CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeddi günün "riyaziyyatı": gələnlər, gedənlər, yaxşılar, pislər

CC0 / Gerd Altmann / BoardMüəllim yazı lövhəsi qarşısında
Müəllim yazı lövhəsi qarşısında - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən həftə mühüm siyasi, sosial, ictimai hadisələrlə zəngin oldu. Amma ümumi palitrada siyasi hadisələr daha tünd boyalarla önə çıxdı

BAKI, 2 dekabr — Sputnik. 7x7 - ötən həftənin ən diqqətçəkən, yaddaqalan 7 hadisəsini ifadə etməyə çalışacaq.

Həftə mühüm siyasi, sosial, ictimai hadisələrlə zəngin oldu. Amma ümumi palitrada siyasi hadisələr daha tünd boyalarla önə çıxdı.

Kadr islahatları

Şübhəsiz, ötən həftənin ən mühüm hadisəsi dövlət başçısının başladığı islahatlar kursunun artan dinamizmi, yeni kadr islahatları idi. Prezident Administrasiyasının mühüm postlarında edilən dəyişikliklər ölkədə yeni siyasi mərhələnin başlanğıcı kimi xarakterizə olunur.

Bu gün cəmiyyətin müzakirə mövzularını, baş verən hadisə və dəyişikliklərə reaksiyasını müəyyən etmək üçün sosial şəbəkələrdə azacıq gəzişmək kifayət edir.

Ciddi siyasi təhlilə varmadan deyə bilərik ki, sosium bu dəyişiklikləri rəğbətlə qarşıladı.

Buraxılan parlament

Милли Меджлис Азербайджана - Sputnik Azərbaycan
Həmin gün yetişdi - Milli Məclis Prezidentə müraciətə baxacaq

Yeni Azərbaycan Partiyasının Siyasi Şurası parlamentin buraxılması təşəbbüsü ilə çıxış etdi.

Gözlənilən idi. "Köhnə parlamentin" başlanmış islahatlar dalğası ilə ayaqlaşa bilməyəcəyi proqnozlaşdırılan idi. Dövlətin icraedici və məhkəmə strukturlarında dəyişikliklərdən sonra qanunverici orqanın proseslərin ardınca "axsamasına" dözümlü yanaşmayacağı, daha islahatçı, təşəbbüskar, çevik Milli Məclisin arzu olunduğu aydın idi. Cəmiyyət də öz millət vəkilini fərqli ampluada görmək istəyir: onun qayğıları ilə maraqlanan, gənc, çevik, təşəbbüskar, cəsarətli... bir sözlə, millətin vəkili kimi!

"Qarabağ" - dərdim mənim!

Şübhəsiz, Qarabağ hər həftənin mövzusu və dərdidir, ancaq bu həftə "Qarabağ" futbol klubu da bizi məyus etdi.

Erməni bayraqları ilə bizi salamlamış Kiprin "Apoel" klubuna evdə bir xal verdikdən sonra, səfərdə məğlub olan təmsilçimiz Avroliqanın qrupundan çıxmaq üçün şanslarını çarəsiz şəkildə çətin İspaniya səfərinə - La Liqa 3-cüsü olan "Sevilya" ilə oyuna saxlamışdı. İlk hissədən sonra azarkeşləri ümidləndirən "Qarabağ" ikinci hissədə 2 top buraxdı, "Apoel" isə öncədən anons etdiyi "Luksemburqa qisas üçün gedəcəyik" (ilk oyunda bu ölkənin təmsilçisinə öz evində 1-4 məğlub olmuşdu) açıqlamasının pafos olmadığını əməldə sübut etdi: 2-0!

Beləliklə, "ispan öküzü"nün əzdiyi "Qarabağ atı" son oyununda "Düdelanj"la formal oyunda yalnız təsəlli üçün oynayacaq.

Komandanın kapitanı Rəşad Sadıqovun "Təki uğursuzluğumuz qrupdan çıxmamaq olsun" açıqlamasından sonra alqoritmik olaraq "lazım gəlsə, qrupdan da çıxacağıq" açıqlamasını gözləyirdik, yaxşı qurtardıq.

Президент Ильхам Алиев на церемонии по случаю 100-летнего юбилея Бакинского государственного университета - Sputnik Azərbaycan
SİYASƏT
Prezident İlham Əliyev BDU-nun 100 illiyi ilə bağlı tədbirdə çıxış edib

100 yaşımızda niyə 100-lükdə yoxuq?!

Ötən həftə Bakı Dövlət Universiteti 100 yaşını təntənəli şəkildə qeyd etdi.

