Cərimə

Aylıq bir milyon manat gəliri olan şəxsə 150 manat cərimə!!!

26
(Yenilənib 16:36 12.11.2018)
Cərimə

"Kabel televiziyaları vətəndaşların hüquqlarını pozur. Orada 5-6 adam oturur, pul qazanır". Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov parlamentin mayın 16-da keçirilən iclasında "Kabel şəbəkəsi yayımı haqqında" qanun layihəsinin müzakirəsi zamanı belə deyib.

O bildirib ki, kabel televiziyaları qanunun tələblərinə əməl etmir: "Ona görə də cərimənin miqdarını elə həddə qoymaq lazımdır ki, məsuliyyətli olsunlar. Hazırda cərimənin məbləği 150 manatdır. İzləyici məhkəməyə müraciət edərsə, onlar da 150 manatla işlərini həll edəcəklər. Bu xidmətlər keyfiyyətli deyil, qar yağanda, külək əsəndə kanal pozulur. Bundan başqa, vətəndaşa seçim imkanı da yaratmırlar. Bütün bunlara baxmayaraq, onların pulundan 1 manat kəsmək olmur".

Hüquqşünas Ələsgər Məmmədli də burada ədalətsizlik olduğunu deyib. Onun sözlərinə görə, cərimə mexanizmi elə olmalıdır ki, şəbəkələr qanun pozmaqdan çəkinsin: "Düzdür, fəaliyyəti tamamilə iflic edən cərimə olmamalıdır. Amma eyni zamanda da, cərimə balanslı olmalıdır. Məsələn, 100 min abunəçisi olan və 1 ayda 100 min abunəçinin hərəsindən 10 manat pul almaq şərti ilə 1 milyon manat pul qazanan bir kabel şəbəkəsi 150 manat cərimələnirsə, əlbəttə ki, bu, onun üçün çətin olmayacaq. Deməli, bu baxımdan burada da balanslı yanaşma olmalıdır. Bununla bağlı iddialar doğrudur".

26
Afət

Məni rüsvayi-cahan etmə, ey Afət - KARİKATURA

1089
(Yenilənib 15:57 19.02.2019)
Sputnik Azərbaycan mənzərəni öz karikaturasında canlandırmağa çalışıb
Afət

Müğənni Afət Fərmanqızı məşhur hind musiqisini İmadəddin Nəsiminin "Məndə sığar iki cahan, mən bu cahana sığmazam" sözləri ilə ifa etməsi cəmiyyətdə ciddi etirazlara səbəb oldu. Bunlara cavab olaraq ifaçının "Yuxumda da Nəsimi dedi ki, dur oxu, ey Afət" açıqlaması verməsi Fərmanqızını qəzəb qarışıq gülüş hədəfinə çevirdi. Sputnik Azərbaycan mənzərəni öz karikaturasında canlandırmağa çalışıb.

1089
Prospekt aradan çıxır

Bakının məşhur prospekti bala-bala "aradan çıxır" - AAYDA

2255
(Yenilənib 14:31 04.02.2019)
Artıq bir neçə dəfə həmin prospektdə çökmə hadisəsi baş verib
Prospekt aradan çıxır

Bakının məşhur Babək prospekti 2 ay öncə əsaslı təmir olunub. Lakin buna baxmayaraq, artıq bir neçə dəfə həmin prospektdə çökmə hadisəsi baş verib. Bu cür arzuolunmaz hadisələr vətəndaşların narazılığına səbəb olsa da, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) olub-bitənlərdə heç bir qəbahətinin olmadığını iddia edir. Bütün bunlara rəğmən, fakt faktlığında qalır ki, Babək prospekti külli miqdarda vəsait hesabına təmir olunsa da, yolda müxtəlif deformasiyalar meydana çıxmaqda davam edir.

2255
Şəkidə küçədə yatan ayı

Yırtıcı heyvana görə Şəkiyə helikopter çağırdılar

2
Vəhşi heyvanın Altıağac milli parkının nəzdindəki Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə göndərilməsi həyata keçiriləcək

BAKI, 31 may — Sputnik. Artıq Bakıdan ezam olunan mütəxəssis heyəti Şəkidədir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Sputnik Azərbaycan-a bildirib ki, mütəxəssis heyəti Fövqəladə Hallar Nazirliyinin helikopteri ilə tez bir zamanda hadisə yerinə çatdırılıb. Mütəxəssislər tərəfindən ayının yatızdırılması üçün iynə vurulub və preparatın tam təsir göstərməsi gözlənilir.

Bundan sonra vəhşi heyvanın Altıağac milli parkının nəzdindəki Vəhşi Təbiətin Reabilitasiyası Mərkəzinə göndərilməsi həyata keçiriləcək.

Qeyd edək ki, ayı orada baytar həkim tərəfindən müayinə olunacaq və mərkəzdə reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq.

Xatırladaq ki, ötən gecə saat 4 radələrində Şəki şəhərinin mərkəzində qonur ayının hərəkət etdiyi müşahidə olunub. Onun təhlükəsiz vəziyyətdə vəhşi təbiətə qaytarılması üçün tədbirlər görülür.

2
Əlaqədar
Şəkinin mərkəzində çaxnaşma: şəhərdə ayı gəzir - VİDEO
Şəkini lərzəyə salan ayıdan təzə xəbər