Tbilisi Dövlət Azərbaycan Dram Teatrının bugünkü vəziyyəti

Heydər Əliyevin adına yaraşmayan bina

791
(Yenilənib 23:06 22.02.2017)
Tbilisidəki Dövlət Azərbaycan Dram Teatrının (TDADT) baxımsız qalması ilə bağlı məsələ dəfələrlə qaldırılsa da, heç bir tədbir görülməyib

Azərbaycan teatrının əsası 1873-cü ildə Mirzə Fətəli Axundovun “Lənkəran xanının vəziri” pyesinin səhnələşdirilməsi ilə qoyulub. Əksər mənbələrdə bu mühüm tarixi hadisənin Bakıda baş verdiyi yazılsa da, bəzi mənbələr milli teatrımızın Tbilisidə doğulduğunu yazır. Əbəs deyil ki, Tbilisinin mərkəzində TDADT fəaliyyət götərir. Hansı ki, bu mühüm tarixi mədəniyyət abidəsi hal-hazırda mərhum prezident Heydər Əliyevin adını daşıyır.

TDADT-ın yaranma tarixi ilə bağlı da eyni ilə milli teatrımızın harada yaranması kimi iki fərqli iddia var. Bəzi mənbələr bu teatrın 1873-cü ildə yarandığını yazır, bəzi mənbələr isə 1909-cu ildə. Hər halda müxtəlif əsarət dönəmlərindən keçmiş, hər dəfə də yaşamaq üçün bütün həqiqətləri rejimə satmış bu qarmaqarışıq mənbələrin hansının nə qədər doğru olduğunu deyə bilmərik. Amma bu bir tarixi həqiqətdir ki, sözügedən teatrda İbrahim İsfahanlı, Ələkbər Seyfi, Möhsün Sənani, Ülvi Rəcəb kimi teatr nəhəngləri çalışıb, bu teatrın səhnəsində dünya və Azərbaycan dramaturgiyasının müxtəlif pyesləri səhnələşdirilib. 

Yoxsulluq və səfalət içində ömür sürən dahi şəxsiyyətlərin taleyi kimi bu böyük mədəni abidənin taleyi də yoxsulluq və səfalət içindədir. Tarix kitablarında bu teatrın müxtəlif dönəmlərdə başqa teatrlara yardım etdiyi, başqa teatrların tamaşalarını maliyyələşdirdiyi yazılsa da, hazırda heç özünə yardım edəcək qədər gücü yoxdur.

  • Tbilisi Dövlət Azərbaycan Dram Teatrının bugünkü vəziyyəti
    Tbilisi Dövlət Azərbaycan Dram Teatrının bugünkü vəziyyəti
    © Sputnik / Orkhan Bahadirsoy

    © Photo : Orkhan Bahadirsoy

1 / 13
© Sputnik / Orkhan Bahadirsoy
Tbilisi Dövlət Azərbaycan Dram Teatrının bugünkü vəziyyəti

Tbilisi ilə Azərbaycan ədəbiyyatının və incəsənətinin mühüm bağlılıqları olduğu danılmazdır. Məsələn, Azərbaycan dramaturgiyasının banisi olan Mirzə Fətəli Axundov Tbilisidə yaşayıb yaratmış və elə orada da dəfn olunmuşdu. Tbilisinin Sənan dağındakı həmin məzarlıqda Mirzə Şəfi Vazehin, Həsən bəy Ağayevin, Fətəli xan Xoyskinin də məzarları yerləşir. Bu füsunkar təbiətin qoynunda Azərbaycan Xalq Cumhuriyyətinin elan olunması ilə bağlı abidə də mövcuddur. Ayrıca, Tbilisinin müxtəlif yerlərində Bülbülün heykəlinə, Mirzə Fətəli Axundovun, İbrahim İsfahanlının, Nəriman Nərimanovun, Cəlil Məmmədquluzadənin ev muzeylərinə rast gələ bilərsiz. Elə Azərbaycanda da Şota Rustaveli, Avksenti Saqareli, Nodar Dumbadze kimi gürcü ədiblərinin müxtəlif əsərləri yayımlanıb və səhnələşdirilib. 

