Aşiq-məşuq

İnsan niyə aşiq olur Sevmək hissimizin mistik tarixi...

12046
(Yenilənib 17:13 26.02.2019)
Müasir insan ən yaxşı halda yeniyetməlik dönəmlərində eşqlə başını qatıb daha sonra öz dünyasında təklik inzivasına çəkilir

BAKI, 27 fevral — Sputnik. Minillərdir insan eşqin hüzurunda acizdir. Sevgi haqqında əfsanələr, nağıllar dildən-dilə gəzdi. Şeirlər, hekayələr, romanlar yazıldı. Filmlər, seriallar çəkildi. Kimisi üçün dərd, bəla, kimisi üçün sevinc, xoşbəxtlik oldu eşq. Bəziləri bunu psixoloji xəstəlik, bəziləri isə insanın ən müqəddəs duyğusu adlandırdı.

Təxmini hesabladım ki, mən bu günə qədər yüzdən çox köşə yazısı yazmışam. Amma heç vaxt sevgiyə bir köşə həsr etməmişəm. Bədii yaradıcılığımızın böyük hissəsini ayırdığımız məhəbbət mövzusuna bir köşə yazmağı da özümə borc bildim. Keçmiş sevgililər gününə gecikmiş bir ərməğan olsun. Müqəddəs Valentinə sayğılarla...!

Məşhur psixoloq Frank Tallisin "Eşq xəstəsi" kitabında sevgi xəstəlik kimi şərh edilir. Hətta, bu kitabda müəllif "Leyli və Məcnun" məhəbbətini "iki ruhi xəstənin azğın duyğularını təsvir edən əfsanə" adlandırır. Hər nə qədər Frank Tallis elmi əsaslarla sevginin xəstəlik olduğunu isbat etməyə çalışsa da, bu duyğunun aliliyinə, müqəddəsliyinə zərrə qədər də xələl gətirə bilmir.

Mifologiyada sevgi haqqında olduqca qəribə və maraqlı bir əhvalat var. İnanca görə, tanrılar insanın ilkin yaradılışında ona iki sima, dörd əl, dörd ayaq veriblərmiş. İnsan bu cür yaradılışı ilə tam, bütöv və xoşbəxt imiş. Heç bir dərdi, kədəri olmayan insan zaman-zaman tanrılara üsyan etməyə başlayıb. Buna qəzəblənən tanrılar insanı iki yerə parçalayıblar. Belə ki, bu qəzəbdən və parçalanmadan sonra insan bütün həyatı boyu öz ikinci yarısını axtarmağa, ona qovuşmağa çalışıbmış.

Kim bilir?! Hər nə qədər mif olsa da, bəlkə elə buna görə həyatımızda kimsə olmayanda özümüzü natamam, yarımçıq hesab edirik?! Əslində, başqasına aşiq olduğumuzu sanırıq, amma bəlkə elə aşiq olduğumuz adam bizim özümüzdür, bizdən bir parçadır. Axı insan özündən başqa kimin üçün hər şeyi qurban verməyi, hər şeydən imtina etməyi gözə alar? Və ən əsası, insan özündən başqa kimi bu qədər sevə bilər? Bəlkə elə buna görə sevgilimizə yar deyirik?!

Dünyada ilk şeir məhz sevgidən yazılıb. Sənətin, yaradıcılığın, insan təxəyülünün, insan mədəniyyətinin əsas sütunu məhəbbətdir. Bəşər tarixində gəlmiş-keçmiş bütün mədəniyyət nümunələrindən sevgi mövzusunu çıxarsanız, geriyə nə qalacaq?

Şekspirin "Romeo və Cülyetta"sından sonra bütün dünyaya səs salan, əfsanələşən heç bir məhəbbət mövzusu yazılmayıb. Filmlərin arasında isə məhəbbət mövzulu ən möhtəşəm və sonuncu nümunə "Titanik"dir. Ki, onun da üzərindən təxmini otuz il keçir.

İndi həm elm, həm də mədəniyyət təlatüm içindədir: olmaya bu ali duyğunu itirməyə başlamışıq? Olmaya tanrıların bizə hirsi soyuyub? Ya da bizim sevgi ilə daha xoşbəxt olduğumuzu görüb indi də o hissi bizdən almağa çalışırlar?

