Çin səddi

"Çin səddi"nin "dirilişi"

114
(Yenilənib 11:49 13.07.2015)

Oxucumuz Səlahəddin Məmmədov aktual siyasi məsələ barədə öz düşüncələrini Sputnik-lə bölüşüb.

Sual olunur: Çin səddini çinlilər kimlərə qarşı tikmişdilər?! Tarixən çinlilər kimlərin təzyiqi altında olmuşdular?! 

Haşiyə:

"Böyük Çin səddi ilk dəfə e.ə. 220-ci ildə Çin imperatoru Çin Şi-Xuandi tərəfindən cəmi on ilə tikilmişdir. Sonralar bu müdafiə xəttinin tikintisi yüz illərlə davam etdirilmişdir. Çin imperatorluğunun əsasını qoyan və Çini ən güclü dövlət kimi formalaşdıran imperator Çin Şi-Xuandi bu nəhəng divarı öz dövlətini şimalda yaşayan köçəri xalqların (o zaman Çinin şimalında qədim türklər yaşayırdılar) qəfil hücumlarından qorumaq üçün çəkdirmişdi."

Regionların  qlobal miqyasda idarə edilməsi üzrə müxtəlif layihələr mövcuddur. Bunlardan biri isə gələcək onillikdə irəli qoyulmuş hədəflərdə daha mühüm rol oynayır. Bu layihə özündə respublikadan imperiyaya doğru irəliləyən və ya seçim qarşısında qalan ABŞ-la öz mövqeyini qorumağa və nüfuz dairəsini genişləndirməyə çalışan Rusiyanın qlobal maraqlarını ehtiva edir. Hal-hazırda dünyada  hərbi baxımdan Rusiya və ABŞ-la müqayisə olunacaq güc yoxdur. Lakin bu belə bir gücün gələcəkdə olmayacağı anlamına gəlməz.

Haşiyə:

Hərbi və strateji mütəxəssislər tərəfindən hazırlanan bu qiymətləndirmədə 50-dən artıq bənd öz əksini tapıb ki,bu qiymətləndirmə dünyada ən tərəfsiz qiymətləndirmə kimi qəbul edilir. Global Firepower İndex-in hazırladığı bu hesabatda yalnız quru,hərbi dəniz və hərbi hava qüvvələrinin təchizatı qiymətləndirilmir. Hesabatda hal-hazırda xidmətdə olan hərbçi və hərbi xidmətə yararlı şəxsi heyət sayı, ordunun maliyyə gücü, ölkənin nəqliyyat infrastrukturu, neftin istehlak səviyyəsi, dövlət borcunun miqdarı və hətta ölkə sərhədlərinin uzunluğu kimi milli təhlükəsizliyə təsir edə biləcək bütün ünsürlər nəzərə alınır. (aşağıdakı şəkildə göstərilib)

Global Firepower İndex-in hazırladığı hesabat
Global Firepower İndex-in hazırladığı hesabat

Və görünən odur ki, həm ABŞ, həm də Rusiya üçün gerçək rəqib ola biləcək potensialda hal-hazırda iki qüvvə var. Bunlardan biri Avropa İttifaqı, digəri isə Çindir. Gəlinən ortaq məxrəc budur ki, sadalanan əsl potensial rəqiblərlə qarşı qarşıya gəlmək uğurlu xarici siyasət olmaz. Buna görə də həm Avropaya, həm də Asiyaya təsir etmə potensialı olan gücə ehtiyac var. Dövrün şərtlərində bu güc Türkiyə Cümhuriyyəti olaraq görünür. Türkiyənin son onillikdə qazandığı iqtisadi və siyasi gücə bu aspektdə baxmaqda fayda var.