Yaxşı, bəs bir-biri ilə bu cür möhkəm mədəni əlaqələri olan iki ölkənin və xalqın bir növ ortaq mədəni abidəsi sayılan TDADT niyə bu cür baxımsız qalıb? Kostyumları çirkli və ətrafa səpələnmiş, döşəmə-tavanı uçulmuş, teatr üçün mühüm olan bütün avadanlıqlardan məhrum qalmış bu teatrın hansı günahı vardı ki, qayğıdan tamam uzaq saxlanıldı? Üstəlik, Heydər Əliyevin adını daşıyan bu mədəniyyət abidəsi hansı cürətlə belə viran qalmağa məhkum edilib? 

Tbilisidə Heydər Əliyevin adını daşıyan park var. Orada mərhum liderin büstü də yerləşir. Səfər zamanı bu parkda da oldum. Park olduqca səliqəli, yaşıllıqlara bürünmüş, təmiz və bər-bəzəkli idi. Axı heç bir park bəşərə teatr qədər xidmət etmir. Bəs niyə bu parkdan 50-100 metr məsafədə yerləşən, eyni şəxsin adını daşıyan, Azərbaycan üçün mədəni tarixi əhəmiyyətə malik olan teatrın vəziyyəti acınacaqlıdır? 

Tbilisidə qayğıdan uzaq qalan digər mədəni abidələrimiz də var. Nəriman Nərimanovun ev muzeyi hazırda fəaliyyət göstərmir. Cəlil Məmmədquluzadənin ev muzeyinin fəaliyyəti isə birdəfəlik dayandırılıb. Tbilisidə aldığım məlumata görə, həmin evdə başqa bir ailə yaşayır və oranın muzey kimi bərpası demək olar ki, mümkünsüzdür. 

P.S. Azərbaycan Gürcüstan başda olmaqla dünyanın bir sıra ölkələrində mədəniyyət abidələrini öz vəsaitləri hesabına təmir və bərpa etdirib. Maraqlıdır ki, Azərbaycan hökuməti və əlaqədar qurumlar niyə indiyə qədər ümummilli liderin adını daşıyan tarixi mədəni abidənin bərpası barədə düşünməyiblər. Teatrın kollektivinin verdiyi məlumata görə, Azərbaycan rəsmiləri, millət vəkilləri sözügedən teatrda olublar və oranın vəziyyətindən xəbərdardırlar. Amma nədənsə, bu vəziyyətin aradan qaldırılması üçün heç bir addım atmayıblar. 

791
Teqlər:
Azərbaycan teatrı, Tbilisi Dövlət Azərbaycan Dram Teatrı, Cəlil Məmmədquluzadə, Şota Rustaveli, İbrahim İsfahanlı, Ələkbər Seyfi, Ülvi Rəcəb, Möhsün Sənani, Mirzə Fətəli Axundov, Lənkəran, Tbilisi
Əlaqədar
Bakı teatrının kollektivi cənub bölgəsinə qastrol səfərinə yollanır
Sankt-Peterburq teatrının nümayəndə heyəti Bakıdadır
Opera və Balet Teatrından bəyanat
20 Yanvar faciəsinin ildönümü

20 Yanvar faciəsi - ağlamaqmı lazım, yaratmaqmı?

17
(Yenilənib 11:26 20.01.2021)
Kimsə çıxıb müxtəlif şeirlərdən, poemalardan, povest və romanlardan, film və teatr tamaşalarından, rəsm əsərlərindən misal çəkərsə, bunu qəbul etməyəcəyəm.

