Fövqəladə Hallar Nazirliyi respublikada pambıq tədarükü zamanı yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində silsilə tədbirlər həyata keçirir

Pambıq tədarükü zamanı yanğın təhlükəsizliyinə dair seminar keçirilib

7
(Yenilənib 16:45 04.09.2021)
Tədbirlərdə xam pambığın yığılmasına, daşınmasına və emalına cəlb olunacaq kənd təsərrüfatı maşınlarının ilkin yanğın və qığılcım södürmə vasitələri ilə təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb.

BAKI, 4 sentyabr — Sputnik. Fövqəladə Hallar Nazirliyi respublikada pambıq tədarükü zamanı yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində silsilə tədbirlər həyata keçirir. Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən "Azərpambıq ASK" MMC-nin Goranboy pambıq tədarükü məntəqəsində, "MKT İK" MMC-nin Zərdab filialında və "Kürdəmir Pambıq" ASC-də yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərdə sözügedən zavodların əməkdaşları iştirak edib.

"Pambıq tədarükü və emalı zamanı yanğın təhlükəsizliyi tələbləri" mövzusunda keçirilən tədbirlərdə xam pambığın yığılmasına, daşınmasına və emalına cəlb olunacaq kənd təsərrüfatı maşınlarının ilkin yanğın və qığılcım södürmə vasitələri ilə təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb. Həmçinin, tədbir iştirakçıları pambıq tarlalarının, pambıqqurutma meydançalarının ərazisində və yaxınlığında tonqal qalanmasının, açıq oddan istifadə edilməsinin, siqaret çəkilməsinin müvafiq normalara zidd olması barədə məlumatlandırılıb. Eyni zamanda, su mənbələrinə yolların salınmasının, hovuzların yanında avtomobillərin manevr etməsi üçün meydançaların olmasının zəruriliyi də tədbir iştirakçılarının nəzərinə çatdırılıb.

Həmçinin oxuyun:

"Ağ qızıl"ın qara dərdi: "Əlli manat hansı problemimizi düzəldə bilər?"

7
Teqlər:
pambıq, Yanğın
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev

Ermənistanın məhkəməyə verilməsi hansı hüquqi nəticələr yarada bilər? Hüquqşünas şərhi

3
(Yenilənib 15:02 24.09.2021)
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, Azərbaycan konvensiyalardan irəli gələn prinsiplərə söykənərək belə bir müraciət edib.
Əliməmməd Nuriyev: “Məhkəmədə işə ədalətli baxılacağına əminəm”

Azərbaycan "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı Beynəlxalq Ədliyyə Məhkəməsinə verib.

Sputnik Azərbaycan Azərbaycan tərəfinin atdığı bu hüquqi addımın perpektivləri ilə bağlı Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyevin fikirlərini öyrənib. Hüquqşünas bildirib ki, Ermənistan “İrqi ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı konvensiyaya qoşulub: “Bundan əlavə bu ölkə beş konvensiyaya qoşulub. Hətta bu konvesiyalar məhkəmənin yurisdiksiyasına daxil olmasalar belə həmin işlərlə bağlı məsələlərə beynəlxalq Ədalət Məhkəməsində baxılmasını zəruri edir. Azərbaycan konvensiyalardan irəli gələn prinsiplərə söykənərək belə bir müraciət edib. Məhkəmədə işə ədalətli baxılacağına əminəm. İnanırıq ki, məhkəmənin qərarı Ermənistan üzərinə hüquqi öhdəlikləri qoyacaq”.

Əliməmməd Nuriyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

3

Ceyhun Bayramov Ermənistan XİN rəhbəri ilə görüşüb

7
(Yenilənib 10:08 25.09.2021)
Görüşdə bölgədə mövcud olan yeni reallıqları nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb.

BAKI, 25 sentyabr - Sputnik. BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində qarşı tərəfin təşəbbüsü əsasında Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ-dan Endryu Şafer, Fransadan Stefan Viskonti və Rusiyadan İqor Xovayev ilə, habelə həmsədrlərin iştirakı ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilə görüşləri olub. Bu barədə Sputnik Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Görüşlərdə bölgədə mövcud olan yeni reallıqları nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Azərbaycanın münaqişə sonrası vəziyyətlə bağlı məlum mövqeyi qarşı tərəfin diqqətinə çatdırılıb.

RİA Novosti-nin məlumüaına görə keçirilmiş görüşlərlə bağlı ATƏT vasitəçiləri bəyanat yayıblar.

"Həmsədrlər 2020-ci ilin noyabrından bəri xarici işlər nazirlərinin baş tutan ilk görüşünü iki ölkənin bölgədə təhlükəsizliyin, sabitliyin və inkişafın təmin olunmasına yönəlmiş birbaşa dialoq vasitəsilə sülh prosesini bərpa etməkdə qətiyyətli olduqlarına bir işarə kimi alqışlayırlar”, - görüşlərlə bağlı vasitəçilərin ATƏT-in saytında yer alan bəyanatında deyilir.

Həmçinin oxuyun: 

7
Teqlər:
Ceyhun Bayramov, Ermənistan, XİN, ATƏT
Tütün məmulatlarının istehsalı zavodu, arxiv şəkli

Niyə siqaret çəkənlər koronavirusa daha az yoluxur