Boks əlcəyi

Dörd boksçumuz finala vəsiqə qazanıb

10
Bu gün Bakı-2015 I Avropa Oyunlarında boks yarışlarının daha 10 çəki dərəcəsində döyüşlər keçirilir.

BAKI, 26 iyun — Sputnik. Bu gün Bakı-2015 I Avropa Oyunlarında boks yarışlarının daha 10 çəki dərəcəsində döyüşlər keçirilir.

Kişilər arasında 60 kq çəki dərəcəsində Azərbaycan təmsilçisi Albert Səlimov yarımfinalda gənc rəqibi Sin Makkombla (İrlandiya) döyüşüb və  3:0 (29:28; 30:27; 29:28) hesabı ilə qalib gələrək, finalda iştirak hüququ qazanıb.

Rio Olimpiadasına lisenziyanı təmin edən Səlimov həlledici görüşdə Sofian Oumina (Fransa) ilə qüvvəsini sınayacaq.

69 kq çəkidə Pərviz Bağırov yarımfinalda rəqibi Böyük britaniyalı Joş Kelliyə qalib gəlib —  3:0 (29:28; 30:27; 30:27). Həmyerlimiz finalda rusiyalı Aleksandr Besputinlə üz-üzə gələcək.

75 kq çəkidə Xaybula Musalov yarımfinalda Macarıstan təmsilçisi Zoltan Harksı 2:1 (29:28; 29:28; 27:30) hesabı ilə məğlub edib. O, finalda  Mixael O Reylli (İrlandiya) ilə gücünü yoxlayacaq.

91 kq çəkidə isə Abdulqadir Abdullayev rusiyalı Sadam Maqomedovə qalib gələrək finala vəsiqə qazanıb.

64 kq çəkidə Collazo Sotomayor və 52 kq çəkidə Elvin Məmişzadə isə bu gün final mərhələsində mübarizə aparacaqlar.

10
Bakı 2015 könüllüləri

Azərbaycan tarixinin ən böyük tədbirinin könüllülərini təltif etdilər

47
(Yenilənib 23:33 01.07.2015)
Təqdim olunan sertifikatda "Azərbaycan tarixinin ən böyük tədbirində" əhəmiyyətli rol oynadıqları üçün könüllülərə BEGOC adından minnətdarlıq olunub.

BAKI, 1 iyul — Sputnik. Bu gün Bakı Biznes Mərkəzində Birinci Avropa Oyunlarında könüllü olmuş gənclərin təltif olunması mərasimi keçirilib.

Tədbirdə 10 mindən artıq könüllü iştirak edib. Gənclərə Bakı-2015-in Mərasimlər direktoru Katerine Uqvu və Mərasimlərin icraçı prodüsseri Skott Qivens-in imzası ilə "Təşəkkür sertifikatı" təqdim edilib. Sertifikatda "Azərbaycan tarixinin ən böyük tədbirində" əhəmiyyətli rol oynadıqları üçün onlara BEGOC adından minnətdarlıq olunub.

Bundan əlavə, könüllülərə "Park Cinema"ya bilet verilib.

47
Bakı Fəvvarələr meydanı

İyunda 30 minədək əcnəbi ölkəmizdə olub

47
(Yenilənib 15:08 01.07.2015)
Avropa Oyunlarında tamaşaçı qismində iştirak etmək üçün bilet alan əcnəbilər sırasında Rusiya Federasiyası, Böyük Britaniya və Şimali İrlandiya Krallığı, Almaniya, Hollandiya, İtaliya, İsveçrə, İspaniya, ABŞ və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları üstünlük təşkil ediblər.

BAKI, 1 iyul — Sputnik. Avropa Oyunlarında tamaşaçı qismində iştirak etmək üçün bilet alan əcnəbilər sırasında Rusiya Federasiyası, Böyük Britaniya və Şimali İrlandiya Krallığı, Almaniya, Hollandiya, İtaliya, İsveçrə, İspaniya, ABŞ və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları üstünlük təşkil ediblər. 

Bu barədə Sputnik-ə məlumat XİN mətbuat xidmətindən verilib.

Məlumatda bildirlir ki, Azərbaycan Respublikası Prezidentinin “Birinci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” 675 nömrəli 8 avqust 2014-cü il tarixli Sərəncamının tələblərinə əsasən Xarici İşlər Nazirliyinin üzərinə düşən vəzifələrin, xüsusilə konsulluq və viza təminatı məsələlərinin icrası üçün zəruri tədbirlər görülüb.

Beynəlxalq ictimaiyyət tərəfindən Avropa Oyunlarına göstərilən yüksək marağın göstəricisidir ki, Oyunlarda iştirak etmək üçün ölkəmizə səfər etmiş əcnəbilərin sayı 28.000 nəfərdən artıq olub.

Birinci Avropa Oyunlarında tamaşaçı qismində iştirak etmək üçün ölkəmizə səfər etmiş əcnəbi vətəndaşlara bilet və ya biletin alınmasını təsdiq edən sənəd əsasında Oyunların açılışına 10 gün qalmışdan başlayaraq 2-28 iyun tarixlərində Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi tərəfindən operativ qaydada viza rəsmiləşdirilməsi həyata keçirilib.

47
Volkswagen ID.4

Bu ilin ən yaxşı avtomobili elan olundu

0
(Yenilənib 23:53 22.04.2021)
2021-ci ildə heç bir maşın onu qabaqlaya bilmədi: Bu alman avtomobil markası Yaponiya istehsalı olan iki rəqibini xeyli geridə qoyub.

BAKI, 23 aprel — Sputnik. "World Car Awards"-un münsiflər heyəti elektrikli heçbek "Volkswagen ID.4"-ü 2021-ci ilin ən yaxşı avtomobili elan edib. Səsvermənin nəticələri müsabiqənin saytında yerləşdirilib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadla məlumat yayıb.

"Bu böyük qələbə münasibətilə "Volkswagen"-i ürəkdən təbrik edirik. Yalnız üçüncü elektrikli avtomobil (yarış tarixində) bu prestijli mükafatı qazandı!", – deyə təşkilatçılar müsabiqənin "Twitter"-dəki səhifəsində yazıblar.

"Volkswagen"-in əsas rəqibləri "Toyota Yaris" və elektrikli "Honda E" olub. Qalib 798 bal, digər avtomobillər isə müvafiq olaraq 742 və 732 bal toplaylıblar.

Bununla belə, "Honda E" "Ən yaxşı şəhər avtomobili" adına layiq görülüb.

Bundan başqa, "Porsche 911 Turbo" "Ən yüksək performanslı", "Mercedes-Benz S-Class" "Ən dəbdəbli" və "Land Rover Defender" ən yaxşı dizayna malik avtobil kimi mükafata layiq görülüb.

Qeyd edək ki, "World Car Awards"-un versiyasına əsasən, 2020-ci ildə ən yaxşı avtomobil mükafatını "Kia Telluride" qazanmışdı.

0