BAKI, 20 yanvar — Sputnik. 1990-cı ilin Qanlı Yanvarından 31 il ötür... Həmin ilin yanvar ayının 19-dan 20-nə keçən gecə saat 23:30-da keçmiş Sovet İttifaqının silahlı qoşunları Bakı şəhərində dinc əhalinin üzərinə hücum çəkir, bu qırğında onlarla insan həyatını itirir, yaralanır, itkin düşür. Üzərindən tam 31 il keçən bu faciənin tariximizdəki ibrət əhəmiyyəti nədir? Mədəniyyətimiz - ədəbiyyatımız və incəsənətimiz bu tarixi faciədən nələr yarada bilib?

Təəssüf ki, Azərbaycan mədəniyyəti bu tarixi faciəsinə, təkcə “Ağla, qərənfil, ağla” deyə bilib. Bir də ki insafən, mahir tar ifaçıları hər ilin yanvar ayının 20-də yaxşı “Zəminxarə” çala bilirlər. Başqa heç nə...

Kimsə çıxıb müxtəlif şeirlərdən, poemalardan, povest və romanlardan, film və teatr tamaşalarından, rəsm əsərlərindən misal çəkərsə, bunu qəbul etməyəcəyəm. Çünki bu mövzuda yaradılmış bütün sənət nümunələri ilə tanışam və onlar sənətsəl keyfiyyətləri baxımından Məmməd Aslanın “Ağla, qərənfil, ağla” şeirindən daha böyük deyillər. Heç tarzənlərin “Zəminxarə”si qədər səmimi də olmağı bacarmadılar.

Etiraf edək ki, Qanlı Yanvar haqqında yaradılan sənət nümunələrinin əksəriyyəti vətənpərvər mövzulu müsabiqələrdə mükafat qazana bilmək üçün yaradıldı. Nəticədə, mədəniyyətimizin rəflərində bu mövzuda xeyli sayda nümunələr olmasına rəğmən, onların heç birini dünyaya təqdim edə bilmədik. Çünki onlar dünyaya təqdim olunacaq qədər səmimi və keyfiyyətli deyildilər. Bu, açıq həqiqətdir. Heç kəs inciməsin.

“Madam ki, heç kəs yaza bilmədi, sən yazaydın” deyənlərin mühakimələrini eşidirəm. Fəqət, nəzərinizə çatdırmalıyam ki, mən bu qanlı gecədən 3 il sonra dünyaya gəlmişəm və həmin gecədən 17 il sonra bədii yaradıcılığa başlamışam. Yəni, bu mövzuda sənət nümunəsi yaratmağın mühakiməsi, hətta 1980-ci ildən də əvvəl doğulanlar arasında aparılmalıdır.

Öz yaşıdlarıma və məndən sonrakılara isə bir dostyana tövsiyə verə bilərəm ki, əgər bu mövzuda nəsə yaratmaq istəyirlərsə, Bəxtiyar Vahabzadənin “Ölümü kamına çəkdi şəhidlər”ini, ya da Məmməd Aslanın “Ağla, qərənfil, ağla”sını parodiya etməsinlər. Onlar həmin gecənin isti ağrıları ilə yazılmışdı və yalnız ahu-zar edə bilmişdilər. Problem onda idi ki, bu qədər sənətkarın içindən çıxıb o gecənin həqiqətlərini, insanların gerçək iztirablarını, ağrılarını, rejimin ədalətsizliyini və vəhşiliyini olduğu kimi təsvir edə bilən, onu bədii çalarla zənginləşdirib əsl sənət nümunəsi kimi dünyaya təqdim edə bilən bir nəfər də olmadı. Niyə olmadı? Çünki onların böyük əksəriyyəti həmin rejimin köləsi olmuşdular və həmin rejimin alçaqlığına bəşəri etiraz etmək üçün üzləri yox idi.

Bu səbəblə, bundan sonrakıların  içində kimsə “Qanlı Yanvar” həqiqətlərini soyuq başla və üstün istedadla sənət nümunəsinə çevirmək istəsə, bunun üçün hələ də əlçatımlı olan mənbələr var. Bəzənmiş-düzənmiş üzgün duyğu çələnglərinə aldanmayıb, gerçək ağrıları tapa bilən və təsvir edə bilən sənətkar bu dəhşətli gecə haqqında böyük sənət nümunəsi yarada bilər. Bu, həm mədəniyyətin tarixi mirasına, həm də o gecə haqqında ən tutarlı mənbəyə çevrilər.

