CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qarabağın hava qapısı: Bu gün Füzuli hava limanına ilk sınaq uçuşu olacaq

© Photo : Azerbaijan Airlines - AZAL В Международном аэропорту в Физули проверяется готовность радиотехнических средств
В Международном аэропорту в Физули проверяется готовность радиотехнических средств - Sputnik Azərbaycan, 1920, 05.09.2021
Abunə olmaq
Hava limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara verilib. Aeroport istənilən tip hava gəmisini qəbul etməyə imkan verəcək.
BAKI, 5 sentyabr — Sputnik. Bu gün Füzuli Beynəlxalq Hava Limanına Bakıdan ilk uçuş həyata keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, Bakı-Füzuli istiqamətində ilk təyyarə reysinin sərnişinləri arasında jurnalistlər də var. 
Qeyd edək ki, Füzuli Beynəlxalq Hava Limanının tikintisinə bu ilin yanvar ayında start verilib. İlkin olaraq burada minatəmizləmə işləri həyata keçirilib. Hava limanında beynəlxalq səviyyəli və kütləsi 400 tona qədər olan hava gəmilərinin qəbulu nəzərdə tutulur. Hava limanının ilin sonuna istifadəyə verilməsi nəzərdə tutulur. İlk sınaq uçuşu sentyabrın 5-nə planlaşdırılır.
"Füzuli" Beynəlxalq hava limanında 20-25 avqust tarixlərində müntəzəm reyslərin yerinə yetirilməsi məqsədilə radiotexniki vasitələrin hazırlığının yoxlanılması üçün xüsusi hava gəmisilə uçuşlar həyata keçirilir.
Prezident İlham Əliyevin tapşırığı ilə Füzuli rayonunda belə bir qısa müddətdə bu cür ən müasir standartlara cavab verən Beynəlxalq Hava Limanının inşasının həyata keçirilməsi sözün əsl mənasında misli görünməmiş hadisədir və bu bir daha Azərbaycan Prezidentinin mənfur düşməndən azad olunmuş torpaqlarımızda böyük yenidənqurma və tikinti işlərinin aparılması barədə fikirlərinin bariz nümunəsidir.
Hava limanında işlərin gedişi ilə tanıış olmaq üçün dəfələrlə Füzuliyə səfər etmiş Prezident İlham Əliyev çıxışlarının birində belə deyib:
"Füzuli Beynəlxalq Hava Limanına yaxınlaşırıq. Sol tərəfdə aerovağzal kompleksidir, qarşıda uçuş-enmə zolağı. Cəmi bir neçə ay ərzində hava limanı demək olar ki, artıq açılışa hazırlaşır. Hava limanının inşası bu il başlamışdır. Mən demişdim ki, bu il Füzuli Beynəlxalq Hava Limanı istifadəyə veriləcək. Bəlkə də dünyada bu sürətli templərlə heç bir hava limanı tikilməmişdir. Artıq uçuş-enmə zolağı da hazırdır. Burada son tamamlama işləri aparılır. Bir daha qeyd etmək istəyirəm, bu il mən hava limanının təməlini qoydum, indi isə gəlirik inşaat işləri ilə tanış olmağa. Bu aeroport Qarabağın hava qapısıdır".
Qeyd edək ki, Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunur. Baqaj konveyerlərinin, qeydiyyat və digər sistemlərin işə salınması nəzərə alınmaqla, sentyabr ayının sonuna qədər sərnişin terminalının istismara verilməsi işləri tam başa çatdırılacaq.
Hava limanında uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağı istismara verilib. Aeroport istənilən tip hava gəmisini qəbul etməyə imkan verəcək. Burada perron da inşa edilib. Avtomatlaşdırılmış sistemlərlə təchiz olunan Hava Hərəkətini İdarəetmə (HHİ) qülləsinin tikintisi başa çatdırılıb. Bunun sayəsində Füzuli hava limanına ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanması mümkün olacaq.
Sərnişinlərin rahatlığını təmin etmək məqsədilə terminalın qarşısında 150 avtomobil üçün nəzərdə tutulmuş dayanacaq inşa olunub. Bundan başqa, Füzuli Beynəlxalq Hava Limanına giriş üçün yolun tikintisi, həmçinin aeroportun ərazisində yaşıllaşdırma işləri aparılır.
Həmçinin oxuyun:
Şuşa yolunun inşası tamamlanmaq üzrədir
Xəbər lenti
0