Vasif Əfəndi

CHP MHP-nin müvəqqəti hökümətdən imtinası düzgün addımdır

73
(Yenilənib 19:31 02.09.2015)
Vasif Əfəndi: Ərdoğanın “cahil molla rejimi”nin qardaş ölkəni geriyə sürükləməyə gücü yetməyəcək.

BAKI, 2 sent-Sputnik. Türkiyənin Cümhuriyyət Xalq (CHP) və Milliyyətçi Hərəkat (MHP) partiyalarının Rəcəb Tayyib Ərdoğan hakimiyyətinin formalaşdırdığı müvəqqəti hökumətdə təmsil olunmaqdan imtina etməsini AKP təmsilçiləri xəyanət kimi qiymətləndirsələr də, hadisələrin inkişafı bunun düzgün qərar olduğunu isbatladı.

“Türkiyədə təşkil olunmuş müvəqqəti hökumətin Avropa İttifaqı ilə əlaqələr naziri təyin olunmuş HDP-dən olan Əli Heydər Qönçənin mətbuat konfransı keçirərək saxta "erməni soyqırımı"nı tanıdığını bəyan etməsi AKP-nin nə qədər yanlış yolda olduğunun göstəricisidir. CHP və MHP-nin müvəqqəti hökumətin tərkibinə qatılmaqdan imtina etməsi düzgün qərardır və sübut edir ki, Türkiyədə dünyəvi dövlətçiliyin dayaqları kifayət qədər möhkəmdir. Ərdoğanın “cahil molla rejimi”nin qardaş ölkəni geriyə sürükləməyə gücü yetməyəcək..

Vəhdət partiyasının Sumqayıt şəhər təşkilatının sədri, politoloq Vasif Əfəndi.

Müəlliflə redaksiyanın fikri üst-üstə düşməyə bilər.

Bloq yazılarında gedən subyektiv fikirlərə görə redaksiya məsuliyyət daşımır.

73
Teqlər:
Ərdoğan hakimiyyəti, Rəcəb Tayyib Ərdoğan hakimiyyəti, Türkiyənin Cümhuriyyət Xalq partiyası, CHP və MHP, Türkiyənin Milliyətçi Hərəkat Partiyası, Milliyətçi Hərəkat partiyası, MHP, Avropa İttifaqı, CHP, Cümhuriyyət Xalq Partiyası, AKP, HDP, Vasif Əfəndi, Rəcəb Tayyib Ərdoğan, Türkiyə
Bakıda tozlu hava

Diqqət: Başınızı qaldırıb Bakı səmasına baxın!

9101
(Yenilənib 15:23 12.05.2019)
Onlar hər yerdə, hər tərəfdədirlər və onlardan qurtuluş yoxdur

BAKI, 13 may — Sputnik. Ən ləzzətlisi bilirsiniz nədir? Gözəl yaz havasını ciyərlərinə çəkib məsti-xumar olmaq üçün avtomobilin pəncərəsini açmısan. Yenicə bir-iki nəfəs çəkib ciyərlərini yaz mehi ilə nəşələndirmisən ki, küləyin qova-qova gətirdiyi bir topa toz çağırılmamış qonaq kimi özünü pəncərədən içəri soxur. Orda da boş durmaz ki... Haralaradək soxulacağını, harada "park edəcəyini" təsəvvür edirsiniz.

Ya da balkon seyrindəsən. Qarşında pürrəngi çay, beynində hər şeyin yaxşı olduğuna, yaxşı olacağına dair romantik fikirlər. Xəyal dünyasındasan. Lakin sən bu təmənnada ikən, zəhərə dönür hər şey – balkondakılar da, beynindəkilər də. Aqlayından ayrılmağın acısını çıxarmağa yer axtaran toz dənəcikləri, Çingiz xanın monqolları kimi bir göz qırpımında çökürlər üzərinə.

Onlar hər yerdə, hər tərəfdədirlər: Parkda körpəsini gəzdirən qadınlar da, küçədə iş-güc arxasınca şütüyən kişilər də, açıq və qapalı məkanlarda alver edən tacirlər də, otağın pəncərəsini azacıq aralı qoyub xəstəsini müayinə edən həkimlər də, müayinə olunan xəstələr də, qaçanlar da, duranlar da... şəhərimizə təşrif buyurmuş turistlər də onların qurbanlarıdır. Onlardan qurtuluş yoxdur!

Bakını bürümüş toz duman
©Karikatura
Bakını bürümüş toz duman

... Ay gözəl insanlar! Bir şəhəri nə qədər rəndələmək olar? Bir şəhərdəki binaları, keçidləri, körpüləri, tunelləri, divarları nə qədər laqundalamaq, qazımaq, sürtmək, ağartmaq və qaraltmaq olar? Eyni prosesləri eyni yerlərdə eyni qaydada dönə-dönə təkrarlamaq hansı arzunun məhsuludur? Axı nə vaxtadək?

