İmzalanma

Heydər Əliyevin sərəncamını ləğv etmək Sizə düşər, cənab Prezident!

8322
(Yenilənib 23:41 10.03.2016)
"Xalq artistləri"nin əməlləri ilə bağlı dövlət başçısına məktub: Bu artistlərin adının qabağından "xalq" sözünün yığışdırılması barədə sərəncam verə bilərsiniz?!

Elə insanlar var ki, onlar müqəddəsdir, toxunulmazdır. Amma 21-ci əsr elə bir zamandır ki, bu əsrdə toxunulmaz heç kim və heç nə yoxdur. Əgər biz min illərdir, əsrlərdir milyonlarla insanın müqəddəs hesab etdiyi peyğəmbərlərə, doqmalara, totemlərə, kultlara asanlıqla qarşı çıxa biliriksə, onları tənqid hədəfinə çeviririksə, niyə sıradan bir artist haqqında deyilməsi lazım gələn sözləri deməkdən çəkinməliyik? Ona görə ki, o artistin dalında hansısa siyasi aparat, hansısa mafiya, yaxud da kriminal avtoritet dayanır?! Lap heç kim dayanmır, amma əgər o bir "xalq artisti" titulunu daşıyırsa, bu, o deməkdirmi ki, onun imtiyazı "nənəm mənə kor dedi, hər yetəni vur dedi" fəlsəfəsini dəyənəyə çevirməyə səlahiyyət verir?!

Bu mövzuya heç girməyəcəkdik. Şou-biznesi gözardı etməsək də, günümüzü şou-biznesə kökləyənlərdən də deyilik. Söz insandan düşəndə bizim üçün dəyər insanlıqdır, söz sənətdən də düşəndə, dəyər elə sənətin özüdür. Biz şəxsiyyətə şəxsiyyətinə görə, sənətkara da məhz sənətinə görə hörmət edirik. Bu elə belə də olmalıdır. Könül istərdi ki, son günlərin sevimli mövzularının episentrində dayanan müğənni, "xalq artisti" İlhamə Quliyevaya da, onun həmkarlarına da məhz sənət və sənətkar rakursundan baxaq. Amma onlar, Azərbaycan cəmiyyəti üçün çoxdan sənət və sənətkar çərçivələrini keçiblər. Onlar, həm də "xalq artisti"dirlər. Günümüzdə heç kəsə sirr deyil ki, bizim ölkədə "xalq artisti" də daxil olmaqla, bütün titullar siyasi tituldur, peşə ilə çox az əlaqəsi var. Bu ölkədə titullar təkcə layiq olan adamlara verilmir ki. İlhaməyə də, onun həmkarlarına da bu titulun təkcə sənətinə görə verilmədiyi artıq aksiomdur.

Biz İlhamə və onun həmkarlarının şəxsiyyətini müzakirə etməyəcəyik, heç sənətini də. Çünki filosoflar deyirlər, insan pareto optimal yaradılıb. Hər şey bir insana verilməz. Birinə çox ağıl verilər, var-dövlət verilməz, gözəl qamət, yaraşıqlı sima verilər, şəxsiyyət verilməz, sağlamlıq verilər, pul verilməz, möhşəm səs verilər, mərhəmət ruhu verilməz. Biz İlhamə (zəruri bir qeydi edək ki, İlhamə adının əvəzinə istənilən başqa adı da qoya bilərik. Burada İlhamə bir misaldır, ümumiləşmədir, konkret eyni adı daşıyan şəxsə aid deyil —m.) mövzusunu ona görə müzakirə edəcəyik ki, o, rəsmən bizim də bir hissəsi, kiçik bir elementi olduğumuz bu xalqın artisti adını daşıyır. Bu ad ona dövlət başçısının imzası ilə verilib. Bu ad ona çoxlu imtiyazlar tanıyır. O, bu ada görə, bizim gəlirlərimizdən ödədiyimiz vəsaitlər hesabına formalaşan dövlət büdcəsindən pul alır. İndi bizim konstitutsion hüququmuzdur ki, bu adamı bir xalq artisti olaraq müzakirə predmetinə çevirək. Onun addımlarını, hərəkətlərini, danışdığı sözün məsuliyyətli olub-olmadığını qiymətləndirək.

