carçısı” iflasa uğradı.

Çiynimi yükün əyilən tərəfinə verməyi düşündüm. Siyasət elmində piyada olduğum üçün iddiasından xumarlanıb ağzı köpüklənə-köpüklənə sözün keşiyində dayandığını bəyan edən "ədəbi vicdan" sahiblərinin yanında oldum.

Qaçaqaç, qovhaqov, yazhayaz...

Мужчина в коридоре, фото из архива - Sputnik Azərbaycan
YAZARLAR
Uğursuzların, istedadsızların qisası...

Gethaget, qaçaqaç, gəlib çatdım əlahəzrət həqiqətin boy göstərdiyi yerə.

Gördüm ki, "ədəbi vicdan" deyib bar-bar bağıranların əli arxasınca asıb-kəsdikləri "ədəbi vicdansızların" cibindən çıxır.

Ev alan, yardım alan, təqaüd alan... 

Şıdırğı alver gedirmiş bizdən xəbərsiz...

Barmağımı dişlədim.

Geriyə yol qalmamışdı.

Aldanmışdım.

 "Başa gələn çəkilir" deyib, müşahidə etməyə başladım. Azadlıqdan, müstəqillikdən, azad düşüncədən, azad sözdən, böyük ideallardan danışan məxluqata nəzər saldım və onların sadəcə zəncirlərinin bir qədər uzun olduğunu fərq etdim.

Vicdansızlığına şübhə duymadıqlarımın vicdanlı saydıqlarımın başına tumar çəkdiyini gördüm. Bir də ayıldım ki, hamı həyatını əbədi maraqlar – pul və şöhrət arxasınca qaçmağa sərf edir.

Silkələndim.

Ayıldım.

Ailə, pul, şöhrət, tanış, dost, rahatlıq aşiqlərinin əbədi maraqlar uğrunda savaşında yanlış düşüncələr içində çapaladığımı gördüm.

Anladım ki, bizim bu balaca məmləkətimizdə "ədəbi vicdan" yox, əbədi maraqlar var.

Oturub məmləkətimi düşünürəm və gülürəm.

Kiçik məmləkətlərin böyük ədəbiyyatı, mədəniyyəti ola bilməzmiş, sən demə.

Кадр из фильма Поруганная честь Катарины Блюм - Sputnik Azərbaycan
YAZARLAR
Katerinanı düşünərkən...

"Sabah üz-üzə gələrik", "qohum olarıq" xofuyla adamların necə pərən-pərən düşdüyünü gördüm. Nadanların qabağa çəkildiyini, axmaqların meydan suladığını fərq etdim. Məgər bizim gördüyümüz həqiqətin bir "alt qatı” da varmış. Sən demə, bizim "böyük ədəbiyyat" dediyimiz nəsnə üç-dörd dostu tərifləmək, bizdən olmayanları "daşlamaq" imiş.

Biz inanclarımızın arxasınca qaçanda arxada qalanlar baxıb gülürmüşlər.

Biz düzlük deyib savaş açanda kimlərsə qazanc əldə edirmişlər.

Heç nə gördüyümüz kimi deyilmiş.

Utandım.

İndi oturub özüm düşdüyüm vəziyyəti düşünürəm və gülürəm.

Bir vaxt "ədəbi vicdan" deyib üsyan bayrağı qaldıranların umurunda deyilmişik.

P.S. Ola bilsin ki, oxucu bu yazıdan mətləb hasil etməsin. Amma əminəm ki, lazım olanlar lazımi nəticəni çıxaracaq, gecə-gündüz "ədəbi vicdan" deyib bar-bar bağırmayacaqlar. Hə, bir də "ad çək" deyib yaxasını kənara çəkmək istəyənlərə bircə ad çəkirəm: "hamınız"!

"Vicdan"ınıza sayğılarla...

Xəbər lenti
0