Müdafiə nazirliyinin rəhbərliyi Rabitə qoşunlarının hərbi hissəsində olub

Müdafiə Nazirliyinin rəhbərliyi Rabitə qoşunlarının hərbi hissəsində olub

10
Nazir Zakir Həsənova döyüşün idarə edilməsi üçün silahlanmaya yeni qəbul edilmiş müxtəlif növ təkərli nəqliyyat vasitələrinin bazasında quraşdırılmış komanda-qərargah maşınlarının təminatı, təyinatı, döyüş imkanları barədə məruzə edilib.

BAKI, 8 sentyabr — Sputnik. Ali Baş Komandanın tapşırığına əsasən Azərbaycan Ordusunun rabitə sistemləri imkanlarının inkişaf etdirilməsi məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir. Müdafiə Nazirliyindən verilən məlumata görə, sentyabrın 8-də  Nazirliyin rəhbərliyi Rabitə qoşunlarının hərbi hissələrindən birində olub.

Nazirliyinin rəhbər heyəti rabitə nəqliyyat vasitələri, texnikaların cari və orta təmiri üçün nəzərdə tutulmuş laboratoriyalar, o cümlədən digər xidməti, inzibati otaqlar və anbarlara baxış keçirib.

  • Müdafiə nazirliyinin rəhbərliyi Rabitə qoşunlarının hərbi hissəsində olub
    © AR Ministry of Defence
  • Müdafiə nazirliyinin rəhbərliyi Rabitə qoşunlarının hərbi hissəsində olub
    © AR Ministry of Defence
  • Rabitə qoşunlarının hərbi hissəsində
    © AR Ministry of Defence
1 / 3
© AR Ministry of Defence
Müdafiə nazirliyinin rəhbərliyi Rabitə qoşunlarının hərbi hissəsində olub

Müdafiə naziri general-polkovnik Zakir Həsənova döyüşün idarə edilməsi üçün silahlanmaya yeni qəbul edilmiş müxtəlif növ təkərli nəqliyyat vasitələrinin bazasında quraşdırılmış komanda-qərargah maşınlarının təminatı, təyinatı, döyüş imkanları barədə məruzə edilib.

Müdafiə naziri Azərbaycan Ordusunda rabitə işinin daha da təkmilləşdirilməsi  ilə əlaqədar komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

Həmçinin oxuyun:

Zakir Həsənov hərbçilərə tapşırıq verdi - Dərhal adekvat cavab verin

10
Teqlər:
müdafiə naziri, rabitə
 Şuşada Bülbülün ev-muzeyi, arxiv şəkli

Bülbülün Şuşadakı ev-muzeyinə direktor təyin olunub

9
(Yenilənib 22:41 23.09.2021)
Avqustun 29-da Xalq artisti Bülbülün Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

BAKI, 23 sentyabr — Sputnik. Bülbülün Şuşadakı ev-muzeyinə direktor təyin olunub. Sputnik Azərbaycan xəbər verir ki, bu vəzifəyə tanınmış telejurnalist Fəxrəddin Hacıbəyli təyinat alıb. Bununla bağlı mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.

F.Hacıbəyli artıq ev-muzeyinin direktoru kimi fəaliyyətə başlayıb. O, 02.09.2021-ci tarixli əmrlə ev-muzeyinin direktoru təyin edilib.

Qeyd edək ki, avqustun 29-da Xalq artisti Bülbülün Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

Ev muzeyi 1982-ci ildən fəaliyyət göstərir. Bülbül bu evdə anadan olub və uşaqlıq illərini burada keçirib. Ümummilli lider Heydər Əliyevin göstərişi əsasında 1982-ci ildə Bülbülün doğulduğu və yaşadığı evin muzeyə çevrilməsi barədə qərar qəbul edilib. Bina 1982-1983-cü illərdə təmir olunub. Ev-muzeyi Şuşanın işğalından sonra ermənilər tərəfindən dağıdılıb.

