Karate İlahə Qasımova

Avropa Oyunlarında ilk medalımız

95
(Yenilənib 22:51 13.06.2015)
Karateçimiz İlahə Qasımova Avropa Oyunlarının bürünc medalı uğrunda ispaniyalı Kristina Ferrer Qarsiya ilə döyüşüb.

BAKI, 13 iyun — Sputnik. Karateçimiz İlahə Qasımova Avropa Oyunlarının bürünc medalı uğrunda ispaniyalı Kristina Ferrer Qarsiya ilə döyüşüb.

Gərgin keçən dueldə İlahə 2 dəfə hesabda geriyə düşməsinə baxmayaraq, yekunda 5:2 hesabı ilə qələbə qazanıb.

Bu, həmçinin yığmamızın Avropa Oyunlarında ilk medalı kimi tarixə düşüb.

95
Teqlər:
gərgin, duel, yekun, tarix, yığmamız, uğrunda, həmçinin, bürünc medal, ilk medal, qələbə, Avropa oyunları, Karate, İlahə Qasımova, Kristina Ferrer Qarsiya, İspaniya, Azərbaycan