Dövlətin iqtisadi gücünün formalaşmasında enerjinin rolu barədə danışarsaq, məlumdur ki, Türkiyə enerji baxımından xaricdən asılı vəziyyətdədir. Və enerji cəhətdən öz təhlükəsizliyini təmin etmək üçün nüvə enerjisindən istifadəyə və bunun üçündə atom elektrik stansiyaları qurmağa yönəlib. Məsələnin diqqəti cəlb edən tərəfi budur ki, Türkiyə hökuməti Mersində inşa edilməli olan ilk Atom elektrik stansiyası üçün Rusiya ilə, Sinopda tikilməsi planlaşdırılan ikinci  AES üçün isə Yaponiya ilə müqavilələr imzalayıb.

Orta Asiya və Xəzər regionu Türkiyə və Rusiya üçün xüsusi əhəmiyyət kəsb edən çoğrafi relyefdə yerləşib. Moskva  Dövlət  Universitetinin  Asiya  və  Afrika  ölkələri üzrə mütəxəssisi  Pavel Şlkovun ifadəsiylə Orta Asiya,Moskva və Ankaranın daha çox "rəqabət" meydanıdır. Ancaq bu coğrafi ərazidə Rusiya və Türkiyənin birlikdə fəaliyyəti regional sabitliyə qarant ola bilər. Bu mənada Şlkov Türkiyənin regionda hərbi qurumlara və hüquq-mühafizə orqanlarına təhsil və təlimdə etdiyi kömək stabilliyin qorunmasına xidmət etdiyini ifadə edir.

Belə ki, regionda Rus-Türk münasibətlərinin qarşılıqlı və sistematik şəkildə aparılması və inkişafı həmin ərazidə yaranacaq hər hansı iqtisadi və siyasi böhranın idarə edilməsini asanlaşdıracaq və regionun inkişafına müsbət təsir edəcəkdir.

Rusiya Strateji Araştırmalar Mərkəzinin Qafqaz üzrə mütəxəssisi Yevqeniy Baxrevskiyə görə "1990-cı illərdə Amerika Türkiyənin post sovet ölkələrinə daxil olmasını və onlarla çoxtərəfli əməkdaşlıq qurmasını dəstəkləyirdi. Çünki İranın təsirindən narahat idi.Türkiyə isə ən azından NATO üzvü və müttəfiq bir ölkə idi."

Günümüzdə də  Çinin təsiri, köhnəlməmiş keçmiş taktikanın həyata keçirilməsini zəruri edir.

P.S. Bir daha xatırladaq ki, məqalədə səslənən fikirlər müəllifə (Səlahəddin Məmmədov) məxsusdur.

114
Bakıda tozlu hava

Diqqət: Başınızı qaldırıb Bakı səmasına baxın!

9104
(Yenilənib 15:23 12.05.2019)
Onlar hər yerdə, hər tərəfdədirlər və onlardan qurtuluş yoxdur

BAKI, 13 may — Sputnik. Ən ləzzətlisi bilirsiniz nədir? Gözəl yaz havasını ciyərlərinə çəkib məsti-xumar olmaq üçün avtomobilin pəncərəsini açmısan. Yenicə bir-iki nəfəs çəkib ciyərlərini yaz mehi ilə nəşələndirmisən ki, küləyin qova-qova gətirdiyi bir topa toz çağırılmamış qonaq kimi özünü pəncərədən içəri soxur. Orda da boş durmaz ki... Haralaradək soxulacağını, harada "park edəcəyini" təsəvvür edirsiniz.

Ya da balkon seyrindəsən. Qarşında pürrəngi çay, beynində hər şeyin yaxşı olduğuna, yaxşı olacağına dair romantik fikirlər. Xəyal dünyasındasan. Lakin sən bu təmənnada ikən, zəhərə dönür hər şey – balkondakılar da, beynindəkilər də. Aqlayından ayrılmağın acısını çıxarmağa yer axtaran toz dənəcikləri, Çingiz xanın monqolları kimi bir göz qırpımında çökürlər üzərinə.