Bakı küləklər şəhəridir. Burada yanvarın şaxtasında da külək vıyıldayır, avqustun cırcırında da. Burada gah Xəzri at oynadır, gah Gilavar. Bu, yerləşdiyi coğrafi məkandan dolayı şəhərimizin alnına yazılan taledir. Və kimsə təbii qanunauyğunluğu dəyişdirə bilməz.

Bəs, bunları bilə-bilə yeri-göyü qazıyıb, qalaq-qalaq toz yaratmaq (həm də kimyəvi – zərərli toz), həmin zəhər topalarının şəhərin dörd bir yanına yayıldığını görə-görə, əməlindən bircə addım geri durmamaq hansı xoş niyyətdən xəbər verə bilər, siz Allah?

Bir dönün ətrafınıza baxın. Bu şəhərin ağacları belə, bombozdur, budaqlarından qaramat sallanır. Yerə baxın, dizdən aşağı şalvarınız küçədə qalaqlanmış toz-torpağın içindədir. Başınızı qaldırın, şəhərimizin səmasını seyr edin, görün nələr görəcəksiniz. Görün, mavi səmanın üzü necə bozarıb, qanı necə qaralıb. Görəcəksiniz ki, göyün üzündən üstümüzə zəhrimar tökülür.

Və sonra düşünün. Əgər bizə, özünüzə, şəhərimizə qarşı azacıq rəhminiz yaranarsa, əl saxlayın, üstünüzdəki toz-torpağı çırpın, yuyunun, qəşəng bir pürrəngi çay içə-içə, hər şeyin yaxşı olduğu, yaxşı olacağı barədə xəyallara dalın. Yox əgər rəhm-filan duyğusu gəlib çıxmazsa, o zaman ətrafa, yerə, göyə baxmaqla itirdiyiniz vaxta heyfslənin, o itkini kompensasiya etmək üçün daha əzmlə işinizə davam edin.

"Kolay gəlsin"...?

9101
Teqlər:
səma, yer, balkon, bina, küçə, toz
Əlaqədar
Ölkə ərazisini yenə toz-duman bürüyüb
Paytaxt və yarımadanın havası qatılaşır, toz normanı 4.5 dəfə üstələyir
Bakıda normadan 1.3 dəfə artıq toz var
Toz barədə daha bir xoşagəlməz məlumat gəldi
Paytaxt üçün növbəti toz xəbərdarlığı verildi
Akademik Milli Dram Teatrının ətrafında aparılan abadlıq və yenidənqurma işləri

İyun ayının 2-si çox maraqlı olacaq, çox!

4843
(Yenilənib 17:16 07.05.2019)
Hamı qatılmalı, hamı dəstək olmalı ki, bu cür tədbirlər çox olsun

BAKI, 10 may — Sputnik. 30 ilə yaxındır ki, Azərbaycan teatrı tamaşaçı problemi yaşayır. Əlbəttə, bu məsələdə teatr adamlarının da çoxlu günahları var. Bu barədə əvvəlki yazılarımda xeyli qeyd etmişəm deyə, indi təkrarçılıq etmək istəmirəm.

Amma həmişə bir sual məni narahat edir: Teatr adamları öz səhvlərini düzəltsələr, teatra azadlıq verilsə və müstəqil yaradıcılıq eşqi ilə mükəmməl sənət nümunələri ərsəyə gəlsə, o zaman xalq teatra gedərmi?

Məsələ təkcə teatr deyil. Kinoteatrlarda da eyni problem var. Deyəcəksiz ki, kinoteatrlar son zaman kifayət qədər tamaşaçı kütləsi cəlb edib. Biletləri satılır, yerləri dolu olur, seansların sayı artır və s.

Lakin diqqət edilməsi gərəkən nüans budur ki, bu izdahamlar hansı filmlərin nümayişində olur? Yerli və Türkiyənin bayağı komediyalarının, bir də əhəmiyyətsiz kədərə, göz yaşına hesablanmış ailə-məişət və eşq dramlarının nümayişlərindən başqa nədə görmüsüz bu izdihamı? Hansı psixoloji-fəlsəfi filmin nümayişi zamanı zal dolub-daşıb?

Hansısa ciddi sənətkarımızın konserti ildə bir dəfə və bir gün keçirildiyi halda, musiqi və sənət adı ilə ortalığa atılanların ildə beş-altı dəfə, on gün ard-arda konserti olur. Bu kütləvi bayağılaşmanın ciddi faciəvi nəticələri bizi gözləyir.

