Марина Дурунда

Bədii gimnast Marina Durundadan gümüş medal!

50
(Yenilənib 19:39 21.06.2015)
Azərbaycanlı gimnast Marina Durunda lentlə hərəkətlərdə gümüş medala yiyələnib.

BAKI, 21 iyun — Sputnik. Bədii gimnastika üzrə Azərbaycan millisi Bakı-2015 Avropa Oyunlarını mükafatla başa vurub. Azərbaycanlı gimnast Marina Durunda lentlə hərəkətlərdə gümüş medala yiyələnib.

Sputnik-in məlumatına görə, bu, Azərbaycan millisinin Bakı-2015 I Avropa Oyunlarında sayca 35-ci medalı olub.

Çıxışı 18,200 xalla qiymətləndirilən idmançı 3-cü cəhdində yalnız rusiyalı Yana Kudryavtsevadan (19,000) geri qalaraq, yarışı 2-ci pillədə başa vurub. Bürünc medala isə gürcüstanlı Salome Pajava (17,950) yiyələnib.

Bu gün Bakı-2015 I Avropa Oyunlarının bədii gimnastika yarışlarında daha 5 dəst medal sahibini tapıb. Ayrı-ayrı alətlərlə (həlqə, lent, top, gürzlər) fərdi yarışlarda, qruplar isə 2 növdə (gürzlər və həlqələr, lent) qüvvəsini sınayıb. 

Azərbaycan təmsilçilərindən yalnız Marina Durunda xalça üzərində çıxıb. Millimizin lideri digər 2 alətlə hərəkətini medalsız bitirib. Belə ki, idmançımız həlqə ilə çıxışda 17,800 xal əldə edib. O, bu nəticə ilə 5-ci yeri tutub. Mükafatları rusiyalı Marqarita Mamun (18,850), belaruslu Melitina Stanyuta (18,500) və israilli Nata Rıvkin (18,150) qazanıb.

Topla hərəkətlərdə isə gimnastımızın çıxışı 16,100 xalla qiymətləndirilib. Marina final mərhələsini 6-cı yerdə başa vurub. Bu hərəkətdə ilk “üçlüy”ü rusiyalı Yana Kudryavtseva (18,950), ukraynalı Anna Rizatdinova (18,250) və belaruslu Melitina Stanyuta (18,200) təşkil edib.

50
Bakı 2015 könüllüləri

Azərbaycan tarixinin ən böyük tədbirinin könüllülərini təltif etdilər

47
(Yenilənib 23:33 01.07.2015)
Təqdim olunan sertifikatda "Azərbaycan tarixinin ən böyük tədbirində" əhəmiyyətli rol oynadıqları üçün könüllülərə BEGOC adından minnətdarlıq olunub.

BAKI, 1 iyul — Sputnik. Bu gün Bakı Biznes Mərkəzində Birinci Avropa Oyunlarında könüllü olmuş gənclərin təltif olunması mərasimi keçirilib.

Tədbirdə 10 mindən artıq könüllü iştirak edib. Gənclərə Bakı-2015-in Mərasimlər direktoru Katerine Uqvu və Mərasimlərin icraçı prodüsseri Skott Qivens-in imzası ilə "Təşəkkür sertifikatı" təqdim edilib. Sertifikatda "Azərbaycan tarixinin ən böyük tədbirində" əhəmiyyətli rol oynadıqları üçün onlara BEGOC adından minnətdarlıq olunub.

Bundan əlavə, könüllülərə "Park Cinema"ya bilet verilib.

47
Bakı Fəvvarələr meydanı

İyunda 30 minədək əcnəbi ölkəmizdə olub

47
(Yenilənib 15:08 01.07.2015)
Avropa Oyunlarında tamaşaçı qismində iştirak etmək üçün bilet alan əcnəbilər sırasında Rusiya Federasiyası, Böyük Britaniya və Şimali İrlandiya Krallığı, Almaniya, Hollandiya, İtaliya, İsveçrə, İspaniya, ABŞ və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları üstünlük təşkil ediblər.

BAKI, 1 iyul — Sputnik. Avropa Oyunlarında tamaşaçı qismində iştirak etmək üçün bilet alan əcnəbilər sırasında Rusiya Federasiyası, Böyük Britaniya və Şimali İrlandiya Krallığı, Almaniya, Hollandiya, İtaliya, İsveçrə, İspaniya, ABŞ və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları üstünlük təşkil ediblər. 

Bu barədə Sputnik-ə məlumat XİN mətbuat xidmətindən verilib.

Məlumatda bildirlir ki, Azərbaycan Respublikası Prezidentinin “Birinci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” 675 nömrəli 8 avqust 2014-cü il tarixli Sərəncamının tələblərinə əsasən Xarici İşlər Nazirliyinin üzərinə düşən vəzifələrin, xüsusilə konsulluq və viza təminatı məsələlərinin icrası üçün zəruri tədbirlər görülüb.

Beynəlxalq ictimaiyyət tərəfindən Avropa Oyunlarına göstərilən yüksək marağın göstəricisidir ki, Oyunlarda iştirak etmək üçün ölkəmizə səfər etmiş əcnəbilərin sayı 28.000 nəfərdən artıq olub.

Birinci Avropa Oyunlarında tamaşaçı qismində iştirak etmək üçün ölkəmizə səfər etmiş əcnəbi vətəndaşlara bilet və ya biletin alınmasını təsdiq edən sənəd əsasında Oyunların açılışına 10 gün qalmışdan başlayaraq 2-28 iyun tarixlərində Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi tərəfindən operativ qaydada viza rəsmiləşdirilməsi həyata keçirilib.

47
Biznes  ledi

İllərin sənətçisi yeni biznesə başlayıb

0
(Yenilənib 23:45 04.12.2020)
Sayan istehsalına yenicə başladıqları məhsul haqqında məlumat da verib. Müğənninin bildirdiyinə görə, sözügedən odekolon öd ağacından hazırlanıb

BAKI, 4 dekabr — Sputnik. Türkiyəli müğənni Seda Sayan yeni biznesə başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sənətçi öz adı ilə istehsal olunan ətirli kolonyanı satışa çıxarmağa hazırlaşır.

View this post on Instagram

A post shared by Seda Sayan (@sedasayan)

Artıq Seda məhsullarla çəkdirdiyi fotosunu özünün "Instagram" səhifəsində paylaşıb. O, istehsalına yenicə başladıqları məhsul haqqında məlumat da verib. Müğənninin bildirdiyinə görə, sözügedən odekolon öd ağacından hazırlanıb. Qeyd edək ki, kolonya qutusunun üzərində Seda Sayanın şəkli yer alıb.

0