Texnoloji inkişafın bizə saysız-hesabsız faydalarının yanında vurduğu ən böyük zərbə sevgi hissimizi əlimizdən almasıdır. İş o yerə çatıb ki, artıq sevgi mövzulu əsərlər, filmlər də insanların diqqətini çəkmir. Müasir insan ən yaxşı halda yeniyetməlik dönəmlərində eşqlə başını qatıb daha sonra öz dünyasında təklik inzivasına çəkilir. Elə bir təklik inzivası ki, ovuclarının içində bütün virtual dünya, milyonlarla insan...

Sevgimizi, sevgilimizi itirməmək arzusu ilə...!

12046
Teqlər:
yar, insan, hiss, sevgi, eşq
Əlaqədar
Eşq acısını unutduran maddə kəşf edilib
Azərbaycana gələn turistlərin çıraqla axtardıqları adam: Onu eşq nə hallara salıb...
"Eşqi başına vuran" gənc Bakıda nələr etdi
“Dəmir” ləqəbli Gülənbər Qasımova: “Məni oğlan bilib, eşq elan edən də olub”
Əllərində smartfonlar olan gənclər, arxiv şəkli

Alternativ kanallar: daha çox imkanın olması hava-su kimi əhəmiyyətlidir

23
(Yenilənib 18:15 19.10.2020)
Texnologiya nə qədər inkişaf etsə də, həyatda həmişə alternativ olmalıdır. Deyək, əgər dünyada hər bir məsələ internetə bağlanıbsa, bu halda istənilən bir ciddi internet problemi müasir sivilizasiyanın süqutuna apara bilər.

Amerikanın məşhur fantast yazıçısı Rey Bredberinin bir hekayəsində bir-biri ilə çarpışan iki ölkənin texnoloji qarşıdurması əks olunub. Uzun sürən müharibədə hər gün bir yeni silah icad olunsa da, qarşı tərəf tezliklə daha yenisini yaradırmış. Beləliklə, çarpışma heç vaxt bitmirmiş. Hər yeni texnologiya başqa birisinin ərsəyə gəlməsinə səbəb olurmuş. Beləliklə, bütün köhnə biliklər də unudulurmuş.

Həyatda həmişə alternativlər olmalıdır

Günlərin bir günü bir şəxs köhnə dədə-baba qaydasına qayıtmağa qərar verir. Adi kağızda klassik metodla hesablama aparır. Onun bu yanaşması yaşadığı ölkənin rəhbərliyində bir şok yaradır, çünki artıq heç kim hesablamanı kalkulyatorsuz apara bilmirmiş. Yəni bütün inkişaf mərhələsini keçəndən sonra insanlar yenidən sadə bir qaydaya üz tutmalı olurlar, çünki irəli getməyə yer qalmır.

Rey Bredberinin hekayəsi, əslində, daha ciddi problemi ortaya qoyub. Texnologiya nə qədər inkişaf etsə də, həyatda həmişə alternativ olmalıdır. Deyək, əgər dünyada hər bir məsələ internetə bağlanıbsa, bu halda istənilən bir ciddi internet problemi müasir sivilizasiyanın süqutuna apara bilər. İnternetə alternativ hər hansı informasiya kanalı varmı? Bəli, hələ var.

Ənənəvi şəhər telefonları informasiya ötürülməsində yararlı bir vasitədir

Məsələn, radio və televiziya siqnalları hələ də köhnə qayda ilə ötürülür. İnternet olmadan belə ölkənin istənilən yerində radionu dinləmək və ən azı yerli kanallara pulsuz baxmaq olur. Bəzi aparatların köməyi ilə pul ödəyib internetsiz, peyk vasitəsilə gələn televiziya siqnallarının köməyi də kanallara baxmaq, məlumat almaq olur.

Köhnə ənənəvi şəhər telefonları informasiya ötürülməsində yararlı bir vasitədir. İşıq da sönsə, internet də qırılsa, ona heç bir təsiri olmur. İşlədiyi kimi işləyir, əgər qarşı tərəfdə də belə bir telefon varsa, rahatlıqla pul ödəmədən danışmaq olur.

