CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İnsan həqiqətən mükəmməl varlıqdırmı? – Optik bir eynəklə verilən cavab...

© Sputnik / Anar MustafayevAkademik Milli Dram Teatrı
Akademik Milli Dram Teatrı - Sputnik Azərbaycan
Abunə olmaq
Kainatın yaranması, qara dəliklər, yerləşdiyimiz Samanyolu qalaktikası, Günəş sistemimiz və bizim planetimiz olan Yer Kürəsi haqqında bir-birindən maraqlı məlumatlar yağışına düşürük

İyun ayının 2-i, saat 12:00. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrındayıq. Ölkənin ilk 550 nəfərlik auditoriyaya xitab edən elmi-kütləvi konfransı başlayır.

Səhnədə müxtəlif laboratoriya cihazları, arxada isə iri proyektor görünür. Proyektorda qalaktikaların, nebulaların, müxtəlif planetlərin, qara dəliklərin şəkilləri bir-birini əvəzləyir. Aparıcı tədbiri açıq elan edir, konferans kainat mövzusu ilə başlayır və astronom, elmi tədqiqatçı Orxan Əhməd səhnəyə çıxır.

Hercai serialından bir kadr - Sputnik Azərbaycan
YAZARLAR
Peşəkar əlindəki möhtəşəm iş, yaxud məşhur türk serialının uğuru nədədir?

Kainatın yaranması, qara dəliklər, yerləşdiyimiz Samanyolu (digər adı ilə Süd Yolu) qalaktikası, Günəş sistemimiz və bizim planetimiz olan Yer Kürəsi haqqında bir-birindən maraqlı məlumatlar yağışına düşürük. Orxan Əhməd içində olduğumuz kainat haqqında bir təsəvvürümüzün yaranması üçün sadədən mürəkkəbə doğru astrofizik məlumatları zehnimizə düzür.

Ardıyca auditoriyadan suallar ünvanlanır və Orxan Əhməd sualları cavablayır.

Tamaşaçılardan birinin ünvanladığı "biz haradayıq?" sualına Orxan Əhmədin cavabı çox maraqlı və əyləncəli olur. O, deyir ki: "Əgər bir yadplanetli sizə zəng edib harada olduğunuzu soruşsa, ona "Samanyolu qalaktikasında, Günəş adlı bir ulduzun ətrafına fırlanan üçüncü planetdəyəm" deyə cavab verə bilərsiniz".

Bu, əladır. Daha da maraqlısı odur ki, o zəng nə vaxtsa gələcəkmi?

Konfrans davam edir. Kvant fizikası mövzusu ilə fizik, elektrik mühəndisi Sadiq Şamilov qarşımızdadır. Elmi zəkasına azca da komik aktyorluq elementləri qatması ilə Riçard Feynmanı xatırladan Sadiq Şamilov olduqca mürəkkəb mövzunu, dünyaya gəlmiş-keçmiş ən nəhəng beyinlərin belə tam anlaya bilmədiyi kvant fizikasını çox sadə dillə, anlaşıqlı təcrübələrlə izah etməyə çalışır.

Mikroaləm – atomaltı dünya haqqında bir şeyləri az da olsa anlamaq üçün müəyyən qədər fiziki bilgilərin olması şərtdir. Lakin Sadiq Şamilov bu incə və mühüm məqamı nəzərə alaraq, kvant fizikasından danışdıqca onun yanında lazım olan bəsit fiziki məlumatları da tamaşaçılara ötürməyə çalışır. Bu, həm bütün insanlara xitab edə bilmək baxımından, həm də pedoqoji bacarıq baxımından çox vacib nüansdır.

Akademik Milli Dram Teatrının ətrafında aparılan abadlıq və yenidənqurma işləri - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
İyun ayının 2-si çox maraqlı olacaq, çox!

Növbə tamaşaçıların sualına gəlincə Sadiq Şamilov özünün aktyorluq bacarığını, Riçard Feynmansayağı xarakterini bir daha sərgiləyir. "İnsan mükəmməl varlıqdır!" deyən tamaşaçının ünvanladığı suala sualla cavab verir və "insan həqiqətən mükəmməldirmi?" deyə soruşur. Tamaşaçı "bəli, mükəmməldir" deyir qətiyyətlə. Bu vaxt Sadiq Şamilov gözündəki optik eynəyi çıxararaq sadəcə susur. Və gurultulu alqışlar eşidilir.

Konfransın sonuncu mərhələsinə çatırıq. Bu dəfə insanı idarə edən, bütün bilik və bacarıqlarımızın taxt-tac sahibi olan beyin mövzusu ilə araşdırmaçı, neyromarketinq mütəxəssisi Orxan Şahbaz qarşımızdadır.

Orxan Şahbazın ilk sözlərindən və hərəkətlərindən görürük ki, o, təkcə neyromarketinq mütəxəssisi deyil, həm də istedadlı şoumendir. Çıxışının əvvəlindən sonuna qədər tamaşaçılarla ünsiyyət qurur. Müxtəlif məntiqi və psixoloji testlər keçirir və zarafatlar edir.

Beynimiz – biliklərimiz, bacarıqlarımız, hisslərimiz, düşüncələrimiz, hadisələrə münasibətimiz və gündəlik həyatımızın bütün digər elementləri haqqında geniş bilgilərə yiyələnirik. Peşəsi gərəyi bütün çıxışı boyunca tamaşaçılarla ünsiyyətdə olduğu üçün və çoxsaylı suallara cavab verdiyi üçün maraqlı dialoqların sayı da çox olur. Lakin bir müəllimənin "necə edək ki, şagirdlərimiz elmə daha çox meyilli olsun?" sualına Orxan Şahbazın verdiyi cavab daha çox düşündürür: "Onları elm öryənməyə məcbur etməyin, öyrənməyi sevdirin".

Daha sonra bu konfransın təşkilatçısı olan Orxan Oğuz səhnəyə çıxır. Tamaşaçılara və tədbirin ərsəyə gəlməsində zəhməti olanlara təşəkkür edir və tədbir yekunlaşır.

Bakı - Sputnik Azərbaycan
YAZARLAR
Yüz bir yaşlı Azərbaycana bir neçə sadə sual

Bundan öncə şimal qütbünə səyahətindən, Avrora işıqlarını canlı görmək üçün Şimal Buzlu Okeanında boy göstərdiyi Azərbaycan bayraqlı şəkillərdən tanımışdım Orxan Oğuzu. İndi də belə bir təbdirin – "Kainat, Kvant, Beyin" adlı 550 nəfərlik ilk elmi-kütləvi konfransın təşkilatçısı kimi çıxır qarşımıza. Və öyrənirəm ki, bir müddət sonra da Qusarın Laza kəndində astronomiya düşərgəsi salaraq özü ilə apardığı iştirakçılara elmi oxuya-oxuya yox, görə-görə öyrənmələri üçün şərait yaradır.

Mən elmi-mədəni tərəqqimizin, dünyəvi bilik və bacarıqlara yiyələnməyimizin Orxan Oğuz, Sadiq Şamilov, Orxan Əhməd, Orxan Şahbaz və onlar kimi gənclərin çiynində durduğuna inanıram. Müşahidələr də göstərir ki, onlar bu işi layiqincə yerinə yetirirlər. Onlara dövlətin və xalqın dəstəyi, bir də öyrənmək istəyən insanlar lazımdır.

Xəbər lenti
0