BAKI, 16 iyun — Sputnik. Voleybol üzrə Azərbaycanın milli komandası Avropa Oyunlarında ikinci görüşünə çıxıb.
Millilərimiz bu dəfə Polşa voleybolçuları ilə qarşılaşıblar. Görüş 3:0 (28:26, 25:16, 25:23) hesabı ilə Azərbaycan yığmasının xeyrinə başa çatıb.
Azərbaycan voleybolçuları ilk görüşdə Rumıniya yığmasına 3:0 hesabı ilə qalib gəlmişdilər.
BAKI, 1 iyul — Sputnik. Bu gün Bakı Biznes Mərkəzində Birinci Avropa Oyunlarında könüllü olmuş gənclərin təltif olunması mərasimi keçirilib.
Tədbirdə 10 mindən artıq könüllü iştirak edib. Gənclərə Bakı-2015-in Mərasimlər direktoru Katerine Uqvu və Mərasimlərin icraçı prodüsseri Skott Qivens-in imzası ilə "Təşəkkür sertifikatı" təqdim edilib. Sertifikatda "Azərbaycan tarixinin ən böyük tədbirində" əhəmiyyətli rol oynadıqları üçün onlara BEGOC adından minnətdarlıq olunub.
Bundan əlavə, könüllülərə "Park Cinema"ya bilet verilib.
BAKI, 1 iyul — Sputnik. Avropa Oyunlarında tamaşaçı qismində iştirak etmək üçün bilet alan əcnəbilər sırasında Rusiya Federasiyası, Böyük Britaniya və Şimali İrlandiya Krallığı, Almaniya, Hollandiya, İtaliya, İsveçrə, İspaniya, ABŞ və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları üstünlük təşkil ediblər.
Bu barədə Sputnik-ə məlumat XİN mətbuat xidmətindən verilib.
Məlumatda bildirlir ki, Azərbaycan Respublikası Prezidentinin “Birinci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” 675 nömrəli 8 avqust 2014-cü il tarixli Sərəncamının tələblərinə əsasən Xarici İşlər Nazirliyinin üzərinə düşən vəzifələrin, xüsusilə konsulluq və viza təminatı məsələlərinin icrası üçün zəruri tədbirlər görülüb.
Beynəlxalq ictimaiyyət tərəfindən Avropa Oyunlarına göstərilən yüksək marağın göstəricisidir ki, Oyunlarda iştirak etmək üçün ölkəmizə səfər etmiş əcnəbilərin sayı 28.000 nəfərdən artıq olub.
Birinci Avropa Oyunlarında tamaşaçı qismində iştirak etmək üçün ölkəmizə səfər etmiş əcnəbi vətəndaşlara bilet və ya biletin alınmasını təsdiq edən sənəd əsasında Oyunların açılışına 10 gün qalmışdan başlayaraq 2-28 iyun tarixlərində Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi tərəfindən operativ qaydada viza rəsmiləşdirilməsi həyata keçirilib.
BAKI, 13 aprel — Sputnik. Qarabağda "İskəndər – M" komplekslərinin tapılması məsələsi hərbçilərin xətti ilə müzakirə olunur. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Hərbçilər bu məsələ ilə bağlı sıx dialoq vəziyyətindədirlər. Bu çərçivədə bütün müvafiq məsələlər müzakirə olunur", - deyə Peskov "Kreml məktub alıbmı və bu məsələ iki ölkə prezidentlərinin telefon danışığı zamanı müzakirə olunubmu?" sualını cavablandırarkən bildirib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə Qarabağda "İskəndər-M" raketlərinin qalıqlarının aşkar olunması barədə məlumatı müzakirə etdiyini bildirib.
Azərbaycanın Müdafiə Nazirliyi Rusiyanın Müdafiə Nazirliyinə rəsmi məktub ünvanlayıb.
"Aprelin 1-də mənim rusiyalı həmkarım Vladimir Putinlə telefon danışığım olub. Adətən, bildiyiniz kimi, telefon danışıqlarının məzmunu iki tərəf arasında razılaşdırılır, birgə, razılaşdırılmış məlumat verilir. Lakin mən Azərbaycan xalqından heç nə gizlətmirəm və hesab edurəm ki, Azərbaycan xalqı hər şeyi bilməlidir. Biz bu məsələni müzakirə etmişik (Putinlə)", - deyə İlham Əliyev "Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda çıxışında bildirib.
"Mənim göstərişimlə Azərbaycanın Müdafiə Nazirliyi şəkillərlə, sübutlarla birlikdə rəsmi məktub göndərib. Lakin biz hələ heç bir cavab almamışıq", - deyə dövlət başçısı bildirib.
Prezident rəsmi Yerevanın adı çəkilən raketlərdən istifadə olunması barədə bəyanatını "qəribə" adlandırıb.
"Onlar gah partlamamış raketlər barədə danışırlar, gah deyirlər ki, bu sirdir. Deməli, raketlər istifadə olunub. Biz Yerevandan rəsmi cavab gözləyirik. Mən sizə hələ bundan artığını deyəcəyəm: bizdə kifayət qədər sübut var, lakin biz rəsmi izahatları gözləyəcəyik", - deyə Əliyev vurğulayıb.