SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ruhaninin səfəri: Gizli məqamlar və Bakının manevr siyasəti

© Official website of President of Azerbaijan Republic“Sədabad” sarayının qarşısında İran Prezidenti Həsən Ruhani Azərbaycanın dövlət başçısı İlham Əliyevi qarşılayır
“Sədabad” sarayının qarşısında İran Prezidenti Həsən Ruhani Azərbaycanın dövlət başçısı İlham Əliyevi qarşılayır - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı Ankara, Moskva, Tehran və Vaşinqton arasında gedən rəqabətdə mühüm oyunçuya çevrilir

BAKI, 31 mart — Sputnik. Xəbər verdiyimiz kimi, martın 28-29-da İran prezidenti Həsən Ruhani Azərbaycana səfər edib. İki günlük səfəri zamanı Ruhani Azərbaycanın dövlət başçısı ilə təkbətək və heyətlərin iştirakı ilə görüşüb, eləcə də hər iki prezident martın 29-da keçirilən biznes forumda iştirak edib.

Президент Ирана Хасан Роухани, фото из архива - Sputnik Azərbaycan
Həsən Ruhanidən Qarabağ münaqişəsinin həlli variantı

Ruhani Tehranın Bakı ilə münasibətlərinə həmişə diqqət yetirib. Mahmud Əhmədinejad hakimiyyətinin son illərində əlaqələrdəki qeydə alınan soyuqluq Həsən Ruhaninin seçilməsi ilə aradan qaldırılıb. Xarici siyasətdə, qonşu ölkələrlə əlaqələrdə daha çox qarşılıqlı əməkdaşlıq və diplomatik dilə üstünlük verən Həsən Ruhaninin prezident seçilməsindən sonra Bakı və Tehran arasında qarşılıqlı səfərlər intensivləşib və bir sıra regional layihələr razılaşdırılıb.

Onlardan biri də "Şimal-Cənub" nəqliyyat dəhlizi layihəsinin icrasıdır. Artıq fevral ayında Azərbaycandan taxta yüklü vaqonlar İran Astarasına keçib. Hazırda Tehran-Astara dəmir yolu xətti üzərində sürətlə iş gedir və yolun Astara hissəsinin tikintisinə Azərbaycan tərəfi kredit ayırıb.

Bu layihənin işə düşməsi Rusiyadan İrana və əks istiqamətdə böyük həcmli yükdaşıma imkanları deməkdir. Söhbət Fars körfəzindən yüklərin dəmir yolu vasitəsilə Moskvaya qədər daşınmasını təmin edəcək böyük layihədən gedir.

В Тегеране состоялась встреча Президентов Азербайджана и Ирана - Sputnik Azərbaycan
SİYASƏT
İlham Əliyev Həsən Ruhani ilə görüşüb

Bundan başqa, Xəzərin statusu ilə bağlı iki ölkə arasında bir zamanlar sərhəd münaqişəsinə qədər dərinləşən problemin indi həll mərhələsinə qədəm qoyması iki ölkə əlaqələrinin hansı səviyyədə olduğunu göstərir.

Burada bir məqama da diqqət yetirmək lazım gəlir. Hazırda ABŞ-İran münasibətlərinin sürətlə pisləşməsi, xüsusən də son günlərdə Trampın və yeni kadrlarının İrana qarşı düşmənçilik mesajları fonunda bu səfər həm də Qərbdə diqqətlə izlənilir. Görünən odur ki, rəsmi Bakı Tehran-Vaşinqton xəttində artan gərginliyi özü üçün fürsətə çevirməyi düşünür.

Yeri gəlmişkən, Azərbaycanın həyata keçirdiyi və Qərbdən ciddi dəstək aldığı Bakı-Tbilisi-Ceyhan (BTC) kimi enerji layihələrinin baş tutmasında məhz ABŞ-İran münasibətlərindəki soyuqluğun mühüm təsiri olub. Bu mənada Bakı ehtiyatlı davranmaqla İranla ABŞ arasındakı münaqişəni fürsətə çevirməyi düşünür. Hazırda tərəflərin Azərbaycan-İran-Rusiya və Azərbaycan-İran-Türkiyə kimi formatlarda tərəfdaşlığı gücləndirmək imkanı var.

“Sədabad” sarayının qarşısında İran Prezidenti Həsən Ruhani Azərbaycanın dövlət başçısı İlham Əliyevi qarşılayır - Sputnik Azərbaycan
Həsən Ruhani İlham Əliyevi Tehrana dəvət edib

Lakin əksər araşdırmaçılar belə hesab edirlər ki, Ruhaninin Bakıya səfəri "Şimal-Cənub" layihəsinin tezləşdirilməsinə yönəlib. Azərbaycan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əsas ölkəsidir. Bu dəhliz həm də İranın maraq dairəsindədir. Çünki İran bu marşrutla Avropa bazarlarına asan yol tapacaq.

Həmçinin Avropa və Rusiya bunun əvəzində Azərbaycan və İran vasitəsi ilə Asiya bazarlarına çıxış əldə edəcək. Bu, Fin körfəzinin Hind körfəzi ilə birləşməsi anlamına gəlir. Şimal-Cənub dəhlizi Azərbaycanın bölgədəki rolunu və gəlirlərini artıracaq. Digər tərəfdən, rəsmi Bakı bu nəqliyyat dəhlizi vasitəsilə Ermənistanın təcridini gücləndirəcək.

İran bu məsələdə öz maraqlarından çıxış edir. Tehran adıçəkilən dəmiryolu vasitəsilə Avropa bazarlarına birbaşa çıxış imkanı qazana bilər. Hətta bu xəttin Bakı-Tiflis-Qars dəmiryoluna birləşməsi də mümkündür. Tehran bu layihələrə qoşulmaqla Amerikanın İranı təcridetmə siyasətini zəiflədəcəyinə ümid edir.

Beləliklə, İran özü təcriddən çıxmağa çalışır. Şimal-Cənub nəqliyyat dəhlizi Azərbaycan üçün vacib olduğu qədər İran üçün də mühüm əhəmiyyəti kəsb edir. Bu arada, Ermənistanda İranın siyasətindən narazılıq artır.

Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Həsən Ruhaninin Astanada görüşü olub - Sputnik Azərbaycan
SİYASƏT
İlham Əliyev Həsən Ruhanini təbrik edib

Burada İran qazının Azərbaycan vasitəsilə Qərb bazarına çıxarılması məsələsi var. Hətta istisna deyil ki, İran nefti də Bakı-Ceyhan xətti ilə Qərb bazarına çıxarılsın.

Amma əsas məsələ təbii qazın nəqlidir. İran Türkmənistanı qabaqlamaq istəyir. Belə ki, Türkmənistandan gələn Transxəzər qaz kəmərinin çəkilməsi uzun vaxt tələb edə bilər, yaxud da Rusiya və eləcə də İranın özü buna maneçilik törədə bilər. Belə olduğu təqdirdə Azərbaycanla İran arasında çəkilmiş qaz kəməri layihəsinin mövcud olması İranın qısa müddətdə Azərbaycanın çəkəcəyi TANAP qaz kəməri layihəsinə qoşulmasına imkan verəcək.

Ruhaninin Bakı səfəri müdafiə naziri Zakir Həsənovun Ankara səfəri və Türkiyə prezidenti Ərdoğanla görüşü ilə üst-üstə düşdü. Göründüyü kimi, Bakı Ankara, Moskva, Tehran və Vaşinqton arasında gedən rəqabətdə mühüm oyunçuya çevrilir. Ruhaninin Bakı səfəri də bu faktı bir daha sübuta yetirdi…

Xəbər lenti
0