Elman Muxtarov

Elman Muxtarov bu dəfə erməniyə qalib gələrək bürünc qazandı

292
(Yenilənib 22:10 13.06.2015)
Bakı-2015-də yunan-roma güləşində 59 kq çəkidə ölkəmizi təmsil edən dünya və ikiqat Avropa çempionu Elman Muxtarov ermənistanlı Roman Amoyana qalib gəlib.

BAKI, 13 iyun — Sputnik. Bakı-2015-də yunan-roma güləşində 59 kq çəkidə ölkəmizi təmsil edən dünya və ikiqat Avropa çempionu Elman Muxtarov ermənistanlı Roman Amoyana 9:1 hesabı ilə qalib gəlib. 

Beləliklə, Muxtarov yarışların bürünc medalını qazanıb. 

Təsnifat mərhələsindən azad olan həmyerlimiz 1/8 finalda gürcüstanlı Gizo Meladze ilə qarşılaşıb. Qarşılaşma Muxtarov üçün elə də çətin alınmayıb. Hər 2 hissədə rəqibindən üstün olan güləşçimiz 5:3 hesabı ilə qələbə qazanaraq, 1/4 finala yüksəlib. Elman yarımfinala gedən yolda norveçli Stiq-Andre Berqlə üz-üzə gəlib. Gərgin keçən döyüşdə həmyerlimiz qələbəni bayram edib — 7:6.

Amma o, finala gedən yolda büdrəyib. Muxtarov yarımfinal səddini keçmək üçün Rusiyanı təmsil edən erməni əsilli Stepan Maryanyanla üz-üzə gəlib və 3:11 hesabı ilə uduzub.

292
Teqlər:
çempion, gərgin, təmsil, qarşılaşma, bürünc medal, erməni, yarımfinal, təsnifat mərhələsi, ermənistanlı, gürcüstanlı, Avropa oyunları, Güləş, Stiq-Andre Berq, Roman Amoyan, Gizo Meladze, Stepan Maryanyan, Elman Muxtarov, Rusiya, Ermənistan, Azərbaycan
Bakı 2015 könüllüləri

Azərbaycan tarixinin ən böyük tədbirinin könüllülərini təltif etdilər

47
(Yenilənib 23:33 01.07.2015)
Təqdim olunan sertifikatda "Azərbaycan tarixinin ən böyük tədbirində" əhəmiyyətli rol oynadıqları üçün könüllülərə BEGOC adından minnətdarlıq olunub.

BAKI, 1 iyul — Sputnik. Bu gün Bakı Biznes Mərkəzində Birinci Avropa Oyunlarında könüllü olmuş gənclərin təltif olunması mərasimi keçirilib.

Tədbirdə 10 mindən artıq könüllü iştirak edib. Gənclərə Bakı-2015-in Mərasimlər direktoru Katerine Uqvu və Mərasimlərin icraçı prodüsseri Skott Qivens-in imzası ilə "Təşəkkür sertifikatı" təqdim edilib. Sertifikatda "Azərbaycan tarixinin ən böyük tədbirində" əhəmiyyətli rol oynadıqları üçün onlara BEGOC adından minnətdarlıq olunub.

Bundan əlavə, könüllülərə "Park Cinema"ya bilet verilib.

47
Bakı Fəvvarələr meydanı

İyunda 30 minədək əcnəbi ölkəmizdə olub

47
(Yenilənib 15:08 01.07.2015)
Avropa Oyunlarında tamaşaçı qismində iştirak etmək üçün bilet alan əcnəbilər sırasında Rusiya Federasiyası, Böyük Britaniya və Şimali İrlandiya Krallığı, Almaniya, Hollandiya, İtaliya, İsveçrə, İspaniya, ABŞ və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları üstünlük təşkil ediblər.

BAKI, 1 iyul — Sputnik. Avropa Oyunlarında tamaşaçı qismində iştirak etmək üçün bilet alan əcnəbilər sırasında Rusiya Federasiyası, Böyük Britaniya və Şimali İrlandiya Krallığı, Almaniya, Hollandiya, İtaliya, İsveçrə, İspaniya, ABŞ və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları üstünlük təşkil ediblər. 

Bu barədə Sputnik-ə məlumat XİN mətbuat xidmətindən verilib.

Məlumatda bildirlir ki, Azərbaycan Respublikası Prezidentinin “Birinci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” 675 nömrəli 8 avqust 2014-cü il tarixli Sərəncamının tələblərinə əsasən Xarici İşlər Nazirliyinin üzərinə düşən vəzifələrin, xüsusilə konsulluq və viza təminatı məsələlərinin icrası üçün zəruri tədbirlər görülüb.

Beynəlxalq ictimaiyyət tərəfindən Avropa Oyunlarına göstərilən yüksək marağın göstəricisidir ki, Oyunlarda iştirak etmək üçün ölkəmizə səfər etmiş əcnəbilərin sayı 28.000 nəfərdən artıq olub.

Birinci Avropa Oyunlarında tamaşaçı qismində iştirak etmək üçün ölkəmizə səfər etmiş əcnəbi vətəndaşlara bilet və ya biletin alınmasını təsdiq edən sənəd əsasında Oyunların açılışına 10 gün qalmışdan başlayaraq 2-28 iyun tarixlərində Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi tərəfindən operativ qaydada viza rəsmiləşdirilməsi həyata keçirilib.

47
Londonda küçələrin birində, arxiv şəkli

Min illərin sirli qətlinin üstü açıldı

0
(Yenilənib 00:04 12.07.2020)
Vendover yaxınlığındakı Uelvik fermasında aparılan qazıntılar zaman kişi skeleti tapılıb. O üzü üstə yerə basdırılıb və əlləri kürəyinin arxasına bağlanıb.

BAKI, 12 iyul — Sputnik. Böyük Britniyada sürətli bir yol çəkmək üçün layihə üzərində çalışan arxeoloqlar, dəmir dövrünə aid insan skeleti tapıblar.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, insan qalıqlarının üzü üstə olması və əllərinin arxadan bağlı olması onun qətlə yetirildiyini sübut edir. Bu barədə layihənin rəsmi saytında məlumat verilib.

Vendover yaxınlığındakı Uelvik fermasında aparılan qazıntılar zaman kişi skeleti tapılıb. O üzü üstə yerə basdırılıb və əlləri kürəyinin arxasına bağlanıb. Bu cür qeyri-adi dəfn üsulu insanın qətl və ya edam qurbanı olduğunu göstərir.

Doktor Reyçel Vuud tapıntını sirli adlandırıb. O, mütəxəssislərin bu ölümün səbəbləri barədə məlumat verə biləcəyinə ümid etdiyini bildirib.

Bununla yanaşı, arxeoloqlar bu ərazidə neolit ​​dövründən orta əsrlərə qədər dörd min il davam edən qədim insanların fəaliyyətlərinin izlərini aşkar ediblər. Belə ki, burada Stounhencə bənzəyən taxtadan hazırlanmış diametri 65 metr olan dəyirmi abidə tapılıb.

Digər maraqlı bir tapıntı, bir qurğuşun tabutdakı skelet olub. Alimlərin fikrincə, bu şəxs yüksək statusa sahib olub. Çünki belə bir bahalı dəfn üsulunu ödəmək üçün imkanları olmalıdır.

0