Əvvəla "Xalq artisti" (eləcə də əməkdar artist və ya başqa titullar) titulu daşıyan adam o adın məsuliyyətini dərk etməlidir. Çünki o, təkcə özünü deyil, həm də xalqı təmsil. Bu başqa söhbətdir ki, xalq ona təmsilçilik haqqını verib, ya yox. Hər halda Prezidenti xalq seçdiyi, ona öz adından qərar qəbul etmək səlahiyyəti verdiyi üçün, xalq məcburdur ki, Prezidentin bu qərar və sərəncamları ilə razılaşsın. Amma xalq həm də o hüquqa sahibdir ki, Prezidentin qərarlarına etirazını bildirsin, ondan hansısa məsələlərdə geri addım atmağı tələb etsin. İndi ya zəlzələdən, ya da vəlvələdən mərhum prezident Heydər Əliyev İlhaməyə "xalq artisti" adını verib. Bəlkə də o özü sağ olsaydı, bir gün İlhaməni qarşısına alıb, amiranə səslə "yığışdır bu ağlına gələn oyunları, axı sən xalq artistisən, sənə yaraşmaz" deyərdi. İlhamə də yerinə oturardı, çalışardı, hər addımını elə ölçüb-biçsin ki, ikinci dəfə ümumxalq liderinin qəzəbi ilə qarşılaşmasın.

Amma illər ötüb, nə İlhamə, nə də o titulu daşıyan bir çoxları onlara verilən bu böyük siyasi imtiyazın məsuliyyətini dərk ediblər. İndi Heydər Əliyevin siyasi varisi İlham Əliyevə də, sələfinin qərarlarına yenidən baxmaq, vaxtı keçən, əl-ayağa dolaşan, lazımsız-lüzumsuz, onun hakimiyyətinə ləkə gətirən şeyləri təmizləmək düşər. Bu, elə İlham Əliyevin özünün imzası ilə verilən fəxri adlara da aiddir. Biz inanmırıq və inanmaq da istəmirik ki, bu gün ölkə gündəmini öz reket əməlləri ilə, hər cür etikadan, hüquqdan kənar davranışları ilə zəbt etmiş "xalq artistləri" İlham Əliyevin könlünə, zövqünə görə olan sənətkarlar və insanlardır. Liderlər o adamlardırlar ki, onlar yeri gələndə hər şeyin fövqünə yüksəlməyi bacarırlar və keçmişin səhvlərini müdafiə etmək əvəzinə düzəltməyə çalışırlar. İlhamə, eləcə də günü həm onunla, həm də başqaları ilə davalarda, intriqalarda, hər cür etikadan, əxlaqdan kənar əməllərdə keçən digər titullularla sərt dildə danışmağın zamanıdır. Biz xalq olaraq illərdir medianın, ölkənin gündəmini zəbt etmiş manısların, qondarma ulduzların, şöhrətindən sui-istifadə edərək ölkədə qadın alverindən tutmuş reketliyə qədər çeşidli kriminal əməllərə bulaşmış bu titullu adamların qurbanına çevrilmişik. Bizim balalarımız, böyük bir gələcək nəsil ilhamələrin, aygünlərin, rəqsanələrin, mətanətlərin, röyaların, maralların, daha kimlərin, kimlərin media vasitəsilə cəmiyyətə sırınan əxlaqı ilə böyüyür, formalaşır.

Biz xaricdəki şou-biznes ulduzlarının şəxsi həyatları, intriqaları ilə tanış oluruq, amma həm də zaman-zaman onların öz ölkələri və dünya səviyyəsində etdikləri xeyriyyə əməlləri ilə tanış oluruq. Qonşu Türkiyədən tutmuş Hollivuda qədər tanıdığımız məşhur insanlar öz qazanclarının xeyli hissəsini xeyriyyə işlərinə yönəldirlər. Öz sənəti, məşhurluğu ilə qazandığı pullara Afridakı ac uşaqları yedizdirən nümunələr var dünyanın sənət, şou-biznes gündəmində. Bəs bizim titullu sənətçilərimiz hansı incə, humanitar davranışları ilə bizim xalqın balalarına nümunə olublar?! Onların siyasi hakimiyyətə, Prezidentə yalançı təriflərindən, yaltaqlanmalarından başqa hansı faydalarını görmüşük? 5-10 mahnı oxuyub, sponsorların və Allah bilir başqa nələrin hesabına məşhur olan bu adamların, az qala 50-si cəm halda informasiya texnologiyaları və kibernetika alimi Rafiq Əliyevin saçının bir telinə dəymir. İndi bunlar hansı haqla rafiq əliyevləri yetirən bir xalqın varlığı ilə, kimliyi ilə, gələcəyi ilə belə məzələnirlər?! Hansı haqla?! O haqlamı ki, Prezident öz sərəncamı ilə onlara sərhədsiz imtiyazlar verib?!

Hər bir imtiyazın, hər bir adın sərhədi var və olmalıdır. Prezidentin özünün belə atdığı addımlar, etdiyi əməllər qanun deyilən nəsnə ilə sərhədlənirsə, onun sərəncamlarının doğurduğu artistlər üçün niyə sərhədlər, çərçivələr olmasın ki?! Əlbəttə, titulları olan şəxslərin kimlərsə qarşısında günahı, cinayəti varsa, onu məhkəmə yarğılamalıdır. Amma titullu şəxslərlə bağlı bir də "ictimai nüfuz" anlayışı var. İctimai nüfuzu ictimaiyyət müəyyən edir. Əgər bu gün ictimai etiraz, ictimai rəy bu titullu şəxslərə qarşıdırsa, onda Prezident də ən azı öz imicini qorumaq üçün bu rəylə hesablaşmalıdır.

Bu gün ictimai rəy İlhamə Quliyeva başda olmaqla bir qrup titullu artistin əleyhinədir. Əksəriyyət sosial şəbəkələrdə, ictimai tədbirlərdə ciddi şəkildə "xalq artisti" adını daşıyan adamların xalqın adına yaraşmayan hərəkətlər etməsinə etiraz edir. Biz də xalqın bir nümayəndəsi olaraq düşünürük ki, əgər biz xalqıqsa, bu adamlar bizim artistimiz ola bilməzlər. Biz bir vətəndaş olaraq konstitutsion tələbimizi səsləndiririk: Cənab Prezident, bu artistlərin adının qabağından "xalq" sözünün yığışdırılması barədə sərəncam verə bilərsiniz?! Yaxud da, onları titullarına yaraşmayan hərəkətlərə yol verdiklərinə görə, bu titullardan azad edə bilərsiniz?!

8322
Teqlər:
şou-biznes, İlhamə Quliyeva, mədəniyyət, müğənni, xalq artisti
Əlaqədar
Xalq artisti Rəfael Dadaşovun mətbuat konfransı
Azərbaycanın xalq artisti vəfat edib
Xalq artisti Nuriyyə Əhmədova vəfat etdi
Müğənni Azərinə xalq artisti adı verildi
Həkim: İlhamə Quliyevanın səhhətində ciddi problem yoxdur
İlhamə Quliyeva: Mən birinci deyiləm, bir rəqəmi məndən sonra gəlir
İlhamə Quliyeva da məşəl daşıyacaq
Bakıda tozlu hava

Diqqət: Başınızı qaldırıb Bakı səmasına baxın!

9103
(Yenilənib 15:23 12.05.2019)
Onlar hər yerdə, hər tərəfdədirlər və onlardan qurtuluş yoxdur

BAKI, 13 may — Sputnik. Ən ləzzətlisi bilirsiniz nədir? Gözəl yaz havasını ciyərlərinə çəkib məsti-xumar olmaq üçün avtomobilin pəncərəsini açmısan. Yenicə bir-iki nəfəs çəkib ciyərlərini yaz mehi ilə nəşələndirmisən ki, küləyin qova-qova gətirdiyi bir topa toz çağırılmamış qonaq kimi özünü pəncərədən içəri soxur. Orda da boş durmaz ki... Haralaradək soxulacağını, harada "park edəcəyini" təsəvvür edirsiniz.

Ya da balkon seyrindəsən. Qarşında pürrəngi çay, beynində hər şeyin yaxşı olduğuna, yaxşı olacağına dair romantik fikirlər. Xəyal dünyasındasan. Lakin sən bu təmənnada ikən, zəhərə dönür hər şey – balkondakılar da, beynindəkilər də. Aqlayından ayrılmağın acısını çıxarmağa yer axtaran toz dənəcikləri, Çingiz xanın monqolları kimi bir göz qırpımında çökürlər üzərinə.

Onlar hər yerdə, hər tərəfdədirlər: Parkda körpəsini gəzdirən qadınlar da, küçədə iş-güc arxasınca şütüyən kişilər də, açıq və qapalı məkanlarda alver edən tacirlər də, otağın pəncərəsini azacıq aralı qoyub xəstəsini müayinə edən həkimlər də, müayinə olunan xəstələr də, qaçanlar da, duranlar da... şəhərimizə təşrif buyurmuş turistlər də onların qurbanlarıdır. Onlardan qurtuluş yoxdur!

Bakını bürümüş toz duman
©Karikatura
Bakını bürümüş toz duman

... Ay gözəl insanlar! Bir şəhəri nə qədər rəndələmək olar? Bir şəhərdəki binaları, keçidləri, körpüləri, tunelləri, divarları nə qədər laqundalamaq, qazımaq, sürtmək, ağartmaq və qaraltmaq olar? Eyni prosesləri eyni yerlərdə eyni qaydada dönə-dönə təkrarlamaq hansı arzunun məhsuludur? Axı nə vaxtadək?

