BAKI, 13 iyun — Sputnik. İlk Avropa oyunlarında birinci oyununa çıxan Azərbaycanın milli voleybol komandası qələbə qazanıb.
Millilərimiz rumıniyalı voleybolçuları məğlub ediblər.
Görüş 3:1 (25:20, 25:18, 27:29, 25:15) hesabı ilə başa çatıb.
BAKI, 1 iyul — Sputnik. Bu gün Bakı Biznes Mərkəzində Birinci Avropa Oyunlarında könüllü olmuş gənclərin təltif olunması mərasimi keçirilib.
Tədbirdə 10 mindən artıq könüllü iştirak edib. Gənclərə Bakı-2015-in Mərasimlər direktoru Katerine Uqvu və Mərasimlərin icraçı prodüsseri Skott Qivens-in imzası ilə "Təşəkkür sertifikatı" təqdim edilib. Sertifikatda "Azərbaycan tarixinin ən böyük tədbirində" əhəmiyyətli rol oynadıqları üçün onlara BEGOC adından minnətdarlıq olunub.
Bundan əlavə, könüllülərə "Park Cinema"ya bilet verilib.
BAKI, 1 iyul — Sputnik. Avropa Oyunlarında tamaşaçı qismində iştirak etmək üçün bilet alan əcnəbilər sırasında Rusiya Federasiyası, Böyük Britaniya və Şimali İrlandiya Krallığı, Almaniya, Hollandiya, İtaliya, İsveçrə, İspaniya, ABŞ və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşları üstünlük təşkil ediblər.
Bu barədə Sputnik-ə məlumat XİN mətbuat xidmətindən verilib.
Məlumatda bildirlir ki, Azərbaycan Respublikası Prezidentinin “Birinci Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” 675 nömrəli 8 avqust 2014-cü il tarixli Sərəncamının tələblərinə əsasən Xarici İşlər Nazirliyinin üzərinə düşən vəzifələrin, xüsusilə konsulluq və viza təminatı məsələlərinin icrası üçün zəruri tədbirlər görülüb.
Beynəlxalq ictimaiyyət tərəfindən Avropa Oyunlarına göstərilən yüksək marağın göstəricisidir ki, Oyunlarda iştirak etmək üçün ölkəmizə səfər etmiş əcnəbilərin sayı 28.000 nəfərdən artıq olub.
Birinci Avropa Oyunlarında tamaşaçı qismində iştirak etmək üçün ölkəmizə səfər etmiş əcnəbi vətəndaşlara bilet və ya biletin alınmasını təsdiq edən sənəd əsasında Oyunların açılışına 10 gün qalmışdan başlayaraq 2-28 iyun tarixlərində Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi tərəfindən operativ qaydada viza rəsmiləşdirilməsi həyata keçirilib.