Onlar hər yerdə, hər tərəfdədirlər: Parkda körpəsini gəzdirən qadınlar da, küçədə iş-güc arxasınca şütüyən kişilər də, açıq və qapalı məkanlarda alver edən tacirlər də, otağın pəncərəsini azacıq aralı qoyub xəstəsini müayinə edən həkimlər də, müayinə olunan xəstələr də, qaçanlar da, duranlar da... şəhərimizə təşrif buyurmuş turistlər də onların qurbanlarıdır. Onlardan qurtuluş yoxdur!

Bakını bürümüş toz duman
©Karikatura
Bakını bürümüş toz duman

... Ay gözəl insanlar! Bir şəhəri nə qədər rəndələmək olar? Bir şəhərdəki binaları, keçidləri, körpüləri, tunelləri, divarları nə qədər laqundalamaq, qazımaq, sürtmək, ağartmaq və qaraltmaq olar? Eyni prosesləri eyni yerlərdə eyni qaydada dönə-dönə təkrarlamaq hansı arzunun məhsuludur? Axı nə vaxtadək?

Bakı küləklər şəhəridir. Burada yanvarın şaxtasında da külək vıyıldayır, avqustun cırcırında da. Burada gah Xəzri at oynadır, gah Gilavar. Bu, yerləşdiyi coğrafi məkandan dolayı şəhərimizin alnına yazılan taledir. Və kimsə təbii qanunauyğunluğu dəyişdirə bilməz.

Bəs, bunları bilə-bilə yeri-göyü qazıyıb, qalaq-qalaq toz yaratmaq (həm də kimyəvi – zərərli toz), həmin zəhər topalarının şəhərin dörd bir yanına yayıldığını görə-görə, əməlindən bircə addım geri durmamaq hansı xoş niyyətdən xəbər verə bilər, siz Allah?

Bir dönün ətrafınıza baxın. Bu şəhərin ağacları belə, bombozdur, budaqlarından qaramat sallanır. Yerə baxın, dizdən aşağı şalvarınız küçədə qalaqlanmış toz-torpağın içindədir. Başınızı qaldırın, şəhərimizin səmasını seyr edin, görün nələr görəcəksiniz. Görün, mavi səmanın üzü necə bozarıb, qanı necə qaralıb. Görəcəksiniz ki, göyün üzündən üstümüzə zəhrimar tökülür.

Və sonra düşünün. Əgər bizə, özünüzə, şəhərimizə qarşı azacıq rəhminiz yaranarsa, əl saxlayın, üstünüzdəki toz-torpağı çırpın, yuyunun, qəşəng bir pürrəngi çay içə-içə, hər şeyin yaxşı olduğu, yaxşı olacağı barədə xəyallara dalın. Yox əgər rəhm-filan duyğusu gəlib çıxmazsa, o zaman ətrafa, yerə, göyə baxmaqla itirdiyiniz vaxta heyfslənin, o itkini kompensasiya etmək üçün daha əzmlə işinizə davam edin.

"Kolay gəlsin"...?

9104
Teqlər:
səma, yer, balkon, bina, küçə, toz
Əlaqədar
Ölkə ərazisini yenə toz-duman bürüyüb
Paytaxt və yarımadanın havası qatılaşır, toz normanı 4.5 dəfə üstələyir
Bakıda normadan 1.3 dəfə artıq toz var
Toz barədə daha bir xoşagəlməz məlumat gəldi
Paytaxt üçün növbəti toz xəbərdarlığı verildi
Akademik Milli Dram Teatrının ətrafında aparılan abadlıq və yenidənqurma işləri

İyun ayının 2-si çox maraqlı olacaq, çox!

