Həbsə düşməyin maraqlı səbəbi

Sim kartlarınızı başqalarına kirayəyə verməyiniz qadağandır

52
(Yenilənib 16:26 12.11.2018)
Həbsə düşməyin maraqlı səbəbi

"Telekommunikasiya haqqında" qanuna əlavə və dəyişikliklər edilib. Qanunun 40-cı (Abunəçi ilə bağlanan müqaviləyə dair zəruri tələblər) maddəsinə abunəçinin identifikasiya modulunun (sim kartlar və sair) başqa şəxslərə daimi istifadə, habelə mütəmadi gəlir (mənfəət) əldə etmək məqsədilə kirayəyə verilməsinə qadağa qoyulması barədə bənd əlavə edilib.

Maddəyə abunəçinin identifikasiya modulunun (sim kartlar və sair) və mobil telefon aparatının oğurlanması və itirilməsi barədə fiziki və hüquqi şəxslər tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının məlumatlandırılması barədə hissə əlavə olunub.

52
Afət

Məni rüsvayi-cahan etmə, ey Afət - KARİKATURA

1101
(Yenilənib 15:57 19.02.2019)
Sputnik Azərbaycan mənzərəni öz karikaturasında canlandırmağa çalışıb
Afət

Müğənni Afət Fərmanqızı məşhur hind musiqisini İmadəddin Nəsiminin "Məndə sığar iki cahan, mən bu cahana sığmazam" sözləri ilə ifa etməsi cəmiyyətdə ciddi etirazlara səbəb oldu. Bunlara cavab olaraq ifaçının "Yuxumda da Nəsimi dedi ki, dur oxu, ey Afət" açıqlaması verməsi Fərmanqızını qəzəb qarışıq gülüş hədəfinə çevirdi. Sputnik Azərbaycan mənzərəni öz karikaturasında canlandırmağa çalışıb.

1101
Prospekt aradan çıxır

Bakının məşhur prospekti bala-bala "aradan çıxır" - AAYDA

2257
(Yenilənib 14:31 04.02.2019)
Artıq bir neçə dəfə həmin prospektdə çökmə hadisəsi baş verib
Prospekt aradan çıxır

Bakının məşhur Babək prospekti 2 ay öncə əsaslı təmir olunub. Lakin buna baxmayaraq, artıq bir neçə dəfə həmin prospektdə çökmə hadisəsi baş verib. Bu cür arzuolunmaz hadisələr vətəndaşların narazılığına səbəb olsa da, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) olub-bitənlərdə heç bir qəbahətinin olmadığını iddia edir. Bütün bunlara rəğmən, fakt faktlığında qalır ki, Babək prospekti külli miqdarda vəsait hesabına təmir olunsa da, yolda müxtəlif deformasiyalar meydana çıxmaqda davam edir.

2257
Kvas içən şəxs

Diqqət! Bu içkilər artıq çəkiyə səbəb olur

0
Bir çox insanlar çay və ya qəhvəni böyük miqdarda şəkər əlavə etməklə içirlər ki, bu da bədənin ümumi vəziyyətinə mənfi təsir göstərir.

BAKI, 4 avqust — Sputnik. Şirələrin, kvasların və qazlaşdırılmış suların tərkibində çox miqdarda qlükoza var və onlar yüksək qlikemik indeksə malikdir. Bu içkiləri müntəzəm olaraq içmək mədəaltı vəz üçün böyük yük yaradır və artıq çəkiyə səbəb olur.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə rusiyalı həkim-endokrinoloq Yekaterina İvannikova "Komsomolskaya Pravda" qəzetinə müsahibəsində deyib.

Bundan əlavə, bir çox insanlar çay və ya qəhvəni böyük miqdarda şəkər əlavə etməklə içirlər ki, bu da bədənin ümumi vəziyyətinə mənfi təsir göstərir.

İvannikova içkilərinə dad qatmaq istəyənlərə suya təzə xiyar, nanə və ya limon əlavə etməyi və belə bir içkidən bir kiloqrama 30 millilitr həcmində istifadə etməyi məsləhət görüb.

0