Texnologiya nə qədər inkişaf etsə də, nədənsə hələ də “köhnə”, bəlkə də yararsız kimi görünən bir çox vasitə hələ də praktik xeyir gətirməkdədir. “İnternetdə hər şey var, nəyisə yaddaş kartında saxlamaq nəyə lazım” deyənlərin bir çoxu hərdən ehtiyac duyulan bir məlumatı tapa bilmir. Bu gün bu kitab, film və ya digər informasiya açıq mənbədə var, sabah isə kiminsə tələbi ilə yığışdırıla da bilər.

Ailə şəkillərindən tutmuş şəxsi yazı-pozusuna kimi hər bir məlumatı internetdə saxlayan nə qədər insan var. Əvvəl bu şəkillər üçün albom alardıq, xüsusi səliqə ilə düzərdik. Hətta əsgərlikdən nə qədər gözəl albom gətirənlər var. Hərbi qulluğun son 6 ayını məhz bu işə sərf edərmişlər. İndisə hər nəyimiz varsa, vermişik “quql”un ixtiyarına. Açar cansız bir süni intellektin, axtarış sisteminin əlindədir, hara istəsə, ora da fırladacaq. Qapada da bilər, aça da.

Həmin texnologiya tam itmir, bir çoxu hələ də yaşamaqda davam edir

Deyirlər, “ehtiyatlı oğulun anası ağlamaz”. Yəni hər bir çətin durum üçün bir ehtiyat variantının olmalıdır. Ən çətin iş məlumatı qoruyub saxlamaq olub, çünki haraya yerləşdirsən belə, həmin sərt disk yanıb sıradan çıxa bilər. Adi disklər bəlkə də kompüterin yaddaş kartından daha etibarlı qoruyurlar məlumatı. Hətta özünün DVD diskinə 100 il təminat verən şirkət də var. Kifayət qədər bahalı olsa da, informasiya itmir.

Əslində, ehtiyat variantları, alternativlər bizim həyatımızı olduqca zənginləşdirir. Hər yeni texnologiya köhnəsini sırada çıxara bilər, amma həmin texnologiya tam itmir, bir çoxu hələ də yaşamaqda davam edir. Bunun yüzlərlə nümunəsini görürük. Hazırda dünya yeni enerji mənbələri axtarır, istehsal edilən avtomobillərin artıq tam elektrik enerjisi ilə çalışacağını proqnozlaşdırılır. Neft-qaz erasının bitəcəyini iddia edənlər də az deyil. Amma bütün bunlar bir əlavə ehtiyat variantı kim hələ uzun müddət bəşəriyyətə xeyir verə biləcəklər.

Dünyada ən böyük enerji ehtiyatı isə məhz daş kömür formasında toplanıb. Bəli, bu gün müasir şəhəri onunla qızdırmağa icazə yoxdur, amma bu enerji forması bizim sivilizasiyanı hələ uzun müddət məhv olmaqdan xilas edə bilər. Hələ neçə əsr onu yerin altında çıxarmaq imkanı var. Hələ də daş kömürdən dünya iqtisadiyyatında geniş istifadə edilir.

Braziliyada ən dəbdə olan yanacaq növü texniki spirtdir. Həm ekoloji təmizdir, həm də ondan avtomobillərin bir çoxu yararlanır. Həm istehsalı böyükdür, həm də hara gedəcəyi məlumdur. Deməli, dünyada baş verə biləcək neft-qaz böhranı bu ölkə üçün elə də təhlükəli deyil.

Müharibə dövründə alternativlərin qiyməti birə on artır

Vinil valların dövranı çoxdan bitib, amma hələ də onları sifariş edən, aparatını alıb musiqini dinləyən nə qədər insan var. Səbəbini özləri də bilmirlər bəlkə də. Ya deyək, kimi dindirsən, deyəcək kənd təsərrüfatında artıq yalnız və yalnız texnikadan istifadə edilir. Nə ata, nə eşşəyə yer yoxdur. Amma bu heç də belə deyil. Bir çox kiçik təsərrüfatda hələ də atdan yararlanırlar, çünki iri texnika saxlamaq həm bahadır, həm də problemli. Bunun benzini var, texniki qulluğu. 5 hektardan az olan fermer təsərrüfatında elə atdan istifadə daha məqsədəuyğundur. Dağ ərazilərində, texnika və avtomobillərin keçə bilmədiyi yerlərdə at da, eşşək də işə yarayır. Benzin və ya detalların olmadığı şəraitdə bir qədər otla işi yola vermək olar.

