Afət

Məni rüsvayi-cahan etmə, ey Afət - KARİKATURA

1102
(Yenilənib 15:57 19.02.2019)
Sputnik Azərbaycan mənzərəni öz karikaturasında canlandırmağa çalışıb
Afət

Müğənni Afət Fərmanqızı məşhur hind musiqisini İmadəddin Nəsiminin "Məndə sığar iki cahan, mən bu cahana sığmazam" sözləri ilə ifa etməsi cəmiyyətdə ciddi etirazlara səbəb oldu. Bunlara cavab olaraq ifaçının "Yuxumda da Nəsimi dedi ki, dur oxu, ey Afət" açıqlaması verməsi Fərmanqızını qəzəb qarışıq gülüş hədəfinə çevirdi. Sputnik Azərbaycan mənzərəni öz karikaturasında canlandırmağa çalışıb.

1102
Prospekt aradan çıxır

Bakının məşhur prospekti bala-bala "aradan çıxır" - AAYDA

2257
(Yenilənib 14:31 04.02.2019)
Artıq bir neçə dəfə həmin prospektdə çökmə hadisəsi baş verib
Prospekt aradan çıxır

Bakının məşhur Babək prospekti 2 ay öncə əsaslı təmir olunub. Lakin buna baxmayaraq, artıq bir neçə dəfə həmin prospektdə çökmə hadisəsi baş verib. Bu cür arzuolunmaz hadisələr vətəndaşların narazılığına səbəb olsa da, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) olub-bitənlərdə heç bir qəbahətinin olmadığını iddia edir. Bütün bunlara rəğmən, fakt faktlığında qalır ki, Babək prospekti külli miqdarda vəsait hesabına təmir olunsa da, yolda müxtəlif deformasiyalar meydana çıxmaqda davam edir.

2257
Maraq dairəsi

Sosial şəbəkənin fenomenləri - KARİKATURA

152
(Yenilənib 16:11 25.01.2019)
Sosial şəbəkədə fenomenə çevrilmiş insanlar və kölgələr
Maraq dairəsi

Son zamanlar sosial şəbəkələri bürüyən paylaşımlar gələcəyimizi şübhə altına alır. Belə ki, müxtəlif təbəqədən olan və cəmiyyət üçün faydalı fəaliyyətlə məşğul olan, ciddi düşüncəli insanlar qalıb kənarda, ucuz əyləncə sahibləri gündəmi zəbt ediblər. Nəticədə cəmiyyətimizdə sürətli deqredasiya gedir.

Sputnik Azərbaycan-ın bu dəfəki karikaturası acı gerçəkliyimizi ifadə edir.

152
 Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova, arxiv şəkli

Rusiya Bakı ilə Yerevanın münasibətlərinin normallaşması üçün hər şeyi edir Zaxarova

0
(Yenilənib 21:21 08.08.2020)
Rusiya XİN-in nümayəndəsinin sözlərinə görə, həm vasitəçi, həm də Azərbaycan və Ermənistanla qan bağına malik bir ölkə kimi Rusiya münaqişənin közərən ocağına yağ tökülməsini minimallaşdırmağa cəhd edir

BAKI, 8 avqust — Sputnik. Yerevanla Bakı arasında münasibətlərin normallaşması üçün Moskva əlindən gələni edir.

Sputnik Azərbaycan bildirir ki, bunu Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Mənalar məkanı – 2020” Ümumrusiya təhsil forumunda çıxışı zamanı deyib. 

O qeyd edib ki, Ermənistanla Azərbaycan arasında baş verənlər, sözsüz ki, bu iki ölkənin öz işidir, amma həm ATƏT-in Minsk qrupunun üzvü, həm vasitəçi, həm də Azərbaycan və Ermənistanla, demək olar ki, qan bağına malik bir ölkə kimi Rusiya münaqişənin közərən ocağına kiminsə yağ tökməsini minimallaşdırmağa cəhd edir.

Zaxarovanın sözlərinə görə, RF “baş verənlərin ziyanının azaldılmasına çalışır və bunun yenidən başlanmaması üçün əlindən gələni edir”.

Qeyd edək ki, iyulun 12-si günorta saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Azərbaycan-Ermənistan  dövlət sərhədində  atəşkəs rejimini kobud surətdə pozaraq Azərbaycan SQ-nin mövqelərini artilleriya qurğularından atəşə tutublar. Azərbaycan ordusunun mövqelərinin ələ keçirilməsi məqsədilə Ermənistanın hərbi hissələri hücuma keçməyə cəhd göstərib. Cavab tədbirləri onlar itki verərək geri oturdulublar.

Ermənilərin hücumunu dəf edərkən AR SQ-nin müddətdən artıq xidmət keçən hərbi qulluqçuları serjant Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu və əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu şəhid olublar.

İyulun 13-nə keçən gecə sərhəddə vəziyyət yenidən gərginləşib. Ermənistanın silahlı qüvvələri Tovuz rayonunun Ağdam kəndini 120 mm-lik minomyotlardan atəşə tutub. Azərbaycan ordusu artilleriya, minomyot və tankları hərəkətə gətirərək dəqiq atəşlə Ermənistan SQ-nin hərbi hissəsinin ərazisində yerləşən dayaq məntəqəsi, artilleriya qurğuları, avtomobil texnikası və canlı qüvvəsini məhv edib.

Döyüşlər zamanı Azərbaycan ordusunun hərbçisi, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.

İyulun 14-ü səhər Azərbaycan ordusunun mövqeləri və yaşayış məntəqələri yenidən atəşə tutulub. Hücumun dəf edilməsi zamanı general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev, mayorlar Namiq Əhmədov və Anar Novruzov, gizirlər  İlqar Zeynallı və Yaşar Babayev, müddətdən artıq xidmət keçən Elçin Mustafazadə şəhid olublar.

İyulun 16-da Ermənistan SQ Azərbaycan mövqelərinə yenidən hücum etməyə cəhd göstərib. Tovuz rayonunun Dondar Quşçu, Ağdam və Vahidli kəndləri iriçaplı silahlardan və minomyotlardan atəşə tutulub.

Döyüşlər zamanı hərbçimiz, müddətdən artıq hərbi xidmət keçən əsgər İsmayılov Nazim Əfqan oğlu şəhid olub.

 

0
Əlaqədar
Tovuz istiqamətində döyüş gedir: hər iki tərəfdən itki var
Tovuzda vəziyyət yenidən gərginləşdi
Tovuzda kənd sakini evsiz qaldı - FOTOLAR
Tovuz atəş altında: yerli sakinlər öz evlərini tərk etmək fikrində deyillər
Tovuz hadisələri dünya nəhənginin rəhbərliyinin müzakirə masasında