CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Mən müdirəm, kefim belə istəyir"

© © KarikaturaKefim belə istəyir
Kefim belə istəyir - Sputnik Azərbaycan
Abunə olmaq

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında Əmək Məcəlləsinə dəyişikliklər müzakirə olunub. Dəyişikliyə əsasən, bundan sonra müddətli əmək müqaviləsi tərəflərin öz aralarında razılaşdırdıqları müddətə bağlanacaq. Hazırkı qanunvericiliyə görə, əmək müqaviləsinin müddəti 5 ildir.

Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, bu, vətəndaşların xeyrinədir: "Çünki müddət əvvəllər 5 illik idi, indi isə tərəflər özləri müddəti təyin edə biləcəklər. Bu gün həm müddətsiz, həm də 5 illik müqavilələr var. Müddətli əmək müqaviləsinin hansı müddətə bağlanmasını artıq tərəflər özləri müəyyən edəcək".

İqtisadçı-ekspert Natiq Cəfərli isə, dəyişikliyin, sadəcə işəgötürənlərin xeyrinə olduğunu deyib: "Bu zaman işəgötürənlər öz şərtlərini diktə edəcəklər və müqavilələr onlara sərf edəcək formada qəbul olunacaq. İşçilərin hüquqları ilə bağlı gələcəkdə problemlərin yaşanması ehtimalı var. Bu dəyişikliklərdən sonra işçilərin hüquqlarının qorunması ilə bağlı ya qanun dəyişiklərinə, ya həmkarlar komitəsinin ümumi bir qərarına ehtiyac yaranacaq".

Xəbər lenti
0