Energetik içkilərinin zərəri

Enerji içkilərinin hansı zərərləri var?

32
(Yenilənib 17:51 06.11.2018)
Azərbaycanda satılan enerji içkilərinin nümunələri xaricdəki laboratoriyalara göndəriləcək
Energetik içkilərinin zərəri

Azad İstehlakçılar Birliyi (AİB) Azərbaycanda satılan enerji içkilərinin monitorinqini keçirəcək. Bu barədə Sputnik Azərbaycan-a təşkilatın sədri Eyyub Hüseynov məlumat verib.

AİB sədri bu yaxınlarda Bakıdakı dükanların birindən alınmış enerji içkisindən zəhərlənmə halı barədə xəbər tutduğunu deyib. Əgər zərərçəkmişlər ona müraciət edərlərsə, Hüseynov qarşılıqsız olaraq onların hüququnu müdafiə etməyə və Avropa İnsan Haqları Məhkəməsinədək getməyə söz verir.

Hüseynov Azərbaycanda satılan enerji içkilərinin nümunələrini xaricdəki laboratoriyalara göndərmək fikrindədir. Məqsəd onlardan hansının orqanizm üçün daha təhlükəli olduğunu, həmçinin enerji içkilərinin tərkibinin üzərində yazılmış məlumata uyğun olub-olmadığını müəyyən etməkdir.

32