Elmi tədbirlərə, seminarlara, konfranslara isə Azərbaycanda çox nadir hallarda rast gəlirik. Hərçənd, bu cür tədbirlər çox olmalı, hamısının auditoriyası dolub-daşmalıdır. Populyar və ya yaradıcı elmlə məşğul olan adamlara bu ölkədə heç bir şərait yaradılmır ki, öz biliklərini başqaları ilə paylaşa bilsinlər. Onların sosial şəbəkələrdən və video portallardan başqa heç bir səhnəsi yoxdur.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
© Official website of President of Azerbaijan Republic

Ölkədəki teatrların, sarayların, konsert zallarının icarə qiyməti fantastik həddədir. Eybi yox, bu mədəni obyektlərin qiyməti hər yerindən durub sənət adı ilə səhnəyə çıxmaq istəyənlər üçün fantastik həddə olsun. Amma ciddi sənətkarlar üçün və elm adamları üçün hətta ödənişsiz olmalıdır. Dövlətin sənət və elm xadimlərinə dəstəyi belə məqamlarda görünməlidir.

Mədəniyyət Nazirliyinin məsul şəxsləri öz çıxışlarında elmə və sənətə, gənclərə dəstəkdən danışırlar. Bir gənc hansısa seminar üçün onlardan məkan istəsə, şəxsi mülklərini satışa çıxarırmış kimi qiymət oxuyurlar.

İndi bu cür çətinliklərin içində, cəmiyyət biganəliyi ilə məsul şəxslərin fürsətdən istifadəsi arasında, öz gücünə, öz hesabına kimlərsə nəsə etməyə çalışır. Hansı ki, bunu edən gənclər gələcək aydın nəsillərin indiki əcdadıdır. O gənclər ki, bu qədər məşəqqətlərə rəğmən, tədbir hazırlayırlar, seminarlar, konfranslar keçirirlər. Maarifçiliklə məşğul olurlar. Azdırlar, amma varlar! Elm və mədəniyyət adına çalışırlar!

İyun ayının 2-si, saat 11:30-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Kainat, Kvant və Beyin" adlı elmi-kütləvi konfrans baş tutacaq. "Elm Azərbaycan" və "Kvant Dünyası" elmi platformalarının təşəbbüsü, Akademik Milli Dram Teatrı, "ORKHANWAY Coaching" və "Astronomy Club"un dəstəyi ilə 550 nəfərlik elmi konfransdır bu. Konfrans zamanı hər kəsi maraqlandıracaq üç əhəmiyyətli mövzu: "Kainat", "Kvant Fizikası" və "Beyin" barədə çıxışlar olacaq.

Konfransda astronom, elmi tədqiqatçı Orxan Əhməd, fizik, elektrik mühəndisi Sadiq Şamilov, araşdırmaçı, neyromarketinq mütəxəssisi, TEDX spikeri Orxan Şahbaz çıxış edəcəklər. Müasir dünyada yaşayan, elmin, texnologiyanın, kainatın, kvant fizikasının və ən əsası beynin məhsullarından faydalanan hər bir fərdin qatılmasının mühüm olduğu tədbirdir.

Elmə, elmi tərəqqiyə dəstək üçün, müasir zamanda müasir məkan kimi uğurlu inkişafa zəmin yaratmaq üçün, hər kəsin ziyalanması üçün atılmış bir addımdır bu konfrans. Hamı qatılmalı, hamı dəstək olmalı ki, bu cür tədbirlər çox olsun! Çox olsun ki, hamı aydınlansın! Hamı aydınlansın ki, azad cəmiyyətdə azad fərdlər kimi yaşayaq!

4843
Teqlər:
sənət, tamaşaçı, serial, film, tamaşa, teatr
Əlaqədar
Mütəxəssis: “Teatrın keyfiyyətindən xalqın taleyi asılıdır”
Teatr və konsert müəssisələri işçilərinin maaşları artırıldı
"ƏSA Teatrı" fəaliyyətini dayandırmaq məcburiyyətindədir
Teatrlar gözləyir ki, dramaturq yetişsin - yazıçı repertuar problemindən danışır
Azərbaycan Türkiyə bayrağları, arxiv şəkli

Azərbaycan Türkiyəyə jest etdi, qardaş ölkə cavabsız qoymadı

0
(Yenilənib 12:01 29.10.2020)
"Türkiyə Cümhuriyyətinin elan edilməsinin 97-ci ildönümündə Can Qardaşımızı Cümhuriyyət Bayramı münasibətilə ürəkdən təbrik edir, səmimi qəlbdən hər zaman azad və firavan yaşamasını diləyirik"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 29 oktyabr — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) qardaş Türkiyə Respublikasını Cümhuriyyət Bayramı münasibətilə təbrik edib. Sputnik Azərbaycan xəbər verir ki, təbrik mesajı qurumun rəsmi "Twitter" hesabında yerləşdirilib.

"Türkiyə Cümhuriyyətinin elan edilməsinin 97-ci ildönümündə Can Qardaşımızı Cümhuriyyət Bayramı münasibətilə ürəkdən təbrik edir, səmimi qəlbdən hər zaman azad və firavan yaşamasını diləyirik. Dünyaya örnək qardaşlığımız var olsun!" – deyə məlumatda bildirilir.

Qardaş ölkə Türkiyənin cavabı da özünü gecikdirməyib. Belə ki, Türkiyə XİN ölkələr arasında qardaşlıq münasibətinin bundan sonra davam edəcəyini bildirib.

0