CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu qorxu ilə haraya belə?

CC0 / geralt / manPəncərənin yanında kişi, arxiv şəkli
Pəncərənin yanında kişi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bu qorxunu dəf etmək, demək olar, mümkünsüzdür. Ya gərək özümüzə qalib gələk, ya da meydanı qoyub qaçaq

BAKI, 1 fevral - Sputnik. Sosial media, mətbuatda dayanmadan tirajlanan qorxunun qarşısını almaq müşkülə çevrilib. Qorxu-təlaş, mümkün təhlükələr beynimizə, ruhumuza hakim olub. Hara gediriksə, dalımızca gəlir. Bilmirik necə xilas olaq.

Dünyanın özü qorxu üstə bərqərar deyil?

"Qorxusuz insan insan deyil, qudurmuş itdir!" ifadəsini, yəqin, Azərbaycanda hər kəs yaxşı bilir. Məşhur "Nəsimi" filmində Əmir Teymurun dahi şair Nəsimi ilə polemikası məhz qorxu barədədir. Filmdə qorxu barədə fikirlər olduqca maraqlıdır.

Cəzaçəkmə müəssisəsi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Cinayət və cəhalət arasından sabaha ümidlə zillənən baxışlar: kaş belə olmazdı

Əmir Teymur Nəsimiyə:

- Hamı mənə Peyğəmbərin elçisi deyir, təzim eləyir mənə. Təkcə siz itaət eləmirsiniz. Niyə?

- Sənin hakimiyyətin qılınc və qorxu üstündə bərqərardır.

- Xırda həşərat iri həşəratdan qorxur, qoyun qurddan, gücsüz adam güclüdən, cəmi bəşər də Allahdan. Dünyanın özü qorxu üstə bərqərar deyil?

- Güclü, gücsüz insan yoxdur. Kamil insan var, bir də cahil. Cahilin tərzi-həyatı heyvanatın tərzi-həyatı ilə doğrudan da uyğundur... Qılınc, külli-qırğın, din, Allah xofu – hamısı hökmranlıq üçün gərəkdir sənə.

- Əcəlim çatacaq, mən də köçəcəyəm bu dünyadan, amma Allah xofu çıxmayacaq insanın canından. İldırımı, dolusu, tufanı var bu dünyanın, seli, daşqını, zəlzələsi var.

- Kamil insan cümlə aləmin sirrinə vaqif olacaq... Və heç nədən qorxmayacaq...

- Qorxusuz insan insan deyil, qudurmuş itdir!

Həyatda qorxu ilə birgə addımlayırıq

Hər günümüz bir qorxudur. Qış gəlir, deyirik, ya Allah, soyuğu, qarı, boranı bizdən uzaq elə. Uşaq xəstələnir, onun başı üzərində yuxusuz gecə keçiririk. Yenə də Allaha yalvarırıq, bircə bu bəla bizdən ötüşsün, həmişə sənə dualı olacağıq. Zəlzələ olur, yenə qorxuruq, təlaş içində üzümüzü Yaradana tutub mərhəmət diləyirik.

Aqilə işarə, axmağa kötək - xoşbəxt, uğurlu, varlı olmağın bir sirri var>>

Uşaq böyüyür, ali məktəbə daxil olmalıdır, gecə-gündüzü qorxu-təlaş içində keçiririk. Deyirik, ya Allah, bu balanın yolunu açıq elə, onun savadlı, təhsilli olmasına imkan yarat.

Artıq böyümüş oğulu əsgərliyə yola salanda yenə rahatlığımızı itiririk. Ordu elə-belə yer deyil, hər an əsgəri təhlükə gözləyir. Həyatda qorxu ilə birgə addımlayırıq.

Təbii fəlakətdən, quraqlıqdan, aclıqdan, işsizlikdən, yaxınlarımızı itirməkdən, mümkün xəstəliklərdən, qlobal təhlükələrdən qorxuruq. Bu gün Çindən dünyaya yayılın koronavirusdan qorxuruq. Bu gün zərbəsi bizə dəyə biləcək təhlükədən nə qədər qorxuruqsa, eləcə də biganəliklə hansısa bir uzaq ölkədə baş verən fəlakəti izləyirik. Bəzən başqasının dərdinə acımaq əvəzinə sevinirik də.