Müharibə dövründə alternativlərin, hər hansı bir əlavə variantların qiyməti birə on artır. Döyüş zonasında həm müvəqqəti, həm də daimi sülhə nail olmaq olar, amma informasiya müharibəsində atəşkəs olmur. Hamı deyir, daha vacibi internet və sosial şəbəkədir, burada gərək döyüşəsən. Əlbəttə, internetin imkanları olduqca yüksəkdir, amma bəzən internetin çatmadığı yerlərdə kiçik bir yerli radiostansiya əhəmiyyət kəsb edir. Elə Azərbaycanın özündə çoxlu peyk antenası var. Nə qədər insan bu alternativ informasiya kanalından yararlanır.

Azərbaycana bu gün hətta “dolma müharibəsində” belə qalib olmaq asan deyil

Axı, İsveçin də, Danimarkanın da xeyli kiçik şəhəri var. Bunların bir çoxunda heç Azərbaycanın varlığından xəbəri olmayan yüzlərlə insana lap elə yerli qəzet vasitəsilə ölkəmiz barədə faydalı bir məlumat vermək özü də bir qəhrəmanlıqdır. Qəzeti, radiosu, televiziyası hələ də məlumat ötürülməsində böyük əhəmiyyət daşıyan yüzlərlə ölkə var. Hər ölkənin kitabxanasına yerli dildə Azərbaycan barədə 10-15 kitab verə bilsək, xaricdə təhsil alan hər azərbaycanlı tələbə öz ölkəsi və Dağlıq Qarabağ münaqişəsindən ara-sıra 5-10 kəlmə danışa bilsə, informasiyanın çatdırılmasında irəli gedə bilərik. Görə biləcəyin kiçik bir işi bacarsan, deməli ümumi prosesdə qalib gələ bilərik.

Erməni tərəfi artıq əsrləridir hər bir alternativ kanaldan informasiya ötürməklə məşğuldur. 300 növ dolması olan Azərbaycana bu gün hətta “dolma müharibəsində” belə qalib olmaq asan deyil. Hələ sovet dönəmində “Aşpaz müsabiqəsinə gəlmişik” adlı erməni filmində dolma ilə bağlı yaddaqalan bir epizod nəzər çəkir. Moskvaya yarışmaya gələn erməni aşpazları məhz dolma bişirir və vaxtında onu jüriyə verə bilmirlər. Yer tutmasalar da, dolmanın çox dadlı olması ilə bağlı xeyli tərif eşidirik. Yəni hələ 1977-ci ildə ekrana çıxan bu film Sovet İttifaqının hər yerini gəzmişdi. Gəl, bundan sonra sübut elə ki, dolma türk mənşəli sözdür və Azərbaycanda daha dadlısı bişirilir.

Hər bir mümkün ehtiyat kanalları ilə məlumat ötürməyi bacarmalıyıq. Məlumatın yalnız Facebook və ya Twitter-lə ötürüldüyünü düşünmək doğru deyil. Hərtərəfli ehtiyat sistemləri, alternativ kanallar olmalıdır. İnformasiyanın ötürülməsində daha çox imkanın olması hava-su kimi əhəmiyyətlidir. Bu baxımdan daha çox çalışmağa ehtiyac duyulur.

23
Bayraktar pilotsuz uçuş aparatı, arxiv şəkli

PUA-lar, İsa Məsih, Laçın koridoru və...

32
(Yenilənib 23:07 19.10.2020)
Müharibələr həm də informasiya cəbhəsindədir. İki həftədir ki, internet məkanı üçün tətbiq olunan məhdudiyyətlər olduqca ağıllı qərara söykənir.