17
Cütlük, arxiv şəkli

Modern həyatlar, süni xoşbəxtliklər, sinxron tənhalıqlar

233
(Yenilənib 20:33 19.01.2021)
Modern insan ona heç zaman lazım olmayacaq, həyatını dəyişə bilməyəcək, gündəlik yaşamını gözəlləşdirməyəcək şeylərin xiffətini çəkərək yaşayır.

Cəmiyyətin mexanizm kimi işlək olması üçün böyük sosial qruplara uyğunlaşan, "həyatın çəmi"ni tapan, daima istehlak edən, standart arzu və istəkləri olan, növbəti addımı proqnozlaşdırıla bilən insanlara ehtiyac var. Texnologiya və elm inkişaf etdikcə, müasir insanın istehlak həvəsi də artır, ehtiyaclar azalmaq əvəzinə çoxalır, modern insan ona lazım olmayan texnoloji yeniliklərə meyillənir. Bahalı və çoxfunksiyalı telefonlar, televizorlar, saatlar, planşetlər, ev kinoteatrları və s. əşyalara çox çılğın və mənasızca tələbat müşahidə edirik. Qiymətlər bahalaşdıqca, modern insan daha ehtirasla "ağıllı" əşyalara "ehtiyac duyur".

***

Sosial şəbəkələr məşhurluq ehtirasını alovlandırır, populyarlıq, təqdir olunmaq ehtiyaca çevrilir. Bu ehtiyacın yaratdığı mütiliklə və yaltaqlıqla istənilən sosial qrupa asanlıqla adaptasiya ola bilən xaraktersiz və insani keyfiyyətlərdən məhrum “modern insan” formalaşır. Bu ucuz şöhrət bir qədər sonra asan qazanca çevrilir, modern insan yaşamağın və "həyatın çəmi"ni tapır. Bəsit arzularla yaşayan istehlakçı insan asan proqnozlaşdırılır və rahat idarə olunur. Modern həyat yaşayan, çılğın və mənasız ehtirasları olan insanların növbəti addımını proqnozlaşdırmaq çətin deyil. Ən sadə şəkildə ifadə etsək, modern insanın ən böyük hədəfi istifadə etdiyi telefon markasının növbəti yeni modelidir. Modern kütlə (cəmiyyət), kitabdan, bilgidən, sənətdən uzaq düşməyinin, “fast-food” bilgilərlə qidalandığının, mənasız kitablar oxuyub, bayağı sənətə meyillləndiyinin fərqində deyil. Modern həyatlar gerçək həyat zövqlərindən uzaq, süni sevinclərə möhtacdır. Modern həyatlar yalan, parıltı, dəbdəbə üzərində qurulub. Bir ovuc istisna – ki, həqiqi modern insan məhz istisnalar hesab edilməlidir – kütlənin çılğın ehtirasları üçün gecə-gündüz fikir, texnologiya, bilgi, sənət yaradır. Modern cəmiyyəti, modern insanı daha dərindən tanıyan elm, sənət adamları özlərini çətinə salmadan yüngül, asan anlaşılan, parıltılı şeylər, nəsnələr yaradır.