Özünə məzar daşı düzəldən adam Yaqub Dəmirov  - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bu adam hər gün həm keçmişini, həm də gələcəyini görür - FOTO

Dünən Allaha yalvardığımızı unudub eyş-işrətə qoşuluruq

Əgər Parisdə dünya şöhrətli kilsə yanırsa, deyirik, Allahın qəzəbinə gəliblər. Elə Mirzə Fətəli Axundovun əsəri üzrə çəkilmiş "Dərviş Parisi partladır" filmində də eyni yanaşmanın şahidi oluruq. Evdə qonaq olan Müsyö Jordana zərər vermək nə qədər çətindirsə, uzaq Parisi darmadağın etmək bir o qədər asan görünür. Həm də parisli xanımlar kişilərin qarşısında üzü-başı açıq gəzirlər. Deməli, bu səbəbdən şəhərin dağıdılmasına haqq qazandırmaq olar.

Bəzən də ABŞ-da baş verən dəhşətli qasırğa yaşlı insanlarda qeyri-adekvat hisslər doğurur. Deyirlər, əcəb olub, bəsdir dünyanı çapıb-taladınız, müsəlmanları qırdınız. Bədənə yaxın olan hər məsələ bizdə qorxu yaradır, amma başqasının dərdi uzaq görünür.

Dərd-bəla da bizdən bir qədər uzaq olan kimi dünən Allaha yalvardığımızı unudub eyş-işrətə qoşuluruq. Deyirik, beş günlük dünyadır, yeyib-içib kef edək.

Kamil, yəni bilikli insan qorxuların çox böyük hissəsindən azaddır

Bəlkə, dahi Nəsiminin fikri doğrudur? Problem cahillikdədir? Qorxuruq, çünki bilmədiyimiz, xəbərsiz olduğumuz o qədər məlumat var ki. İnsan var, hətta elektrik lampasını dəyişməyə qorxur, çünki bu barədə biliyi yoxdur. Düşünür, əlini vursa, mütləq kül olub yanacaq. İnsan da var, yalın əllə elektrik cərəyanı xəttindən tutub dayanır, amma qorxmur.

Bizi məhz biliksizlik, qarşıda gözləyən naməlum vəziyyət qorxudur. Bu qorxunu dəf etmək, demək olar, mümkünsüzdür. Ya gərək özümüzə qalib gələk, ya da meydanı qoyub qaçaq. İnsanın yenilikdən qaçması özü də qorxuya bağlıdır. Problem var, onu həll etmək lazımdır, amma yolunu bilmirik, qorxuruq, ağır işin altına girsək, heç nə alınmaz. Qorxu bir qaranlıq yol kimi qarşımızı kəsir.

Nəsimi bir tərəfdən haqlıdır, çünki kamil, yəni bilikli insan qorxuların çox böyük hissəsindən azaddır. Əgər kibritin nə olduğunu bilirsənsə, deməli, odu idarə edəcək, analitik düşüncən varsa, deməli, problemi həll etmək üçün falçı yanına yox, mütəxəssis yanına gedəcəksən.

Бананы в супермаркете, фото из архива - Sputnik Azərbaycan
YAZARLAR
Koronavirus tezisləri: banan da yemək olar, Çindən mal almaq da

Digər tərəfdən dindar olub, cahil olmayanı da Allahdan başqa heç nə qorxutmaz. Niyə də qorxmalıdır? "Allah bilən məsləhətdir" deyib işinə davam edəcək, vaxtı çatanda da kəlmeyi-şəhadətini deyib bu dünyadan gedəcək.

"Nə etməlisənsə et, nə olacaqsa qoy olsun"

Bu dünyada hər şeydən qorxan insan elə bir qədər oxumuş, bir qədər dindar, bir qədər cahil olanıdır. Bir tərəfdən dünya malına bağlıdır, onu itirəcəyindən qorxur, digər tərəfdən dildə Allaha inandığını deyib başqa yerdə cənnət və cəhənnəmi inkar edir, bu səbəbdən də ölümdən qorxur. Deyir, nə varsa bu dünyada var, cənnət də, cəhənnəm də. Bir tərəfdən universitet bitirib, müəyyən qədər biliyi var, digər tərəfdən isə problemini üzərlik yandırmaqla həll etməyə çalışır. Həm oradan yapışır, həm də buradan. Qorxu beləsinin iliyinə qədər işləyib.

Azad və rahat yaşamağın bir yolu da mənasız qorxulardan azad olub kamilliyə can atmaqdır, çünki nə dünya malı üçün, nə də hər hansı problemin həlli üçün qorxu keçirməyin adı yoxdur. Dünya malı elə dünyada qalacaq, problem də ya həllini tapacaq, ya da mənasını itirəcək.

Elə bu dünyada Roma imperatoru Mark Avrelinin təklif etdiyi prinsiplə yaşamaq məsləhətdir. Yəni "Nə etməlisənsə et, nə olacaqsa qoy olsun".

Xəbər lenti
0