BAKI, 19 oktyabr — Sputnik. 7x7 həftənin ən yaddaqalan hadisələrini şərh edir

Müzəffər əsgər

Azərbaycan Ordusunun zəfər yürüşü davam edir. Cəbrayıldan sonra Hadrut və Füzulinin, onlarla kənd və strateji yüksəkliklərin işğaldan azad edilməsi həftənin əsas hadisələri kimi tarixə düşdü. Pərən-pərən düşmüş erməni ordusu itirilən mövqelərə "xilasedici" bir ad da tapıb: "Taktiki olaraq geri çəkilmə".

"Knopka" müharibəsi deyə biləcəyimiz bu savaşda erməni ordusunun 2 milyard dollardan artıq dəyərdə texnikası məhv edilib. PUA-lar isə düşmən üçün həbi olmayan başağrısıdır. Bu uçan aparatlar düşmənə 1 milyard dollardan artıq zərər verib.

Kilsə, yoxsa günahsız uşaqlar?

Düşmənin Gəncəni hədəf almasından sonra 3 azyaşlı uşaq həyatını itirdi, iki uşaq isə hələ də itkindir. Terroru döyüş taktikasına çevirmiş Ermənistan üçün bu, yeni təcrübə deyil. 63 uşağı qətlə yetirdikləri Xocalı faciəsi o qədər də uzaq keçmişdə qalmayıb.

Bu arada Ermənistan Azərbaycan raketinin erməni kilsəsinə dəydiyini iddia edib. Münaqişəyə dini don geyindirməyə çalışan işğalçı, görünür, unudur ki, Azərbaycanın paytaxtında erməni kilsəsi bu gün də qorunur. Bu blef faşisti xilas etmir. Lap tutaq ki, hansısa raket kilsənin daşına toxunub, dünya dağılıb?! Gəncədə daşlar altında qalan uşaqlara görə kim cavab verəcək?! Yəqin İsa sağ olsaydı, kilsənin dəyən zərərdən daha çox, uşaq ölümünə görə qəzəblənərdi...

İkinci cəbhə

Cəbhədəki gərginlik azmış kimi bir də koronavirusla mübarizəyə köklənməliyik. Xəstəliyə yoluxanların sayındakı artım dinamikası həyəcanlanmağa əsas verir. Tabloda 600 rəqəmi yenidən göründü. Səbəb çox sadədir: sosial məsafəni gözləmirik, maska taxmırıq, yəqin ki, gigiyenik qaydalara da düzgün əməl etmirik. Karantin qaydalarının yenidən sərtləşdirilməsi də bu baxımdan gözlənilən idi... Bu arada metronun bağlanması ilə isə avtobuslarda daha çox mehribançılığın yaranacağı proqnozlaşdırılır.

Hər şey cəbhə üçün

TƏBİB rəsmisi bildirdi ki, həkimlərimiz cəbhəyə can atır, bu bölgələrdə çalışmaq istəyirlər: "Bakıdan həmin xəstəxanalara həkim briqadası ezam olunub. Könüllü olaraq gedən həkimlərimiz də var".

Silahlı Qüvvələrə Yardım Fonduna köçürmələr edən şəxslər, şirkətlər, əsgərlərə kabab çəkənlər, kotlet bişirənlər, yataq, paltar və digər ləvazimatlar göndərənlər və cəbhəyə can atan həkimlər – budur milli birliyin təntənəsi!

İnformasiya təhlükəsizliyi

Müharibələr həm də informasiya cəbhəsindədir. İki həftədir ki, internet məkanı üçün tətbiq olunan məhdudiyyətlər olduqca ağıllı qərara söykənir. Bu, düşmənin dezinformasiya hücumunun bloklanması baxımından olduqca əhəmiyyətlidir. "Kontaktsız müharibə" XXI əsrin müharibəsdir – kimdə daha çox informasiya varsa, informasiya selini düzgün idarə edirsə, o da istənilən rəqabətdə, toqquşmada favoritdir.