Bu il yanvarın 14-də Şuşaya səfəri zamanı ev-muzeyində olan Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, muzeydə təmir-bərpa və yenidənqurma işləri aparılıb. Ev muzeyi Bülbülün oğlu, Azərbaycanın Rusiyadakı səfiri, görkəmli bəstəkar Polad Bülbüloğlunun vəsaiti hesabına təmir-bərpa edilib.

Bərpa zamanı evin divarlarında daş üzərində yonulmuş yazılarda evin tikilmə tarixinin qeyd edildiyi aşkarlanıb. Divarın üzərində yeni aşkar olunmuş yazıda binanın 1788-ci ildə inşa olunduğu qeyd edilib. Ev-muzeyinin həyəti əvvəlki görkəmini saxlamaqla bərpa olunub. Muzeyin həyətində Bülbülün yeni hazırlanan büstü ucaldılıb. Eyni zamanda burada vaxtilə olan və erməni vandalizminə məruz qalan büstü də saxlanılır.

Muzeydə Bülbülə aid olan eksponatlar, əşyalar, sənədlər toplanıb. Bundan başqa, ev-muzeyində quraşdırılan böyük monitorda görkəmli musiqiçinin ifa etdiyi əsərlər, onunla bağlı audio və videoyazılar, məlumatlar 7 dildə nümayiş olunur.

Həmçinin oxuyun:

Şuşa yaxın iki-üç aya tamam dəyişəcək: Xüsusi nümayəndə görülən işlərin hesabatını verdi

9
Teqlər:
Bülbül
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi

XİN rəhbəri Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının Baş katibi ilə görüşüb

4
(Yenilənib 22:09 23.09.2021)
Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan-Körfəz Əməkdaşlıq Şurası biznes forumunun bu əməkdaşlığın iqtisadiyyat, ticarət, sərmayələr və turizm kimi sahələrdə daha da inkişaf etdirilməsi üçün əlverişli imkanlar yaradacağından əminlik ifadə edilib.

BAKI, 23 sentyabr - Sputnik. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 23-də BMT Baş Assambleyasının 76-ci sessiyası çərçivəsində Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının Baş katibi Nayif Fəlah Mübarək Əl-Hacraf ilə görüşüb.

XİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, görüşdə Azərbaycan və Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv ölkələr arasında siyasi əlaqələrin yüksək səviyyədə oldugu, qarşılıqlı hörmət və dostluğa əsaslandığı qeyd edilib.

Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan-Körfəz Əməkdaşlıq Şurası biznes forumunun bu əməkdaşlığın iqtisadiyyat, ticarət, sərmayələr və turizm kimi sahələrdə daha da inkişaf etdirilməsi üçün əlverişli imkanlar yaradacağından əminlik ifadə edilib.

Ceyhun Bayramov münaqişə sonrası regionda mövcud olan vəziyyət, xüsusilə də mina təhlükəsi və onun doğurduğu fəsadlar, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa, yenidənqurma işləri barədə qarşı tərəfə ətraflı məlumat verib. Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv dövlətlərin işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərində birgə layihələrdə iştirakında maraqlı olduğu yüksək qiymətləndirilib.

Baş katib Azərbaycanın keçmiş münaqişə ile bağlı mövqeyinin Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası tərəfindən hər zaman birmənalı və tam şəkildə dəstəkləndiyini qeyd edib.

Tərəflər, Azərbaycanla Şura arasında əməkdaşlığın genişləndirilməsi imkanları, o cümlədən birgə 2021-2025-ci illər üzrə Fəaliyyət Planının işlənib hazırlanması, habelə regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Həmçinin oxuyun:

Ceyhun Bayramov Finlandiyanın xarici işlər naziri ilə görüşüb

Ceyhun Bayramov ATƏT sədri və Macarıstan XİN başçısı ilə görüşdə nədən danışıb?

Ceyhun Bayramov ATƏT sədri və Macarıstan XİN başçısı ilə görüşdə nədən danışıb?

4
Teqlər:
XİN, Ceyhun Bayramov