***

Modern insan passivdir və kapitalist dəyərlərdən mümkün qədər istifadə etməklə həyatını asanlaşdırandır. Modern insan özünü güvəndə hiss etmək üçün aid olduğu sosial qrupdan bir addım belə kənarlaşmır, sürü psixologiyasına çox asan uyğunlaşır. Kapitalizm robotlaşmış, yadlaşmış fərdlər yaradır və bu fərdlər özləri üçün yaratdıqları süni xoşbəxtliyə inanaraq yaşayır. Süni xoşbəxtliklər, daha çox istehlak acgözlüyü ardıqca, insanın öz şəxsi keyfiyyətlərinə belə yadlaşması sürətlənir. Ehtiyaclarımızı, yeyib-içəcəyimizi, geyimimizi, oxuyacağımız kitabı, baxacağımız filmi, dinləyəcəyimiz musiqini reklamlar müəyyənləşdirir. Süni xoşbəxtlik hissi içimizdəki gücə olan inamı azaldır, modern insan öz gücünü araşdırmadan, öz keyfiyyətlərinə bələd olmadan yaşayır. Modern insanın xoşbəxtliyi sosial şəbəkələrdəki məşhurluğuna, bahalı əşyalarına və dəbdəbəli həyatına bağlıdır.

***

Bütün bunlarla yanaşı, sinxron şəkildə modern insanın tənhalığı başlayır. Modern insan həyat səviyyəsini reklamların parıltısının diktəsi ilə qurub, süni xoşbəxtlik uydurduqca, sinxron olaraq bədbinləşir, tənhalaşır. Dəbdəbə və modern həyat yaşamaq ehtirası insanı kədərə, tənhalığa, depressiyaya sürükləyir. Modern insan ona heç zaman lazım olmayacaq, həyatını dəyişə bilməyəcək, gündəlik yaşamını gözəlləşdirməyəcək şeylərin xiffətini çəkərək yaşayır. Modern həyatlara sinxron olaraq tənhalıqlar dərinləşir, insan həqiqi hisslərin yox, süni xoşbəxtliklərin həsrəti ilə yaşayır.

***

Əslində, pəncərə qarşısında oturub dəmli çaydan qurtumlayaraq klassik roman oxumaq xoşbəxtliyi hələ də mövcuddur. Yeni dil öyrənmək, hər hansı bir musiqi alətini kəşf etmək hələ də mümkündür. Ancaq modern insan getdikcə bu sadə zövqlərdən uzaqlaşır, komforta meyillənir. Komfort isə tənhalığımızı dərinləşdirir, beynimizin yaradıcılıq gücünü məhv edir. Modern insan böyük xəyallar qurmadan, bəsit istəklərlə yaşayır...

233

Milyon damla qərənfil: Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini yad edir - FOTO

0
(Yenilənib 16:48 20.01.2021)
Azərbaycanda 20 Yanvar faciəsinin 31-ci ildönümü qeyd olunur. Minlərlə insan 1990-cı ilin yanvarın 20-də Bakıda baş verən faciənin qurbanlarının xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanını ziyarət edib.

Hər il olduğu kimi, Ümumxalq Hüzn günündə minlərlə insan səhər saatlarından Şəhidlər Xiyabanında gedərək, günahsız qurbanların məzarlarına güllər qoyub. İnsanlar şəhidlərin xatirəsini yad etmək üçün onların məzarlarının qarşısında dayanıblar. Bu gün ümummilli faciə günü olmaqla yanaşı, həm də insanları birləşdirib. Kədər ilə yanaşı, insanlar Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda şəhid olanlarla qürur duyurlar.

Hər il olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət ediblər.

Bu il Şəhidlər Xiyabanında hərbi formada olan insanların sayı ötən illərlə müqayisədə daha çox olub. Şəhidlərin xatirəsini Vətən müharibəsinin iştirakçıları da yad etməyə gəliblər.

Bakı vaxtı ilə saat 12:00-da Azərbaycan bir dəqiqəlik sükuta qərq olub. Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciənin 31-ci ildönümündə bütün ölkə o məşum gecədə qətlə yetirilmiş günahsız insanların xatirəsini 1 dəqiqəlik sükutla yad edib. Gəmilər fit verib, avtomobillər hərəkəti dayandırıb, hamı şəhidlərə ehtiramını nümayiş etdirib.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbçilər 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.

Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub.

0
  • © Sputnik / Murad Orujov

    İnsanlar Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini yad edirlər.