"Makarov"

Laçın rayon sakini Ə.Vəliyev tapdığı "Makarov" markalı tapançanı və içərisində 4 ədəd patron olan patron darağını könüllü olaraq Səbail rayon Polis İdarəsinə təhvil verdi. Burada təəccüblü bir şey olmasa da, - jurnalistikanın "itin insanı dişləməsi yox, insanın iti dişləməsi xəbərdir" postulatı yada düşür, - ötən həftə əksər saytlar bu hadisəyə diqqət ayırdı. Görünür, Laçın koridoruna getməyə hazırlaşdığımız bu günlərdə Laçın sakininin tapançanı polisə qaytarmasıdır təəccüblü olan.

Təhsilsiz il

Ötən həftə təhsil ocaqları yenidən tətilə çıxdı. Yorulduqları üçün yox, səbəb koronavirusun yayılma tempinin yüksəlməsidir.

Görünən odur ki, 2020-ci il dünyanın təhsildən ən çox uzaq düşdüyü il kimi tarixə qovuşacaq. Martın əvvəlindən etibarən məktəblilər, tələbələr sərasər dincəlir. Distant təhsil isə özünü doğrultmur – ya şagird üçün internet əlçatan deyil, ya müəllim üçün, ya da istifadə çətinliyi var və s.

Növbəti həftənin bazar ertəsi görüşərik - əgər internet əlçatan olsa...

32
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası

MN: Qubadlı-Zəngilan istiqamətində döyüşlər davam edir

2
(Yenilənib 07:58 20.10.2020)
Fizuli rayonu istiqamətində əks-hücuma keçən düşmən bölmələrindən birinin 30 nəfər şəxsi heyəti Azərbaycan Ordusunun atəşi nəticəsində darmadağın edilib.

BAKI, 20 oktyabr - Sputnik. Oktyabrın 19-u gün ərzində və 20-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı-Zəngilan istiqamətlərində müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub. Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 4 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd D-30 haubitsa topu və 5 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir.

Eyni zamanda məlum olub ki, Azərbaycan Ordusunun endirdiyi artilleriya zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə sahəsində düşmən bölmələrinin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan olub. Alayın 1-ci motoatıcı taborunun şəxsi heyəti və döyüş texnikası tamamilə sıradan çıxarılıb. Alay komandirinin müavini Hovik Melkumyan, digər vəzifəli şəxs Qor Mirzoyan, həmçinin alayın müdafiə zolağında mövqe tutan xüsusi təyinatlı bölmənin komandiri kapitan Vahab Asetryan da zərərsizləşdirilib.

Azərbaycan Ordusunun həyata keçirdiyi tədbirlər nəticəsində 2-ci motoatıcı alayın müdafiə sahəsində düşmənin bir bölməsi döyüş mövqelərini tərk edərək geri çəkilib.

5-ci motoatıcı alayın müdafiə sahəsində düşmən bölmələrinin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan var. Yaralılar arasında bölük komandiri Norik Ağakelyanın da olduğu bildirilir.

18-ci motoatıcı diviziyasının müdafiə zolağında yerləşdirilən muzdlulardan ibarət “Legion” dəstəsi və ehtiyatdan çağırılmış hərbi vəzifəlilər döyüşlərdə iştirak etməkdən imtina edib. Məlum olub ki, ağır itkilərə məruz qalan bu dəstələr onlara tapşırılmış müdafiə sahələrində tab gətirməyərək kütləvi şəkildə fərarilik edir.

Bundan əlavə, 10-cu dağatıcı diviziyanın müdafiə zolağına gətirilmiş kəşfiyyat bölüyü də canlı qüvvə baxımından itkilərə məruz qalıb. Şəxsi heyətin üçdə ikisini itirən bölmə mövqeləri ataraq geri çəkilməyə məcbur edilib.

Fizuli rayonu istiqamətində əks-hücuma keçən düşmən bölmələrindən birinin 30 nəfər şəxsi heyəti Azərbaycan Ordusunun atəşi nəticəsində darmadağın edilib.

246-ci alayın müdafiə sahəsində alay komandiri polkovnik Tatul Ğazaryan, alay komandirinin müavini Armen Ohanyan və 3-cü taborun komandiri də xüsusi tədbirlər nəticəsində zərərsizləşdirlib.

2
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə