CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

O, gedəndən göyərçinlər də bu parka enmir...

© Sputnik / Hikmet OrhunQazaxın Mütəfəkkirlər Parkı adamların ilboyu hərəkətdə, gediş-gəlişdə olduğu yerdir
Qazaxın Mütəfəkkirlər Parkı adamların ilboyu hərəkətdə, gediş-gəlişdə olduğu yerdir - Sputnik Azərbaycan
Abunə olmaq

Hikmət Orhun, Sputnik Azərbaycan


BAKI, 8 mart — Sputnik. Qazaxın Mütəfəkkirlər Parkı adamların ilboyu hərəkətdə, gediş-gəlişin daimi sıx olduğu bir yerdə yerləşir. Dörd tərəfdən binalar, çayxanalar, ağaclarla əhatələnmiş park meşəliyin içində bir mini şəhəri andırır. Parkın içində yerləşən xırda dükanlar, qəzet köşkləri — onun super marketi, rayonun adlı-sanlı şəxsiyyətlərinin şərəfinə düzülmüş büstlər- sakinləri, şair Molla Pənah Vaqifin, Molla Vəli Vidadinin, Səməd Vurğunun üzbəüz qoyulmuş heykəlləri isə — şəhərin rəhbərləri, ağsaqqallarıdır.

Şəhər sakinləri gün ərzində yolunu ən azı bir dəfə buradan salır. Müasir xəyalpərəst gənc və yaşlı şairlər və yazıçılar İsmayıl Şıxlının, Osman Sarıvəllinin, Mirvarid Dilbazinin, Yusif Səmədoğlunun, aşıqlar Ədalət Nəsibovun, hərbçilər Əliağa Şıxlinskinin, İbrahim Ağa Vəkilovun, elm adamları Teymur Bünyadovun büstü qabağında dayanıb gələcəkdə özünü onların yerində xəyal edir, indidən özlərinə büst yeri gəzirlər. Hətta, bir dəfə rayon şairlərindən biri mənə danışmışdı ki, gecə yatanda düşünürəm, büstüm Osman Sarıvəlli ilə Yusif Səmədoğlunun arasında qoyulsa, yaxşı olar, yoxsa Mirvarid Dilbazi ilə İsmayıl Şıxlının?

Mirzə Cəlil Məmmədquluzadə - Sputnik Azərbaycan
Böyük mütəfəkkir

Nə şairliyə, nə yazıçılığa, nə elm adamı olmağa iddiası olan adamlar isə işə gedib-gəlmək üçün ən təhlükəsiz yol kimi istifadə edirlər parkdan. Bəziləri isə sadəcə gəzməyə gəlir. Gəzməyə, uşaqlarını gəzdirməyə. Özünü fəvvarədən güllüyə, güllükdən oyuncaq, şirniyyat dalınca mağazaya salan uşaqlar isə onları əldən salır, öz aləmlərində əylənirlər. Çoxunun nə işi var, nə daimi gedib-gəldiyi qonum-qonşusu. Gəlir, ara-sıra günorta parkdakı fəvvarəyə eniş edən quşlara baxır, dən səpir, o yana-bu yana var-gəl edir, yorulanda çəkilib gedir.

Burada hər cür adama rast gəlmək olar. Yaxınlıqda yerləşən "manıs bağı"na yığışan el sənətkarlarından tutmuş, bir az aralıda "məskunlaşan" qul bazarının sakinlərinə qədər hər kəsin söz-gap yeridir. Qul bazarı demiş, son aylar devalvasiya olandan adamların kasıblığı daha da qabarıq görünməsin deyə, onları da yerindən-yurdundan ediblər deyəsən. Orada günəmuzd işləyən dostum var idi, istədim onunla da söhbət edəm, tapa bilmədim.

© Sputnik / Hikmet OrhunQazaxın Mütəfəkkirlər Parkı adamların ilboyu hərəkətdə, gediş-gəlişdə olduğu yerdir.
Qazaxın Mütəfəkkirlər Parkı adamların ilboyu hərəkətdə, gediş-gəlişdə olduğu yerdir - Sputnik Azərbaycan
1/9
Qazaxın Mütəfəkkirlər Parkı adamların ilboyu hərəkətdə, gediş-gəlişdə olduğu yerdir.
© Sputnik / Hikmet OrhunParkın içində yerləşən xırda dükanlar, qəzet köşkləri sanki super marketdir.
Parkın içində yerləşən xırda dükanlar, qəzet köşkləri sanki super marketdir - Sputnik Azərbaycan
2/9
Parkın içində yerləşən xırda dükanlar, qəzet köşkləri sanki super marketdir.
© Sputnik / Hikmet OrhunMolla Pənah Vaqifin və Molla Vəli Vidadinin heykəlləri.
Molla Pənah Vaqifin və Molla Vəli Vidadinin heykəlləri - Sputnik Azərbaycan
3/9
Molla Pənah Vaqifin və Molla Vəli Vidadinin heykəlləri.
© Sputnik / Hikmet OrhunSaz sənətinin ustadı Aşıq Ədalətin büstü.
Saz sənətinin ustadı Aşıq Ədalətin büstü - Sputnik Azərbaycan
4/9
Saz sənətinin ustadı Aşıq Ədalətin büstü.
© Sputnik / Hikmet OrhunParkdakı daş döşəmələr çöküb, gecə lampaları sındırılıb.
Parkdakı daş döşəmələr çöküb, gecə lampaları sındırılıb - Sputnik Azərbaycan
5/9
Parkdakı daş döşəmələr çöküb, gecə lampaları sındırılıb.
© Hikmet OrhunParkdakı fəvvarə.
Parkdakı fəvvarə - Sputnik Azərbaycan
6/9
Parkdakı fəvvarə.
© Sputnik / Hikmet OrhunYaşlı nəslin nümayəndələri deyir ki, İndi parkın yarı-yaraşığı varsa da, biz əvvəlki kimi zövq ala bilmirik.
Yaşlı nəslin nümayəndələri deyir ki, İndi parkın yarı-yaraşığı varsa da, biz əvvəlki kimi zövq ala bilmirik - Sputnik Azərbaycan
7/9
Yaşlı nəslin nümayəndələri deyir ki, İndi parkın yarı-yaraşığı varsa da, biz əvvəlki kimi zövq ala bilmirik.
© Sputnik / Hikmet OrhunƏdəbiyyat Muzeyinin yerində, parkın bu hissəsində əvvəllər sıx ağaclıq vardı.
Ədəbiyyat Muzeyinin yerində, parkın bu hissəsində əvvəllər sıx ağaclıq vardı - Sputnik Azərbaycan
8/9
Ədəbiyyat Muzeyinin yerində, parkın bu hissəsində əvvəllər sıx ağaclıq vardı.
© Sputnik / Hikmet OrhunŞəhər sakinləri gün ərzində yolunu ən azı bir dəfə buradan salır.
Şəhər sakinləri gün ərzində yolunu ən azı bir dəfə buradan salır - Sputnik Azərbaycan
9/9
Şəhər sakinləri gün ərzində yolunu ən azı bir dəfə buradan salır.
1/9
Qazaxın Mütəfəkkirlər Parkı adamların ilboyu hərəkətdə, gediş-gəlişdə olduğu yerdir.
2/9
Parkın içində yerləşən xırda dükanlar, qəzet köşkləri sanki super marketdir.
3/9
Molla Pənah Vaqifin və Molla Vəli Vidadinin heykəlləri.
4/9
Saz sənətinin ustadı Aşıq Ədalətin büstü.
5/9
Parkdakı daş döşəmələr çöküb, gecə lampaları sındırılıb.
6/9
Parkdakı fəvvarə.
7/9
Yaşlı nəslin nümayəndələri deyir ki, İndi parkın yarı-yaraşığı varsa da, biz əvvəlki kimi zövq ala bilmirik.
8/9
Ədəbiyyat Muzeyinin yerində, parkın bu hissəsində əvvəllər sıx ağaclıq vardı.
9/9
Şəhər sakinləri gün ərzində yolunu ən azı bir dəfə buradan salır.

Qış ayıdır, indi o sıxlıq gözə dəyməsə də, yay aylarında burada adam əlindən tərpənmək olmur. Ölkənin gündəmiylə maraqlananlar bir tərəfə çəkilib qəzet oxuyur, dolanışıq dərdi çəkənlər işini-gücünü düzüb-qoşur, şagirdlər məktəbdən çıxıb hazırlığa gedəndə yolüstü əyləşib, dərsini hazırlayır, musiqi dinləyib beynini sakitləşdirir.

Günboyu büstlərin arasında düzülmüş skamyalarda əyləşən ağsaqqallar parkın vaxtını heç vaxt yaddan çıxarmazlar. İşə gəlirmiş kimi hər gün səhər ertədən eyni saatda, eyni dəqiqədə, eyni skamyada görünür, nahara qədər gap eləyib, zarafatlaşa-zarafatlaşa yaxınlıqdakı çay evlərindən birində ağzından qara su gələnə kimi çay içib evə gedir, qayıdırlar. Söz-sözü çəkir, hava qaralana qədər ağız-ağıza verib danışırlar.

Bilmək olmur, nədən danışırlar. Daha doğrusu, əlimdə göründükcə adamları qorxuya salan kameranı gizlədib, söhbətə tutana qədər mənim üçün də sirr idi. Elə sözə bənd imişlər, danışdıranları yoxmuş. İki qanım qızan adama yaxınlaşıb, hal-əhval tutandan sonra bircə kəlmə dedim ki, şəhər günü-gündən gözəlləşir, adamın gözü-könlü açılır. Elə bunu demişdim, açdılar sandığı, tökdülər pambığı. Səksənlərin Qazaxından "girib", doxsanların Qazaxından "çıxdılar"…

Hal-əhval tutanda mənə cavab verməzdən qabaq siqaret istəyən keçmiş el sənətkarı, xanəndə Əlövsət Səfərov daş atıb başını tutdu ki, parkdan əsər-əlamət qalmayıb, hər şeyin zayını, şitini-şorunu çıxarıblar: "Sən görməzdin, bala, qabaqlar buralarda ağaclar daha sıx idi, rahat nəfəs ala bilirdik. Hər şeyin daha azını yeyir, daha ucuzunu geyinirdiksə, həyatın daha bahasını yaşayırdıq. Canımız sağ idi, kefimiz çağ. Mən iyirmi ilin xanəndəsiyəm, səsim üç məhəllə aralıda eşidiləndə adamlar bilirdi ki, mənəm oxuyan. Ağaclar kəsiləndən səsim də kəsildi. O təhər ağacları kəsib yerində bir işə yaramayan Ədəbiyyat Muzeyi tikdilər. Heç getməmişəm, deyirlər, içində üç-dörd şairin, bir də prezidentimizin və atasının şəkli var. Vəssalam. Oraya beş milyon xərclənib e, beş milyon. Mənsə stajım yoxdur deyə, ailəmi dolandırmaq üçün normal təqaüd ala bilmirəm. Siqareti də bayaq gördün, səndən istədim".

Əlövsət əmi sözünü tamamlamamış, eynəyini gözünə sarı itələyib burnunun ucuna sürüşdürə-sürüşdürə parkın keçmişi haqqında danışmağa tələsən müəllim Nazim Vəliyev dedi ki, doxsanıncı illərin axırı, ikimininci illərin əvvəlində, indiki Ədəbiyyat Muzeyinin yerindəki ağaclığın kölgəsində siqaret satan gözdən əlil kişi hər gün radiosunu oxudub, insanlara zövq aşılardı: "Onun oxutduğu mahnıların səsi kəsiləndən sonra Qazaxın bu parkının romantikası, əzəməti də birdən-birə yağlı əppək olub göyə çəkildi. Mən özüm dərsdən çıxanda evə getməmiş gəlib buradakı skamyalardan birində əyləşər, musiqiyə qulaq asar, gündəlik qəzetləri səhifələyərdim. O kişi ölkəyə bir Ədəbiyyat Muzeyindən daha çox xidmət göstərirdi. Dolanmağa aman vermədilər. Deyəsən, ölüb".

