Fuad Ələkbərov

Üzən məzənnəyə keçid manatın sürətlə ucuzlaşmaşına səbəb olacaq

178
(Yenilənib 21:32 27.12.2015)
Şotlandiyalı siyasi təhlilçi Fuad Ələkbərov manatın devalvasiyasının idxalı stimullaşdırmaq məqsədilə edilməsi barədə Mərkəzi Bankın izahatının əsassız olduğunu göstərib.

BAKI, 23 dek-Sputnik. Şotlandiyalı siyasi təhlilçi Fuad Ələkbərov manatın devalvasiyasının idxalı stimullaşdırmaq məqsədilə edilməsi barədə Mərkəzi Bankın izahatının əsassız olduğunu göstərib.

Vəziyyəti Sputnik-ə şərh edən Ələkbərov yazıb:

"Birinci devalvasiya dalğasından sonra Azərbaycanda manata qarşı inamsızlıq yaranıb. İnsanlar kütləvi şəkildə əllərində manat saxlamaq istəmirlər. Əhali əlindəki pulu dollar şəklində saxlamağa üstünlük verir. Buna görə də ölkə daxilində dollara yüksək tələb var. Bu səbəbdən də devalvasiyanın ikinci dalğası qaçılmaz idi.
Əvvəla onu deyək ki, Azərbaycan iqtisadiyyatı neftdən asılıdır, iqtisadiyyat zəif diversifikasiya olunub. Deməli, manatın gücü yeganə olaraq ölkə iqtisadiyyatı yox, neftin dünya bazarındakı qiymətidir. Ona görə də indi manatın tam üzən məzənnəyə keçməsi iqtisadiyyatı fəlakətə apara bilər.

2010-2014-cü illərin əvvəli dollar 50-60 qəpiyə qədər ucuzlaşa bilərdi amma Mərkəzi Bank valyuta alışı hesabına buna imkan vermədi. 2014-cü ilin sonlarından başlayaraq isə manaya təyziq artdı və onun ucuzlaşması məsələsi gündəmə gəldi.

İndi manatın üzən məzənnəyə keçməsi, manatın sürətlə ucuzlaşmaşına səbəb olacaq. Hətta iqtisadiyyatını Azərbaycandan yaxşı diversifikasiya olunmuş Rusiya tam üzən məzənnəyə keçə bilmədi. Rusiya Mərkəzi Bankı maliyyə alətləri ilə rublun kursunu tənzimləyir. Hətta hərdən intervensiyanı da əsirgəmir.

Devalvasiyaya gəlincə, köhnə fikrimizdə qalırıq. Manatın məzənnəsi dünya bazarında neftin qiymətinin hərəkət istiqamətinə uyğun müəyyənləşəcək. Neft hara getsə, manat da ora gedəcək.

Qeyd edim ki, sentyabr ayında Asiya inkişaf bankının "Asian Development Outlook" hesabatında verilən proqnozlara görə, 2015-ci ildə Azərbaycanın tədiyyə balansının müsbət saldosu üzrə proqnoz ümümi daxili məhsulun (ÜDM) 12%-dən 6 %-dək aşağı salınıb. 2016-cı il üçün isə həmin göstərici 13,4 %-dən 8 %-dək endirilib. Bank bunu neftin qiymətinin düşməsi və il ərzində "qara qızılın" dəyərinin artmayacağı ilə izah edib.

Amma manatın ucuzlaşmasını kəskin, mərhələli şəkildə həyata keçirilməməsi cəmiyyətdə şok effekti yaradıb. Siyasi təhlilçinin fikrinə görə, inflyasiya Azərbaycanda yoxsulluğun artması və radikallaşmaya səbəb ola bilər. Bu nəticədə, hökümətlə əhali arasında münasibətlərin gərginləşdirmə ehtimalını xeyli artıracaq.

178
Teqlər:
manatın ucuzlaşması, Asiya inkişaf bankı, Asian Development Outlook, diversifikasiya, Rusiya Mərkəzi Bankı, Mərkəzi Bank, inflyasiya, manat, neft, Fuad Ələkbərov, Sotlandiya
Mövzu:
Azərbaycan valyutasının ucuzlaşması (22)
Əlaqədar
İlham Əliyev manatın dəyərdən düşməsinin səbəbini açıqladı
Manat dəyərdən düşməkdə davam edir
Manat ucuzlaşmaqda davam edir
Manatın məzənnəsinin istənilən istiqamətdə üzməsinə imkan verilməyəcək
Azərbaycan manatı 47,63% ucuzlaşdı