“TurAz Şahini - 2021” birgə təlimləri

Azərbaycan Türkiyənin döyüş təyyarələri əməliyyat uçuşları ediblər

21
(Yenilənib 12:26 11.09.2021)
Eyni zamanda, havadan zərbələr endirməklə şərti düşmənin hava hücumundan müdafiə vasitələri və hərbi təyinatlı strateji obyektlərinin məhv edilməsi, o cümlədən yaxın hava döyüşü və digər tapşırıqlar müvəffəqiyyətlə icra olunur.

BAKI, 10 sentyabr — Sputnik. "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimlərinin planına əsasən Azərbaycanın və qardaş Türkiyə Respublikasının döyüş təyyarələri əməliyyat uçuşları yerinə yetiriblər.

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, təlimlərdə hər iki ölkənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə birgə əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyətin və fərqli xüsusiyyətlərə malik döyüş təyyarələri arasında rabitə əlaqəsinin uzlaşdırılması imkanları öyrənilir.

Eyni zamanda, havadan zərbələr endirməklə şərti düşmənin hava hücumundan müdafiə vasitələri və hərbi təyinatlı strateji obyektlərinin məhv edilməsi, o cümlədən yaxın hava döyüşü və digər tapşırıqlar müvəffəqiyyətlə icra olunur.

Təlimlər sentyabrın 17-dək davam edəcək.

Həmçinin oxuyun:

Azərbaycan və Türkiyə sualtı hücum və müdafiə qruplarının birgə təlim-məşqləri davam edir

21
Teqlər:
təyyarə
Spirtli içki

Alkoqollu içkilərə xərclədiyimiz pullar artıb - 51 milyon dollar

4
(Yenilənib 19:54 18.09.2021)
Hesabat dövründə alkoqollu və alkoqolsuz içkilər və sirkə üzrə idxal Azərbaycanın ümumi idxalının 0,7 %-i, ixrac isə ümumi ixracın 0,07 %-i təşkil edib.

BAKI, 18 sentyabr — Sputnik. Bu ilin yanvar-avqust aylarında Azərbaycan 51,408 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə idxal edib.

Sputnik Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,779 milyon ABŞ dolları (17,8 %) çoxdur.

Səkkiz ay ərzində Azərbaycanın alkoqollu və alkoqolsuz içkilər və sirkə ixracının dəyəri isə 8,902 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 0,531 milyon ABŞ dolları (6,3 %) çoxdur.

Hesabat dövründə alkoqollu və alkoqolsuz içkilər və sirkə üzrə idxal Azərbaycanın ümumi idxalının 0,7 %-i, ixrac isə ümumi ixracın 0,07 %-i təşkil edib.

Eləcə də oxuyun:

4
Teqlər:
alkoqol, alkoqollu içki, qiymət, idxal, bahalaşma

Bakıda Azərbaycan Rusiya hərbi dənizçilərinin görüşü keçirilib

786
Qarşılama mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəsmiləri, Rusiyanın Azərbaycandakı səfirliyinin və hərbi attaşesinin nümayəndələri iştirak ediblər.

BAKI, 18 sentyabr — Sputnik. Dostluq səfəri ilə ölkəmizdə olan Rusiya Federasiyası Xəzər Donanmasının hərbi nümayəndə heyətinin rəhbəri ilə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanlığı arasında işçi görüşü keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan HDQ-nin komandanı kontr-admiral Sübhan Bəkirov Rusiya HDD-sı Xəzər flotiliyasının gəmilərin dəstə komandiri 2-ci dərəcəli kapitan Vladimir Zaytsevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan HDQ ilə Rusiya Federasiyası Xəzər Flotilyası arasında dostluq münasibətləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

 

---------

12:06

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, nümayəndə heyəti Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb.

Qarşılama mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəsmiləri, Rusiyanın Azərbaycandakı səfirliyinin və hərbi attaşesinin nümayəndələri iştirak ediblər.

Rusiya Xəzər donanmasının komandanının müavini kontr-admiral Sergey Yakimovun sözlərinə görə, birgə təlimlərdə Rusiya HDD-nin, İran, Qazaxıstan və Azərbaycan HDQ-nin hərbi gəmiləri iştirak edəcəklər: "Bir neçə gün ərzində biz burada, Xəzər dənizində birgə fəaliyyətləri məşq edəcəyik".Xatırladaq ki, avqustda Rusiya, Azərbaycan, İran və Qazaxıstan gəmilərinin sentyabrda Xəzər dənizində birgə hərbi-dəniz təlimləri keçəcəkləri barədə məlumat yayılmışdı.

Eləcə də oxuyun:

786
  • © Sputnik / Murad Orujov

    Rusiyanın hərbi gəmiləri Bakıya gəlib.

  • © Sputnik / Murad Orujov

    Корабль "Астрахань" Военно-морского флота Российской Федерации в бакинской бухте.

  • © Sputnik / Murad Orujov

    Rusiyanın hərbi gəmiləri Bakıya gəlib.

  • © Sputnik / Murad Orujov

    Rusiyanın hərbi gəmiləri Bakıya gəlib.

  • © Sputnik / Murad Orujov

    Qarşılama mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəsmiləri, Rusiyanın Azərbaycandakı səfirliyinin və hərbi attaşesinin nümayəndələri iştirak ediblər.

  • © Sputnik / Murad Orujov

    Военные Военно-морского флота Азербайджана на территории Бакинского морского порта.

  • © Sputnik / Murad Orujov

    Rusiyanın hərbi gəmiləri Bakıya gəlib.

  • © Sputnik / Murad Orujov

    Rusiyanın hərbi gəmiləri Bakıya gəlib.

  • © Sputnik / Murad Orujov

    Rusiyanın hərbi gəmiləri Bakıya gəlib.

  • © Sputnik / Murad Orujov

    Rusiyanın hərbi gəmiləri Bakıya gəlib.

  • © Sputnik / Murad Orujov

    Rusiyanın hərbi gəmiləri Bakıya gəlib.

  • © Sputnik / Murad Orujov

    Rusiyanın hərbi gəmiləri Bakıya gəlib.

Teqlər:
gəmi, Bakı, Rusiya, Xəzər dənizi
Mövzu:
Bakının son xəbərləri
Koronavirus testi, arxiv şəkli

Əzmli koronavirus: daha sürətli yayılmaq üçün mutasiya edir