4845
(Yenilənib 17:16 07.05.2019)
Hamı qatılmalı, hamı dəstək olmalı ki, bu cür tədbirlər çox olsun

BAKI, 10 may — Sputnik. 30 ilə yaxındır ki, Azərbaycan teatrı tamaşaçı problemi yaşayır. Əlbəttə, bu məsələdə teatr adamlarının da çoxlu günahları var. Bu barədə əvvəlki yazılarımda xeyli qeyd etmişəm deyə, indi təkrarçılıq etmək istəmirəm.

Amma həmişə bir sual məni narahat edir: Teatr adamları öz səhvlərini düzəltsələr, teatra azadlıq verilsə və müstəqil yaradıcılıq eşqi ilə mükəmməl sənət nümunələri ərsəyə gəlsə, o zaman xalq teatra gedərmi?

Məsələ təkcə teatr deyil. Kinoteatrlarda da eyni problem var. Deyəcəksiz ki, kinoteatrlar son zaman kifayət qədər tamaşaçı kütləsi cəlb edib. Biletləri satılır, yerləri dolu olur, seansların sayı artır və s.

Lakin diqqət edilməsi gərəkən nüans budur ki, bu izdahamlar hansı filmlərin nümayişində olur? Yerli və Türkiyənin bayağı komediyalarının, bir də əhəmiyyətsiz kədərə, göz yaşına hesablanmış ailə-məişət və eşq dramlarının nümayişlərindən başqa nədə görmüsüz bu izdihamı? Hansı psixoloji-fəlsəfi filmin nümayişi zamanı zal dolub-daşıb?

Hansısa ciddi sənətkarımızın konserti ildə bir dəfə və bir gün keçirildiyi halda, musiqi və sənət adı ilə ortalığa atılanların ildə beş-altı dəfə, on gün ard-arda konserti olur. Bu kütləvi bayağılaşmanın ciddi faciəvi nəticələri bizi gözləyir.

Elmi tədbirlərə, seminarlara, konfranslara isə Azərbaycanda çox nadir hallarda rast gəlirik. Hərçənd, bu cür tədbirlər çox olmalı, hamısının auditoriyası dolub-daşmalıdır. Populyar və ya yaradıcı elmlə məşğul olan adamlara bu ölkədə heç bir şərait yaradılmır ki, öz biliklərini başqaları ilə paylaşa bilsinlər. Onların sosial şəbəkələrdən və video portallardan başqa heç bir səhnəsi yoxdur.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
© Official website of President of Azerbaijan Republic

Ölkədəki teatrların, sarayların, konsert zallarının icarə qiyməti fantastik həddədir. Eybi yox, bu mədəni obyektlərin qiyməti hər yerindən durub sənət adı ilə səhnəyə çıxmaq istəyənlər üçün fantastik həddə olsun. Amma ciddi sənətkarlar üçün və elm adamları üçün hətta ödənişsiz olmalıdır. Dövlətin sənət və elm xadimlərinə dəstəyi belə məqamlarda görünməlidir.

Mədəniyyət Nazirliyinin məsul şəxsləri öz çıxışlarında elmə və sənətə, gənclərə dəstəkdən danışırlar. Bir gənc hansısa seminar üçün onlardan məkan istəsə, şəxsi mülklərini satışa çıxarırmış kimi qiymət oxuyurlar.

İndi bu cür çətinliklərin içində, cəmiyyət biganəliyi ilə məsul şəxslərin fürsətdən istifadəsi arasında, öz gücünə, öz hesabına kimlərsə nəsə etməyə çalışır. Hansı ki, bunu edən gənclər gələcək aydın nəsillərin indiki əcdadıdır. O gənclər ki, bu qədər məşəqqətlərə rəğmən, tədbir hazırlayırlar, seminarlar, konfranslar keçirirlər. Maarifçiliklə məşğul olurlar. Azdırlar, amma varlar! Elm və mədəniyyət adına çalışırlar!