Şübhəsiz, BDU öz ənənələri, şərəfli tarixi olan ali təhsil ocağıdır.

Amma köhnə ənənələr və şərəfli tarix bugünkü dünya ilə, onun yeni çağırışları ilə ayaqlaşmaq üçün kifayət etmir. Ölkəmizin ali təhsil ocaqları hələ ki, yalnız dünya universitetlərinin reytinq siyahısında yalnız 1000-liyə düşdüyü üçün qürur duya bilər. Bu mövqenin verdiyi hissin adına "qürur" demək olarsa...

Sürət can alır

Hər həftə olduğu kimi, ötən həftə də yol qəza hadisələri manşetlərdə idi.

Ölkənin dörd bir yanında bununla bağlı çoxsaylı xəbərlər gəlməkdə davam edirdi, hər gün ən azı 6, 7, 8 nəfər dünyasını dəyişir, 10-larla insan müxtəlif dərəcəli bədən xəsarəti alır.

Kimdir günahkar?!

Yol qəzaları heç kimdən asılı olmayan səbəblərdən baş vermir. Günahkar ilk növbədə özümüzük! Bu vaxta qədər bir neçə əcnəbi ilə müsahibə etmişəm. Ölkəmizə hər baxımdan heyran olduqlarını dilə gətirirlər. Bircə yol-hərəkət qaydalarından baş açmadıqlarını etiraf edirlər.

1991-2018-ci illərdə yol qəzalarında ölən və yaralananların sayı 100 minə çatıb. Bu rəqəm 2019-cu ilin statistikası ilə 100 mini də keçəcək. 2018-ci ilədək yol qəzalarında ölənlərin sayı 25 386 nəfərdir. Nə etməli? İlk növbədə, özümüzdən başlamalı. Unutmayaq, sürət həyatda inkişaf, yolda təhlükədir!

Tələbələr zəhərləndilər

Медицинская сестра в больнице, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
BDU-nun zəhərlənən tələbələri ilə bağlı yeni xəbər

Ötən həftə Xəzər Universitetinin 6 tələbəsi dəm qazından zəhərləndi. Xoşbəxtlikdən, hadisə ölümlə nəticələnməmişdi. Ancaq eyni xoşbəxtlik bundan öncə - BDU-nun zəhərlənən tələbələrinə qismət olmadı, onlardan biri dünyasını dəyişdi. Ehtimal olunur ki, onlar qidadan zəhərləniblər...

Ümumiyyətlə, uzun illərdir ki, dəm qazı zəhərlənmələri yol qəzaları kimi can almaqda davam edir. Belə bədbəxt hadisələrin kütləvi hal alması isə bir neçə səbəblə əlaqələndirilir: Qaz sobalarının standartlara cavab verməməsi, bacaların vaxtı-vaxtında təmizlənməməsi, hamam otaqlarında nəfəsliyin olmaması və s. Bu siyahı bir həqiqəti dəyişmir: insan ömrü heç nədən yarıda kəsilir!

Niyə bu qədər aqressiv?!

Abşeron rayonunda baş verən qətl hadisəsi öz amansızlığı ilə diqqət çəkdi. Aytən Fərzəliyeva öz qardaşı tərəfindən başı kəsilərək qətlə yetirildi. İlkin istintaqın nəticələrinə görə, hadisə Babək Fərzəliyev tərəfindən Ceyranbatan qəsəbəsi ərazisində yaxın qohumlarının məzarını ziyarət edərkən, qısqanclıq zəminində törədilib. 

Nərmin Şamilbəyli - Sputnik Azərbaycan
Qadınlara yönəlmiş cinayət hallarının qarşısını necə almaq olar –ekspert şərhi
Bacı-qardaş arasında yaranmış mübahisə zamanı B.Fərzəliyev özü ilə gətirdiyi bıçaqdan istifadə edərək A.Fərzəliyevaya çoxsaylı xəsarətlər yetirib.

Bu hadisə cəmiyyətdəki iki problemi ifadə edir:

Birincisi, mental dəyərlər düzgün qavranılmır, ən radikal, amansız addımlara belə mental hisslərlə haqq qazandırılır.

İkincisi, cəmiyyətdə aqressiv meyllər var, dialoqla problemlərin həllinə maraq azdır. İctimai nəqliyyatda, küçədə bir-birinə toxunduğu üçün mübahisə edənlərə az rast gəlmirik. Avropalının gülümsəyərək keçəcəyi hadisəyə görə biz adam bıçaqlamağa hazırıq.

Xəbər lenti
0