Bakı küləklər şəhəridir. Burada yanvarın şaxtasında da külək vıyıldayır, avqustun cırcırında da. Burada gah Xəzri at oynadır, gah Gilavar. Bu, yerləşdiyi coğrafi məkandan dolayı şəhərimizin alnına yazılan taledir. Və kimsə təbii qanunauyğunluğu dəyişdirə bilməz.

Bəs, bunları bilə-bilə yeri-göyü qazıyıb, qalaq-qalaq toz yaratmaq (həm də kimyəvi – zərərli toz), həmin zəhər topalarının şəhərin dörd bir yanına yayıldığını görə-görə, əməlindən bircə addım geri durmamaq hansı xoş niyyətdən xəbər verə bilər, siz Allah?

Bir dönün ətrafınıza baxın. Bu şəhərin ağacları belə, bombozdur, budaqlarından qaramat sallanır. Yerə baxın, dizdən aşağı şalvarınız küçədə qalaqlanmış toz-torpağın içindədir. Başınızı qaldırın, şəhərimizin səmasını seyr edin, görün nələr görəcəksiniz. Görün, mavi səmanın üzü necə bozarıb, qanı necə qaralıb. Görəcəksiniz ki, göyün üzündən üstümüzə zəhrimar tökülür.

Və sonra düşünün. Əgər bizə, özünüzə, şəhərimizə qarşı azacıq rəhminiz yaranarsa, əl saxlayın, üstünüzdəki toz-torpağı çırpın, yuyunun, qəşəng bir pürrəngi çay içə-içə, hər şeyin yaxşı olduğu, yaxşı olacağı barədə xəyallara dalın. Yox əgər rəhm-filan duyğusu gəlib çıxmazsa, o zaman ətrafa, yerə, göyə baxmaqla itirdiyiniz vaxta heyfslənin, o itkini kompensasiya etmək üçün daha əzmlə işinizə davam edin.

"Kolay gəlsin"...?

9103
Teqlər:
səma, yer, balkon, bina, küçə, toz
Əlaqədar
Ölkə ərazisini yenə toz-duman bürüyüb
Paytaxt və yarımadanın havası qatılaşır, toz normanı 4.5 dəfə üstələyir
Bakıda normadan 1.3 dəfə artıq toz var
Toz barədə daha bir xoşagəlməz məlumat gəldi
Paytaxt üçün növbəti toz xəbərdarlığı verildi
Akademik Milli Dram Teatrının ətrafında aparılan abadlıq və yenidənqurma işləri

İyun ayının 2-si çox maraqlı olacaq, çox!

4843
(Yenilənib 17:16 07.05.2019)
Hamı qatılmalı, hamı dəstək olmalı ki, bu cür tədbirlər çox olsun

BAKI, 10 may — Sputnik. 30 ilə yaxındır ki, Azərbaycan teatrı tamaşaçı problemi yaşayır. Əlbəttə, bu məsələdə teatr adamlarının da çoxlu günahları var. Bu barədə əvvəlki yazılarımda xeyli qeyd etmişəm deyə, indi təkrarçılıq etmək istəmirəm.

Amma həmişə bir sual məni narahat edir: Teatr adamları öz səhvlərini düzəltsələr, teatra azadlıq verilsə və müstəqil yaradıcılıq eşqi ilə mükəmməl sənət nümunələri ərsəyə gəlsə, o zaman xalq teatra gedərmi?

Məsələ təkcə teatr deyil. Kinoteatrlarda da eyni problem var. Deyəcəksiz ki, kinoteatrlar son zaman kifayət qədər tamaşaçı kütləsi cəlb edib. Biletləri satılır, yerləri dolu olur, seansların sayı artır və s.

Lakin diqqət edilməsi gərəkən nüans budur ki, bu izdahamlar hansı filmlərin nümayişində olur? Yerli və Türkiyənin bayağı komediyalarının, bir də əhəmiyyətsiz kədərə, göz yaşına hesablanmış ailə-məişət və eşq dramlarının nümayişlərindən başqa nədə görmüsüz bu izdihamı? Hansı psixoloji-fəlsəfi filmin nümayişi zamanı zal dolub-daşıb?

Hansısa ciddi sənətkarımızın konserti ildə bir dəfə və bir gün keçirildiyi halda, musiqi və sənət adı ilə ortalığa atılanların ildə beş-altı dəfə, on gün ard-arda konserti olur. Bu kütləvi bayağılaşmanın ciddi faciəvi nəticələri bizi gözləyir.

