QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

ATƏT Qarabağ danışıqlarında vasitəçi rolunu itirmək üzrədir

© Photo : REPORT IAAzərbaycan əsgəri Lələtəpə yüksəkliyində
Azərbaycan əsgəri Lələtəpə yüksəkliyində - Sputnik Azərbaycan
Abunə olmaq
"Ermənistan işğal elədiyi əraziləri qeyd-şərtsiz azad etməsə, Azərbaycanın hərbi yolu seçməsi beynəlxalq qanunlarla ziddiyyət təşkil etmir. Bakı məsələnin yenidən BMT-nin nəzarətinə götürülməsini də təklif edə bilər"

Azərbaycan prezidenti İlham Əliyevin Fransaya rəsmi səfəri bir çox önəmli məqamlara aydınlıq gətirdi. Araşdırmaçıların fikrinə görə, Fransanı təkcə Azərbaycanda deyil, bütün Cənubi Qafqazda Avropa siyasətinin təmsilçisi adlandırmaq olar, bir sıra qlobal layihələrdə və böhranlarda, o cümlədən energetika, kommunikasiya, Qarabağ münaqişəsi, 2008-ci il Gürcüstan böhranında bu, özünü əyani şəkildə göstərib. Fransanın Cənubi Qafqazda bu roluna qiymət verən rəsmi Bakı diplomatik şəkildə Avropa siyasətinin istiqamətini müəyyən edərkən inkişafın hər mərhələsində siyasi dialoqun başlanğıc nöqtəsi kimi məhz Parisi götürüb. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan-Fransa münasibətləri əvvəlcədən Avropa təşəbbüslərinə əsaslanıb.

Yelisey Sarayında şam yeməyində və prezidentlərin görüşün yekunlarına həsr olunmuş birgə mətbuat konfransında açıqlamalarından görünürdü ki, israrla Parisə Avropa təhlükəsizlik prinsiplərinə riayət olunması zərurəti, o cümlədən sərhədlərin pozulmasının yolverilməz olduğu, məsələnin humanitar tərəfi xatırladılır. Prezident Ollandın sözlərindən aydın olurdu ki, Paris hazırkı mərhələdə, ilk növbədə münaqişə tərəflərinin və vasitələrin güzəştə hazır olmaması ilə əlaqədar problemin həllini gücləndirməyə hazır deyil. Azərbaycanda və regionda sabitliyi qoruyub saxlamaq istəyi Parisin maraqlarından irəli gəlir. Ollandın masa arxasındakı nitqində isə son olaraq "regionun təhlükəsiz və sabit gələcəyi naminə birlikdə işləmək" təklifi səslənib. Beynəlxalq terrorçuluğa qarşı mübarizə çağırışı ilə gücləndirilən bu mövzu, çox güman ki, yaxın gələcəkdə ikitərəfli münasibətlərin istiqamətini müəyyən edəcək. 

Azərbaycan əsgəri - Sputnik Azərbaycan
TƏHLİL
Atəşkəs limiti bitdi: sıradakı addım nədir?

Lakin Ollandın "Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının tapılmasında irəliləmək vaxtı çoxdan çatıb" bəyanatı diqqəti daha çox çəkir. Farnsa prezidenti bəyan edib ki, "artıq 23 ildir ki, münaqişə davam edir və tərəflər heç bir həlledici nəticəyə gəlməyiblər. Status-kvodan pis bir şey yoxdur. 2016-cı ilin aprelində və bir neçə həftə bundan əvvəl baş verən toqquşmalar aydın göstərir ki, bu münaqişə heç vaxt tam dayanmayıb”. Göründüyü kimi, Paris yeni təkliflər verilə biləcəyini nümayiş etdirir.

Vurğulayaq ki, Minsk qrupu həmsədr dövlətlərinin vasitəşilik təşəbbüsləri hələlik heç bir nəticə verməsə də, təşəbbüslər davam edir. ABŞ və Rusiyadan sonra Fransa da problemin həll edilməsi istiqamətində yeni təşəbbüslə çıxış edib. Lakin Fransanın tərəflərə yeni təkliflə müraciət etmə ehtimalı azdır. Müzakirələr yəqin ki, "Madrid prinsipləri" çərçivəsində aparıla bilər. Peterburq və Vyana görüşündə də bu prinsiplər üzərində müzakirələrin aparıldığı və nəticəsiz qaldığı bəllidir. Ermənistanın aprel hadisələrindən sonra silahlanma yarışınına başladığı bir ərəfədə F.Ollandın vasitəçilik missiyasının uğurlu olma ehtimalı azdır. Belə görünür ki, son iki görüşün Rusiya və ABŞ-ın vasitəçiliyi ilə baş tutduğunu düşünən Fransa bu prosesdən kənarda qalmayaraq prezidentlərin üçüncü görüşünün baş tutmasına çalışır. Ermənistan rəsmilərinin son aylarda militarist bəyanatları onu göstərir ki, Fransanın vasitəçiliyi də ciddi nəticə verməyəcək. 

Xankəndi şəhəri - Sputnik Azərbaycan
YAZARLAR
Yeni dəyişiklik bütün perspektivləri heçə endirdi

Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi fəal olması anlaşılan olsa da, Ollandın erməni həmkarını Ermənistana dəvət etməsi anlaşılmazdır. Fransua Olland apreldə prezident kürsüsü ilə vidalaşır. Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Sarkisyanın Fransaya səfərinin elə bir əhəmiyyəti olmayacaq. Hətta hər hansı bir təklifi olsa belə bu bir ayda reallaşa bilməz. Olland ikinci dəfə prezidentliyə namizədliyini də verməyəcək və onun erməni lobbisinin səsinə ehtiyacı da yoxdur. Görünən budur ki, Fransa Ermənistanın mövqeyini dəstəkləyir. Azərbaycanın mövqeyi belədir ki, ancaq Azərbaycan torpaqları daxilində öz müqəddəratını təyin etmə ola bilər. Amma Ollandın mücərrəd şəkildə müqəddəratı təyin etməkdən danışması əslində erməni separatçılarına dəstək anlamı daşıyır. Həmsədrlik institutu qərəzsiz olmalıdır, obyektiv mövqedən çıxış etməlidir. Olland münaqişənin həlli ilə bağlı yalnız xalqların öz müqəddəratını təyinetmə ilə bağlı prinsipini qabartmaqla münaqişənin Azərbaycanın ərazi bütövlüyü prinsipi ilə həllini inkar etmiş olur. Azərbaycan beynəlxalq hüququn bu prinsipinə də hörmətlə yanaşır və Azərbaycanın tərkibində Dağlıq Qarabağa ən yüksək status verməyə hazırdır. Belə bir vəziyyətdə Fransa dövlət başçısının bu bəyanatı ermənipərəst mövqedən başqa bir şey deyil. 

Fransa-Rusiya-ABŞ-ın həmsədr olduqları, arada vasitəçilik edən Minsk qrupunun apardığı danışıqlar heç bir nəticə vermir. Danışıqların heç bir nəticə verməsə, Ermənistan işğal elədiyi əraziləri qeyd-şərtsiz azad etməsə, Azərbaycanın hərbi yolu seçməsi beynəlxalq qanunlarla ziddiyyət təşkil etmir. Bakı məsələnin yenidən BMT-nin nəzarətinə götürülməsini də təklif edə bilər. İstənilən halda, atəşkəs uzun müddət davam edə bilməz və Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək zorundadır…

Xəbər lenti
0