Sözün birini qoyub, o birinə gedirəm. Amma Nazim müəllim danışdıqca xatırlayıram ki, əslində, adamlar çoxu o siqaret satan gözdən əlil kişinin adını belə bilmirdi. Onun haqqında hərənin beynində bir fikir formalaşmışdı. Çox qorxulu görkəmi var idi. Bəlkə də uşaq idim, mənə elə gəlir. Hər halda, zəhmi ağır idi. Hətta, bir dəfə mənə danışmışdılar ki, o, vaxtı ilə "qanuni oğru"olub. Gözünün birini isə maşın qəzasında itirib.

Həyatın qayğılarından baş qaldırmağa macal tapmayan adamlar bəlkə də o dövrü, o radio oxudan adamı çoxdan yadından çıxarıb. Velosiped sürən, it gəzdirən, top qovalayan uşaqlar isə istəsə belə, xatırlamazlar. Müəllim danışdıqca yaddaşım açılır, yazının əvvəlində təqdim etdiyim parkı əsrin əvvəlində babamla təzə-təzə kənddən şəhərə gəldiyim günlərdə gördüyüm halıyla müqayisə edirəm.

Müqayisə edirəm və yadıma düşür ki, o vaxt elə bir dövr idi, həyat indiki kimi bərli-bəzəkli deyildi, skamyalar bu qədər təzə, daş döşəmələr alabəzək, mağazalar bu qədər varlı görünmürdü, çayxanalar WI-FI (vayfay), rəngli televizorla müştəri cəlb etmirdi. Həyat özü rəngli deyildi. Adamlar daha qayğılı idi, ancaq heç kim, heç nə bu qədər çirklənməmişdi. Onda ağaclar var idi.

Xanəndə Əlövsət əmi deyir, o siqaret satan kişinin piştaxtası parkdan yığılandan, musiqisinin səsi kəsiləndən sonra heç nəyin marağı qalmayıb: "Bəzən görürsən, qəzet köşkündən də gözəl musiqilər eşidilir. Amma o dövr başqaydı. İndi parkın yarı-yaraşığı varsa da, biz yaşlı nəsil zövq ala bilmirik. Ona görə ki, müasirliyi bizə biabrçı şəkildə təqdim edilər. Misal üçün, daş döşəmələr çöküb, gecə lampaları sındırılıb. On ildə bir düzəldib gedirlər, baxan yoxdur. Göyərçinlər, sərçələr belə, yüz ildə bir düşür dənlənməyə… Ya da ola bilsin, tez-tez düşür, mənim gözlərim zəif görür. Ümid edirəm, nəsə düzələcək. Bizdən sonra gələn nəsil hər şeyin daha gözəlinə layiqdir. İnanıram ki, yeni ağaclar əkiləcək. Göyərçinlər, sərçələr həminki kimi düşüb dənlənəcək".

Ağsaqqallarla söhbətimi yekunlaşdırıb, sağollaşıb ayrılanda elə bil, Allah Əlövsət əminin ağzından eşidibmiş kimi parka bir göyərçin endirdi. Qarşıdan deyə-deyə, gülə-gülə məktəbli uşaqlar keçirdi. Bir anlıq düşündüm ki, kişinin arzusu həyata keçəcək. Gec də olsa, başbilənlərimiz ağacları kəsib daşa pul verməyin insanlığın sonunu yaxınlaşdırdığını başa düşəcək.

Xəbər lenti
0