İyun ayının 2-si, saat 11:30-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Kainat, Kvant və Beyin" adlı elmi-kütləvi konfrans baş tutacaq. "Elm Azərbaycan" və "Kvant Dünyası" elmi platformalarının təşəbbüsü, Akademik Milli Dram Teatrı, "ORKHANWAY Coaching" və "Astronomy Club"un dəstəyi ilə 550 nəfərlik elmi konfransdır bu. Konfrans zamanı hər kəsi maraqlandıracaq üç əhəmiyyətli mövzu: "Kainat", "Kvant Fizikası" və "Beyin" barədə çıxışlar olacaq.

Konfransda astronom, elmi tədqiqatçı Orxan Əhməd, fizik, elektrik mühəndisi Sadiq Şamilov, araşdırmaçı, neyromarketinq mütəxəssisi, TEDX spikeri Orxan Şahbaz çıxış edəcəklər. Müasir dünyada yaşayan, elmin, texnologiyanın, kainatın, kvant fizikasının və ən əsası beynin məhsullarından faydalanan hər bir fərdin qatılmasının mühüm olduğu tədbirdir.

Elmə, elmi tərəqqiyə dəstək üçün, müasir zamanda müasir məkan kimi uğurlu inkişafa zəmin yaratmaq üçün, hər kəsin ziyalanması üçün atılmış bir addımdır bu konfrans. Hamı qatılmalı, hamı dəstək olmalı ki, bu cür tədbirlər çox olsun! Çox olsun ki, hamı aydınlansın! Hamı aydınlansın ki, azad cəmiyyətdə azad fərdlər kimi yaşayaq!

4845
Teqlər:
sənət, tamaşaçı, serial, film, tamaşa, teatr
Əlaqədar
Mütəxəssis: “Teatrın keyfiyyətindən xalqın taleyi asılıdır”
Teatr və konsert müəssisələri işçilərinin maaşları artırıldı
"ƏSA Teatrı" fəaliyyətini dayandırmaq məcburiyyətindədir
Teatrlar gözləyir ki, dramaturq yetişsin - yazıçı repertuar problemindən danışır
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu

Çavuşoğlu: "Qarabağa səfərlərə Azərbaycan icazə verməlidir"

0
Türkiyə XİN başçısı Rusiya Federasiyasını Qarabağdakı sülhməramlıların statusunu müəyyənləşdirməyə çağırıb.

BAKI, 15 yanvar — Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilən rusiyalı sülhməramlıların fəaliyyətinə münasibət bildirib.

"Report" xəbər verir ki, o, Pakistandan qayıdarkən jurnalistlərin məsələ ilə bağlı sualını cavablandırıb.

Çavuşoğlu qeyd edib ki, məsələni Rusiya rəhbərliyi ilə müzakirə ediblər: “Siz sülhməramlı olaraq oradasınız. Kimin gəlib-getdiyi məsələsində qərar vermənin məsuliyyəti sizdə deyil” dedik”.

Onun sözlərinə görə, sülhməramlıların sayı ilə bağlı Azərbaycan Türkiyəyə hər hansısa narazılığını bildirməyib:

“Bu məsələ ilə bağlı Azərbaycandan şikayət gəlməyib. Əsas məsələ Rusiyanın Laçın dəhlizindən istifadəyə icazə verilməsindəki roludur. O da bunun üçün Azərbaycandan icazə almalıdır. Qarabağ Azərbaycan torpağıdır. Sabah hər hansısa bir status-kvo müəyyən edilsə də, yenə də Azərbaycanın sərhədləri çərçivəsində olacaq. Bu səbəbdən Azərbaycandan icazəsiz bunları etməməsi lazımdır”.

Nazir həmçinin deyib ki, Türkiyə Qarabağdakı Rusiya sülhməramlılarının statusu ilə əlaqədar razılaşma imzalamağa Rusiyanı təşviq edir. “Gələcəkdə ehtiyac olarsa, Azərbaycan ilə ikitərəfli razılaşma əldə edərək lazımi dəstəyi hər zaman verə bilərik”, - o vurğulayıb.

0