Elmi tədbirlərə, seminarlara, konfranslara isə Azərbaycanda çox nadir hallarda rast gəlirik. Hərçənd, bu cür tədbirlər çox olmalı, hamısının auditoriyası dolub-daşmalıdır. Populyar və ya yaradıcı elmlə məşğul olan adamlara bu ölkədə heç bir şərait yaradılmır ki, öz biliklərini başqaları ilə paylaşa bilsinlər. Onların sosial şəbəkələrdən və video portallardan başqa heç bir səhnəsi yoxdur.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
© Official website of President of Azerbaijan Republic

Ölkədəki teatrların, sarayların, konsert zallarının icarə qiyməti fantastik həddədir. Eybi yox, bu mədəni obyektlərin qiyməti hər yerindən durub sənət adı ilə səhnəyə çıxmaq istəyənlər üçün fantastik həddə olsun. Amma ciddi sənətkarlar üçün və elm adamları üçün hətta ödənişsiz olmalıdır. Dövlətin sənət və elm xadimlərinə dəstəyi belə məqamlarda görünməlidir.

Mədəniyyət Nazirliyinin məsul şəxsləri öz çıxışlarında elmə və sənətə, gənclərə dəstəkdən danışırlar. Bir gənc hansısa seminar üçün onlardan məkan istəsə, şəxsi mülklərini satışa çıxarırmış kimi qiymət oxuyurlar.

İndi bu cür çətinliklərin içində, cəmiyyət biganəliyi ilə məsul şəxslərin fürsətdən istifadəsi arasında, öz gücünə, öz hesabına kimlərsə nəsə etməyə çalışır. Hansı ki, bunu edən gənclər gələcək aydın nəsillərin indiki əcdadıdır. O gənclər ki, bu qədər məşəqqətlərə rəğmən, tədbir hazırlayırlar, seminarlar, konfranslar keçirirlər. Maarifçiliklə məşğul olurlar. Azdırlar, amma varlar! Elm və mədəniyyət adına çalışırlar!

İyun ayının 2-si, saat 11:30-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Kainat, Kvant və Beyin" adlı elmi-kütləvi konfrans baş tutacaq. "Elm Azərbaycan" və "Kvant Dünyası" elmi platformalarının təşəbbüsü, Akademik Milli Dram Teatrı, "ORKHANWAY Coaching" və "Astronomy Club"un dəstəyi ilə 550 nəfərlik elmi konfransdır bu. Konfrans zamanı hər kəsi maraqlandıracaq üç əhəmiyyətli mövzu: "Kainat", "Kvant Fizikası" və "Beyin" barədə çıxışlar olacaq.

Konfransda astronom, elmi tədqiqatçı Orxan Əhməd, fizik, elektrik mühəndisi Sadiq Şamilov, araşdırmaçı, neyromarketinq mütəxəssisi, TEDX spikeri Orxan Şahbaz çıxış edəcəklər. Müasir dünyada yaşayan, elmin, texnologiyanın, kainatın, kvant fizikasının və ən əsası beynin məhsullarından faydalanan hər bir fərdin qatılmasının mühüm olduğu tədbirdir.

Elmə, elmi tərəqqiyə dəstək üçün, müasir zamanda müasir məkan kimi uğurlu inkişafa zəmin yaratmaq üçün, hər kəsin ziyalanması üçün atılmış bir addımdır bu konfrans. Hamı qatılmalı, hamı dəstək olmalı ki, bu cür tədbirlər çox olsun! Çox olsun ki, hamı aydınlansın! Hamı aydınlansın ki, azad cəmiyyətdə azad fərdlər kimi yaşayaq!

4843
Teqlər:
sənət, tamaşaçı, serial, film, tamaşa, teatr
Əlaqədar
Mütəxəssis: “Teatrın keyfiyyətindən xalqın taleyi asılıdır”
Teatr və konsert müəssisələri işçilərinin maaşları artırıldı
"ƏSA Teatrı" fəaliyyətini dayandırmaq məcburiyyətindədir
Teatrlar gözləyir ki, dramaturq yetişsin - yazıçı repertuar problemindən danışır
Azərbaycan hərbçiləri, arxiv şəkli

Müzəffər Azərbaycan Ordusu Laçında! - VİDEO

81
(Yenilənib 00:21 01.12.2020)
Üçtərəfli bəyanata əsasən Müzəffər Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

BAKI, 01 dekabr - Sputnik. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və  Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

Sputnik Azərbaycan bildirir ki, məlumatı və müvafiq videonu Azərbaycan Müdafiə Nazirliyi yayıb.

 

81
Teqlər:
Azərbaycan ordusu, Azərbaycan, Qarabağ, Laçın