Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Əlil arabasında kainatı kəşf edən dahi

© AFP 2023 / DESIREE MARTINStiven Hokinq
Stiven Hokinq - Sputnik Azərbaycan
Abunə olmaq
O, həm də insanın bütün hallarda uğur qazana biləcəyini sübuta yetirən adamdır

BAKI, 26 iyul — Sputnik. - Kosmonavtlar nəyə inanırlar?

- Kainatdakı hər şeyi açıqlayan birləşdirici tək bir düstura!

("The Theory of Everything" filmindən)

Bu, həm də Stiven Hokinqin inancıdır. Hələ gənclik illərindən kainatdakı hər şeyi izah edən birləşdirici düsturun axtarışına çıxan dahi Stiven Hokinqin…

2014-cü ildə Birləşmiş Krallıqda Stiven Hokinqin həyatı haqqında "The Theory of Everything" ("Hər şeyin nəzəriyyəsi") dram-bioqrafiya filmi çəkilir. Film Stiven Hokinqin həyat dramını sərgiləməklə qalmayıb, fizika və astrofizika haqqında öyrədici yönləri ilə də diqqət çəkir. Filmdə Hokinqi canlandıran aktyor Eddi Redmeyn 2015-ci ildə ən yaxşı kişi roluna görə "Oskar" mükafatına layiq görülür.

Küçədə ART - Velosiped - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Almaniya həqiqətən dağılırmı?

1963-cü ildə Oksford Universitetində doktorluq qazanmağa çalışan Stiven Hokinq kainat haqqında qarışıq nəzəriyyələrdən usanır, kainatda bugünə qədər baş vermiş hər şeyi olduqca sadə şəkildə izah edən tək bir nəzəriyyənin axtarışına çıxır. Elə həmin illərdə həyatının iki mühüm hadisəsi yaşanır – Ceyn adlı qıza aşiq olur və yan amitrofik skleroz xəstəsi olduğunu öyrənir.

Stiven Hokinqə iki il yaşayacağını deyirlər. O, özünə qapılır, inzivaya çəkilmək istəyir. Sevgilisi Ceyn isə onu həyata qaytarmaqda, ömrünü mümkün qədər uzatmaqda və iki il ömrü qalıbsa belə, bunu xoşbəxt keçirməkdə iddialıdır. Belə də olur…

Xəstəliyi getdikcə şiddətlənən Stiven Hokinq, kainatı araşdırmağa davam edir. Belə ki, Stiven Hokinq Eynşteynin "Ümumi nisbilik nəzəriyyəsi"nin "Böyük partlayış"la başlayıb "Qara dəlik"lərlə bitdiyini göstərdi. Bu fakt "Ümumi nisbilik nəzəriyyəsi" ilə Kvant fizikasının birləşdirilməsi ehtiyacını doğurdu.

Bu da sübut edirdi ki, qara dəliklər, əslində, qara deyillər, onlar güclü radiasiya yayır və buxarlanaraq görünməz olur. Deməli, kainatın bir sərhədi var və kainat tamamilə elmi qaydalarla meydana gəlib. Heç şübhəsiz ki, bu kəşf ötən əsrin ikinci yarısının ən böyük elmi kəşfi idi.

Qəribə olan odur ki, Eynşteyn Kvant fizikasını qəbul etmirdi. Hətta, o, Kvant fizikası haqqında "Tanrı zər atmaz!" demişdi. Stiven Hokinq isə Eynşteynin məşhur nisbilik nəzəriyyəsini məhz Kvant fizikası ilə birləşdirib belə cavab verdi: "Tanrı təkcə zər atmaqla qalmayıb, həm də zərləri heç vaxt tapa bilməyəcəyimiz bir yerə atıb!"

Bu müddət ərzində Stiven Hokinq Ceynlə evlənir. Onların üç övladı olur. Lakin xəstəliyi getdikcə irəliləyən Hokinq, yerimə, danışma, çeynəmə və digər hərəkət qabiliyyətlərini tamamilə itirir. Dostları ona əlil arabasına quraşdırılmış nitq sintezatoru bağışlayırlar.

ADO teatrının Yağış, yağış, yağış tamaşasından bir səhnə - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Dörd ildə altı dəfə yer dəyişdirən məbəd

Tək hərəkət qabiliyyəti qalan sağ əlinin şəhadət barmağı vasitəsi ilə sözləri monitora yazır, robot səsləndirir. Özünün "Zamanın qısa tarixi" adlı məşhur kitabını da arabaya məhkum olduqdan sonra yazır. Hansı ki, bu kitab bütün dünyada bir milyon nüsxədən çox satılıb.

Həyat yoldaşı Ceyn isə Stivenin öz razılığı ilə ondan ayrılır və bir musiqiçi ilə evlənir. Lakin onlar bugünə qədər dostdurlar. Axı Stiven Hokinqin bütün uğurlarına görə bir az da Ceynə minnət borcu var. Bəlkə də Ceyn olmasaydı, Hokinq elə iki ilin tamamında vəfat edəcəkdi. Ceyn onu sevdi, onu ümidləndirdi, onu yaşamağa, yaratmağa həvəsləndirdi və ona üç övlad verdi.

Bir gün İngiltərəyə gələn turistlərdən biri Stiven Hokinqlə rastlaşır. Ona yaxınlaşıb həqiqi Stiven Hokinq olub-olmadığını soruşur. Hokinq belə cavab verir: "Həqiqi Stiven Hokinq daha yaraşıqlıdır!"

Stiven Hokinq əlil arabasına məhkum olmuş bir dahidir. O, təkcə kainatın sirrini bilən adam deyil. O, təkcə öz əlil arabası ilə qalaktikaları bir-bir gəzən, hətta işığın belə, yox olduğu qara dəlikləri yaxından tanıyan adam deyil. O, həm də insanın bütün hallarda uğur qazana biləcəyini sübuta yetirən adamdır.

Bu haqda özü belə deyir: "Yüz milyardlarla qalaktikalardan birinin içində çox yasaq bir ulduzun ətrafında dönən kiçik bir planetdə yaşayan bir çeşid primat növü olduğumuz aydındır. Amma bəşərin doğuşundan bəri insanlar dünyanın təməl düzənini anlamaq üçün can atırlar. Kainatın sərhəd şərtləri ilə bağlı, həqiqətən və məxsusi bir şey olmalıdır. Və bir sərhədin olmamasından daha məxsusi nə ola bilər ki? İnsan çabalarının heç bir sərhədi olmamalıdır. Hamımız fərqliyik. Həyat nə qədər pis görünürsə görünsün, hər zaman uğur qazana biləcəyiniz bir şeylər vardır. Həyat olduqca ümid də vardır!"

Bu yazı nə Stiven Hokinqin bioqrafiyasıdır, nə də "Hər şeyin nəzəriyyəsi" filminin təhlili. Bu yazı bir fərd olaraq Hokinqin həyatından aldığım dərsi sizinlə bölüşməkdir. O dərs ki, yarım əsrdir əlil arabasında yaşayan, tək bir barmağı hərəkət edə bilən, amma bütün bunlara rəğmən, ulduzları, qalaktikaları, qara dəlikləri, kainatın sərhədlərini kəşf etməyə çalışan, kimi zaman bu kəşfləri ilə dövrünə meydan oxuyan dünya şöhrətli alimin həyat eşqi və öyrənmək sevdasından doğulub.

Heç bir məhdudiyyət ümidin sonu deyil! Həyat isə öləndə deyil, ümid bitəndə sona çatır!

Xəbər lenti
0